Məhkəmə qərarları › İş №e-2(125)-1897/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1897/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1897/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı «nisyə alğı-satqı müqaviləsi üzrə pulun tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı « nisyə alğı-satqı müqaviləsi üzrə pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. İddia ərizəsinə iddia tələbinin əsaslılığını təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə ki, iddia ərizəsində cavabdehdən xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə satılmış “Xiaomi Redmi 9T” markalı telefon üçün 576,84 manat ödənilməmiş hissə tələb edilsə də, xx.xx.2021-ci il tarixli müqavilədə Xiaomi Redmi 9T markalı telefonun qiyməti 488,04 manat göstərilmiş, iddia tələbində göstərilməyən, lakin müqavilədə göstərilmiş əlavə xidmətlərin və telefonun ümumi qiymətinin isə 574,94 manat olduğu qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı ərizəyə xx.xx.2021-ci il tarixli müqavilə üzrə satılmış Xiaomi Redmi 9T markalı telefon üçün 576,84 manat ödənilməmiş pul məbləği tələbini əsaslandıran sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «nisyə alğı-satqı müqaviləsi üzrə pulun tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar