Məhkəmə qərarları › İş №e-2(125)-1914/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1914/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1914/2023 14.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********66272 olan «Samsung Galaxy A12» markalı telefon üçün 476,52 (dörd yüz yetmiş altı manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********36281 olan «Samsung Galaxy A12» markalı telefon üçün 341,96 (üç yüz qırx bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən «Haylou Gt6-Bk» qulaqcıq üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə pulu olmaqla, ümumilikdə 976,48 (doqquz yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat borc 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, , İmei kodu **********66272 olan «Samsung Galaxy A12» markalı telefon, İmei kodu **********36281 olan «Samsung Galaxy A12» markalı telefon, «Haylou Gt6-Bk» qulaqcıq almış və nəticədə ümumilikdə 976,48 (doqquz yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 476,52 (dörd yüz yetmiş altı manat əlli iki qəpik) manat (12 ay x 39,71 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********66272 olan «Samsung Galaxy A12» markalı telefon üçün ümumilikdə, 523,52 (beş yüz iyirmi üç manat əlli iki qəpik) manat olmaqla ondan, 476,52 (dörd yüz yetmiş altı manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 494,96 (dörd yüz doxsan dörd manat doxsan altı qəpik) manat (12 ay x 37,08 manat + 50 manat ilkin ödəniş) olan İmei kodu **********36281 olan «Samsung Galaxy A12» markalı telefon üçün ümumilikdə 375,96 (üç yüz yetmiş beş manat doxsan altı qəpik) manat olmaqla ondan, 341,96 (üç yüz qırx bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34 (otuz dörd) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 77 (yetmiş yeddi) manat (11 ay x 7 manat + 0 manat ilkin ödəniş) olan «Haylou Gt6-Bk» qulaqcıq üçün ümumilikdə 77 (yetmiş yeddi) manat olmaqla ondan, 70 (yetmiş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 160 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qayda da, bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 476,52 (dörd yüz yetmiş altı manat əlli iki qəpik) manat olan İmei kodu **********66272 olan «Samsung Galaxy A12» markalı telefon, dəyəri 494,96 (dörd yüz doxsan dörd manat doxsan altı qəpik) manat olan İmei kodu **********36281 olan «Samsung Galaxy A12» markalı telefon, dəyəri 77 (yetmiş yeddi) manat olan «Haylou Gt6-Bk» qulaqcığın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar İmei kodu **********66272 olan «Samsung Galaxy A12» markalı telefon üçün hər ay 39,71 manat, İmei kodu **********36281 olan «Samsung Galaxy A12» markalı telefon üçün hər ay 37,08 manat və «Haylou Gt6-Bk» qulaqcıq üçün hər ay 7 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 02 fevral 2023-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********66272 olan «Samsung Galaxy A12» markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 476,52 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 476,52 (dörd yüz yetmiş altı manat əlli iki qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 47 (qırx yeddi) manat cərimə hesablanmış; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********36281 olan «Samsung Galaxy A12» markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 494,96 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 341,96 (üç yüz qırx bir manat doxsan altı qəpik) manat borcunu ödəmədiyindən, həmin məbləğə 34 (otuz dörd) manat cərimə hesablanmış; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən «Haylou Gt6-Bk» qulaqcıq üçün 11 ay müddətinə ödəmək şərti ilə dəyəri 77 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 70 (yetmiş) manat borcunu ödəmədiyindən, həmin məbləğə 7 (yeddi) manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 88 (səksən səkkiz) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 9 (doqquz) manat məbləğində müəyyən edilməlidir Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh İmei kodu **********66272 olan «Samsung Galaxy A12» markalı telefon üçün 476,52 (dörd yüz yetmiş altı manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, İmei kodu **********36281 olan «Samsung Galaxy A12» markalı telefon üçün 341,96 (üç yüz qırx bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, «Haylou Gt6-Bk» qulaqcıq üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla, ümumilikdə 897,48 (səkkiz yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh İmei kodu **********66272 olan «Samsung Galaxy A12» markalı telefon üçün 476,52 (dörd yüz yetmiş altı manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, İmei kodu **********36281 olan «Samsung Galaxy A12» markalı telefon üçün 341,96 (üç yüz qırx bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, «Haylou Gt6-Bk» qulaqcıq üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla, ümumilikdə 897,48 (səkkiz yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat borc və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar