Məhkəmə qərarları › İş №e-2(125)-1763/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1763/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1763/2025 13.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 14341052 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 209 manat 40 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 62 manat 82 qəpik, xx.xx.2023-cü il tarixli, 10813895 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 526 manat 50 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 157 manat 95 qəpik, xx.xx.2023-cü il tarixli, 09413105 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 629 manat 20 qəpik, cərimə qismində 188 manat 76 qəpik, xx.xx.2023-cü il tarixli, 03505114 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 785 manat 10 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 235 manat 53 qəpik, xx.xx.2023-cü il tarixli, 19601416 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 33 manat, cərimə qismində 9 manat 90 qəpik, xx.xx.2023-cü il tarixli, 03085881 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 107 manat 90 qəpik, cərimə qismində 32 manat 37 qəpik, xx.xx.2023-cü il tarixli, 02715790 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.801 manat 50 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 540 manat 45 qəpik, cəmi 5.414 manat 78 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 74 manat 15 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 14341052 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.978 manat 88 qəpik olan «İphone 11» markalı mobil telefon və telefon aksessuarı üçün ödənilməmiş əsas borcun əvəzi qismində 209 manat 40 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 62 manat 82 qəpik borcu vardır. xx.xx.2023-cü il tarixli, 10813895 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.191 manat 06 qəpik olan «Samsung Galaxy A53» markalı mobil telefon və telefon aksessuarı üçün ödənilməmiş əsas borcun əvəzi qismində 526 manat 50 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 157 manat 95 qəpik borcu vardır. xx.xx.2023-cü il tarixli, 09413105 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.008 manat 48 qəpik olan «Dell» markalı kompüter üçün ödənilməmiş əsas borcun əvəzi qismində 629 manat 20 qəpik, cərimə qismində 188 manat 76 qəpik borcu vardır. xx.xx.2023-cü il tarixli, 03505114 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.207 manat 92 qəpik olan «Xiaomi Poco X5 Pro» markalı mobil telefon üçün ödənilməmiş əsas borcun əvəzi qismində 785 manat 10 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 235 manat 53 qəpik borcu vardır. xx.xx.2023-cü il tarixli, 19601416 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 105 manat olan «JBL» markalı qulaqlıq üçün ödənilməmiş əsas borcun əvəzi qismində 33 manat, cərimə qismində 9 manat 90 qəpik vardır. xx.xx.2023-cü il tarixli, 03085881 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 136 manat 46 qəpik olan «Braun» markalı üzqırxan üçün ödənilməmiş əsas borcun əvəzi qismində 107 manat 90 qəpik, cərimə qismində 32 manat 37 qəpik borcu vardır. xx.xx.2023-cü il tarixli, 02715790 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 3.639 manat 78 qəpik olan «İphone 14 Pro» markalı mobil telefon və telefon aksessuarı üçün ödənilməmiş əsas borcun əvəzi qismində 1.801 manat 50 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 540 manat 45 qəpik borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 5.174 manat 98 qəpik təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 14341052 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 77 manat ödəmək şərti ilə 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «İphone 11» markalı mobil telefonu və telefon aksessuarını 1.978 manat 88 qəpik məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin əşyalar xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10813895 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay əzində hissə-hissə ödəmək şərtilə «Samsung Galaxy A53» markalı mobil telefonu və telefon aksessuarını 1.191 manat 06 qəpik məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin əşyalar xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 09413105 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 24 ay ərzində hissə-hissə ödəmək şərtilə «Dell» markalı kompüteri 1.008 manat 48 qəpik məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03505114 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 30 manat ödəmək şərti ilə 18 ay əzində hissə-hissə ödəmək şərtilə «Xiaomi Poco X5 PRO» markalı mobil telefonu 1.207 manat 92 qəpik məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 19601416 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 6 manat ödəmək şərti ilə 3 ay ərzində hissə-hissə ödəmək şərtilə «JBL» markalı qulaqlığı 105 manat məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03085881 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 6 manat 50 qaəpik ödəmək şərti ilə 6 ay əzində hissə-hissə ödəmək şərtilə «Braun» markalı üzqırxanı və aksessuarını 136 manat 46 qəpik məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin əşyalar xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 02715790 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «İphone 14 Pro» markalı mobil telefonu və telefon aksessuarını 3.639 manat 78 qəpik məbləğinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Həmin əşyalar xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu barədə xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2022-ci il tarixli, 14341052 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 209 manat 40 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 62 manat 82 qəpik, xx.xx.2023-cü il tarixli, 10813895 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 526 manat 50 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 157 manat 95 qəpik, xx.xx.2023-cü il tarixli, 09413105 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 629 manat 20 qəpik, cərimə qismində 188 manat 76 qəpik, xx.xx.2023-cü il tarixli, 03505114 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 785 manat 10 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 235 manat 53 qəpik, xx.xx.2023-cü il tarixli, 19601416 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 33 manat, cərimə qismində 9 manat 90 qəpik, xx.xx.2023-cü il tarixli, 03085881 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 107 manat 90 qəpik, cərimə qismində 32 manat 37 qəpik, xx.xx.2023-cü il tarixli, 02715790 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.801 manat 50 qəpik, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cərimə qismində 540 manat 45 qəpik, cəmi 5.414 manat 78 qəpik təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli, 14341052 nömrəli müqavilə 62 manat 82 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2023-cü il tarixli, 10813895 nömrəli müqavilə üzrə 157 manat 95 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2023-cü il tarixli, 09413105 nömrəli müqavilə üzrə 188 manat 76 qəpik edən cərimə məbləğinin 10 manat məbləğinə, xx.xx.2023-cü il tarixli, 03505114 nömrəli müqavilə üzrə 235 manat 53 qəpik edən cərimə məbləğinin 10 manat məbləğinə, xx.xx.2023-cü il tarixli, 03085881 nömrəli müqavilə üzrə 32 manat 37 qəpik edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2023-cü il tarixli, 02715790 nömrəli müqavilə üzrə 540 manat 45 qəpik edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa İddiaçı MMC İnnovativ Layihələr mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsini tələb etsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2022-ci il tarixli, 14341052 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 209 manat 40 qəpik, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli, 10813895 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 526 manat 50 qəpik, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli, 09413105 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 629 manat 20 qəpik, cərimə qismində 10 manat, xx.xx.2023-cü il tarixli, 03505114 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 785 manat 10 qəpik, cərimə qismində 10 manat, xx.xx.2023-cü il tarixli, 19601416 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 33 manat, cərimə qismində 9 manat 90 qəpik, xx.xx.2023-cü il tarixli, 03085881 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 107 manat 90 qəpik, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli, 02715790 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.801 manat 50 qəpik, cərimə qismində 10 manat, cəmi 4.147 manat 50 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 61 manat 47 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixli, 14341052 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 209 (iki yüz doqquz) manat 40 (qırx) qəpik, cərimə qismində 5 (beş) manat, xx.xx.2023-cü il tarixli, 10813895 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 526 (beş yüz iyirmi altı) manat 50 (əlli) qəpik, cərimə qismində 5 (beş) manat, xx.xx.2023-cü il tarixli, 09413105 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 629 (altı yüz iyirmi doqquz) manat 20 (iyirmi) qəpik, cərimə qismində 10 (on) manat, xx.xx.2023-cü il tarixli, 03505114 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 785 (yeddi yüz səksən beş) manat 10 (on) qəpik, cərimə qismində 10 (on) manat, xx.xx.2023-cü il tarixli, 19601416 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 33 (otuz üç) manat, cərimə qismində 9 (doqquz) manat 90 (doxsan) qəpik, xx.xx.2023-cü il tarixli, 03085881 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 107 (bir yüz yeddi) manat 90 (doxsan) qəpik, cərimə qismində 5 (beş) manat, xx.xx.2023-cü il tarixli, 02715790 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.801 (bir min səkkiz yüz bir) manat 50 (əlli) qəpik, cərimə qismində 10 (on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 (altmış bir) manat 47 (qırx yeddi) qəpik, cəmi 4.208 (dörd min iki yüz səkkiz) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar