Məhkəmə qərarları › İş №e-2(125)-194/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-194/2025

27.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-194/2025 27.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, X7 X31, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «nikah münasibətlərinin faktiki ilə bağlı arvadın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi və bununla əlaqədar bütün hüquqi nəticələrin ləğv olunması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Etibar Əsəd qızına, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı miras qoyan X9 Cavabdeh1 ilə nikaha mirasın açılmasından 12 il əvvəl keçmiş arvadı ilə ayrı yaşayaraq, nikah münasibətlərinin faktiki xitamı ilə bağlı Cavabdeh1 qanun üzrə vərəsəlik hüququndam məhrum edilməsi; Cavabdeh1 vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı qəbul olunacaq qətnamədə hüquqi nəticələrində, yəni qanun üzrə vərəsəliklə bağlı cavabdehlərə keçmiş əmlaklar üzrə aşağıdakı şəhadətnamələr və bağışlama müqavilələ etibarsız sayılaraq onların əsasında verilmiş çıxarışların ləğv edilməsi; 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-477 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, onun əsnasında miras qalmış **********01-12301 reyestr ünvan 1i ünvanında yerləşən əmlak kompleksinin paylı mülkiyyət üzrə 4/6 pay hissəsinə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış, Cavabdeh1 tərəfindən əmlak kompleksinin paylı mülkiyyət üzrə 4/6 pay hissəsinin oğlu Cavabdeh3 Gəncə şəhəri 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1829 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 əmlak kompleksinin 5/6 pay hissəsinə dair xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********01-12301 reyestr nömrəli elektron çıxarışın 4/6 pay hissəsinin; 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-869 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında ünvan 1i üznvanında xüsusi mülkiyyətdə olan 0,09 hektar ölçüdə torpaq sahəsi və onun üzərində tikilən ümumi sahəsi 648 kvadrat metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 4/6 pay hissəsinin Cavabdeh1 mülkiyyətinə keçməsi barədə Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 152 ******* qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 tərəfindən ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan 0,09 hektar ölçüdə torpaq sahəsi və onun üzərində tikilən ümumi sahəsi 648,9 kvadrat metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 4/6 pay hissəsinin oğlu Cavabdeh3 Gəncə şəhəri 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1832 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 qeyd olunan daşınmaz əmlakın 5/6 pay hissəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********55-10301 reyestr nömrəli çıxarışın 4/6 pay hissəsinin; 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,0922 hektar ölçüdə torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 209,6 kvadrat metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 1/3 pay hissəsinə Cavabdeh1 mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ona Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 tərəfindən ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,0922 hektar ölçüdə torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 209,6 kvadrat metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 1/3 hissəsinin oğlu Cavabdeh3 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə1828 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 qeyd olunan daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********96-03022 reyestr nömrəli çıxarışın 1/3 pay hissəsinin; 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-481 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında Göygöl rayonu, Azosun dairəsi adlanan sahə, Gəncə çayı kənarı ünvanındakı dövlət mülkiyyətində olan 0,225540 hektar ölçüdə torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 1942,7 kvadrat metr olan xüsusi mülkiyyətdəki əmlak kompleksinin paylı mülkiyyət üzrə 1/3 pay hissəsində cavabdeh X26 mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, ona Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 tərəfindən Göygöl şəhəri, Azosun dərəsi adlanan sahə, Gəncə çayı kənarı ünvanındakı dövlət mülkiyyətində olan 0,225540 hektar ölçüdə torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 1942,7 kvadrat metr olan xüsusi mülkiyyətdəki əmlak kompleksinin paylı mülkiyyət üzrə 1/3 pay hissəsini oğlu Cavabdeh3 Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1830 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 qeyd olunan daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********68-12301 reyestr nömrəli çıxarışın 1/3 pay hissəsinin; 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-478 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, buna əsasən X8 miras qalmış Göygöl rayonu, Azosun dərəsi adlanan sahə, Gəncə çayının kənarı ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsis payının 134 pay hissəsinin Cavabdeh1 mülkiyyətinə keçməsi barədə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********699700 nömrəli çıxarış, həmin payın tam şəkildə oğlu Cavabdeh3 bağışlanması barədə Gəncə şəhər 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-930 reyestr nömrəli bağışlama müqaviləsinin; 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-480 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında ünvan 6 ünvanlbdakı dövlət mülkiyyətində olan 0,0245 hektar ölçüdə torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 412,20 kvadrat metr olan xüsusi mülkiyyətdəki bağ evinin 1/3 pay hissəsinə Cavabdeh1 mülkiyyətinə keçməsi barədə Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 tərəfindən mülkiyyətindəki həmin bağ evinin özünə məxsus olan 1/3 hissəsinin oğlu Cavabdeh3 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-2558 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş qeyd olunan daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********96-11301 reyestr nömrəli çıxarışın 1/3 pay hissəsinin; 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki Notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş 10 may 2023-cü il tarixli 2V-479 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; bu şəhadətnaməyə əsasən miras qoyan atam X8 miras qalmış xx.xx.2020-ci il tarixli AD946201 nömrəli qeydiyya şəhadətnaməsinə əsasən ban nömrəsi 4JGDF7DE5EA372977, buraxılış ili 2014-cü il olan «Mercedes Benz»minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özünə məxsus xüsusi mülkiyyətdəki daşınar əmlak avtomobilə olan miras payının 4/6 pay hissəs Cavabdeh1 mülkiyyətinə keçmiş və sonuncunun özünə məxsus olan 4/6 pay hissəsinin oğlu X14 Gəncə şəhərində 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzində notariat ofisində təsdiq olunmuş 16 fevral 2024-cü il tarixli 3M-178 reyestr nomrəli bağlanmış bağışlama müqaviləsi, yuxarda sadalanılan şəhadətnamələr, bağışlama müqavilələri etibarsız hesab olunaraq onun əsasında verilmiş elektron çıxarışların ləğv olunması, iddianın verilməsi ilə bağlı ödənilən hüquqi yardımın əvəzi qismində 180 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 iddiaçının anası, miras qoyan X16 isə atasıdır. Cavabdeh1 ailə qarşısında öhdəliklərinə biganəliyi, ailə dəyərlərinə etinasızlığı ona gətirib çıxarmışdır ki, atası ilə olan nikah münasibətlərinə son qoyulmuşdur. Həmin şəxslərin ərarvad və ailə kimi yaşaması mümkün olmadığından, iddiaçının mərhum atası X16 cavabdeh X41 ilə faktiki olaraq 2010-cu ildən nikah münasibətlərinə son qoyaraq, cavabdehlə bütün əlaqələri və ailə münasibətlərini kəsərək və cavabdehlə nikahına faktiki xitam verərək həmin ildən Daşkəsən rayonu, Bayan kəndinə köçərək orada iddiaçının xüsusi mülkiyyətində olan evdə tək yaşamışdır. İddiaçı 2010-cu ildən atası ilə görüşmək üçün ailəsi, övladları ilə onun ayrıca yaşadığı Daşkəsən rayonu, Bayan kəndindəki evə gələrək görüşmüşlər. Miras qoyan X16 iddiaçının mülkiyyətində olan Daşkəsən rayonu, Bayan kəndindəki yaşayış evinə köçərək orada təkbaşına yaşamış və cavabdehlə bütün ailə əlaqələrini kəsərək əvvəl Gəncə şəhərində yaşadığı həmin evə bir daha qayıtmamışdır. Cavabdeh1 isə həmin ünvanda yaşamağa davam etmiş və bu günə kimi də qeyd oluna evdə yaşayır. Göründüyü kimi, miras qoyan mərhum X16 təxminən 2010-cu ildən və ömrünün sonuna kimi Daşkəsən rayon Bayan kəndində iddiaçının mülkiyyətində olan evdə tək tənha yaşamış, rəsmi nikahda olsa da faktiki olaraq cavabdehlə nikah münasibətlərinə son qoyulmuş vəziyyətdə olmuş, həmin 2010-cu ildən onunla heç bir təsərrüfat aparmamış, cavabdehlə bütün əlaqələrini kəsmiş, ayrıca Daşkəsən rayonunda Bayan kəndində yaşamış və həmin evdə də xx.xx.2022-ci tarixində vəfat etmişdir. Beləlikə də, X16 ilə Cavabdeh1 2010-cu ildən faktiki olaraq nikah münasibətlərinə son qoymuşlar, həmin ildən də cavabdehlə ər-arvad kimi yaşamamış, nikah münasibətlərinə faktiki xitam vermişdir. Bundan başqa, miras qoyan X9 iş yoldaşları və qonşuları - X17, X21, X32, X33, X15, X42, X18 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktda göstərilmişdir ki, X16 təxminən 2010-cu ildən vəfat edənə kimi, yəni xx.xx.2022-ci il tarixə kimi Daşkəsən rayonu, Bayan kəndindəki «Alma bağı» adlanan ərazidə qızı İddiaçı məxsus fərdi yaşayış evində təkbaşına yaşamışdır. Göründüyü kimi X16 Cavabdeh1 ilə 2010-cu ildən başlayaraq vəfat edən günəqədər, yəni xx.xx.2022-ci il tarixə kimi, 12 ildən artıq müddətdə cavabdehlə ailə münasibətlərinə faktiki xitam verərək cavabdehdən ayrı yaşamış, onların münasibətlərində qarşılıqlı yardım və hörmət hissi olmamış, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməmişlər. X11 cavabdehlə birgə təsərrüfat aparmamış və ailə öhdəlikləri olmamışdır. Belə olan halda miras qoyan X16 Cavabdeh1 ilə 2010-cu ildə vəfat edənə kimi, yəni mirasın açılmasından 12 il əvvəl, xx.xx.2022-ci il tarixə kimi ayrı yaşaması, ailə münasibətlərinə faktiki xitam olunması halları baş vermiş, Cavabdeh1 2010-cu ildən miras qoyan Müzamil Abdullayevin faktiki arvadı olmamışdır. Buna görə də Cavabdeh1 miras qoyan Müzamil Abdullayevə münasibətdə qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir. Qeyd olunan səbəbdən də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh1 ilə mərhum X16 arasında olan nikah münasibətləri M.İ.Abdullayev ölən günədək davam etmişdir. Onlar birgə təsərrüfat aparmış, ər-arvad kimi birgə yaşamışlar. Bəzi vaxtlar M.İ.Abdullayevin Daşkəsən rayonunda Cavabdeh1 fərqli ünvanda yaşaması isə həmin şəxslər arasında olan nikah münasibətlərinə son qoyulması demək deyildir. M.İ.Abdullayev iş yeri olan "xxxx" MMC-yə gedib-gəlməsi ilə əlaqədar bəzi vaxtlar Daşkəsən rayonu ərazisində yaşaması, Cavabdeh1 hipertoniyadan əziyyət çəkməsi ilə əlaqədar dağlıq ərazidə yaşamağın səhətinə mənfi təsiri ilə əlaqədar olmuşdur. Sonda cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi ̇ ısəradİ̇ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə nümayəndəsinin gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini), cavabdehlərin nümayəndəsini (vəkilini) və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmədə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o, X9 mülkiyyətində olan və Daşkəsən rayonunun Bayan kəndində yerləşən fərdi yaşayış evində 15 ildən artıq müddət ərzində yaşamış və həmçinin həmin evin mühafizəsini həyata keçirmişdir. M.İ.Abdullayev buna görə ona hər ay ödəniş etmiş, M.İ.Abdullayevin ölümündən sonra isə İddiaçı onun ödənişlərini etmişdir. X3 rayonunun Bayan kəndində yaşamış, hər gün olmasa da həftədə bir dəfə Cavabdeh1 ilə Gəncə şəhərində birlikdə yaşadığı ünvana gəlib-getmişdir. Cavabdeh1 isə X9 öldüyü günə qədər təxminən 5-6 aydan bir Bayan kəndinə getmiş və qısa müddət sonra yenidən Gəncə şəhərinə qayıtmışdır. Həmçinin Cavabdeh1 xüsusi günlərdə və tədbirlərin keçildiyi vaxtlarda M.İ.Abdullayevin Daşkəsən rayonunun Bayan kəndində yaşadığı ünvana getmişdir. M.İ.Abdullayev Cavabdeh1, Cavabdeh1 isə M.İ.Abdullayevə sevdiyi yeməklər bişərkən göndərmişdir. O, M.İ.Abdullayevin Cavabdeh1 ilə Gəncə şəhərində yaşadığı ünvanda da olmuş, həmin şəxslər arasında mübahisə görməmişdir. M.İ.Abdullayevlə Cavabdeh1 münasibətləri normal olmuş və o, heç vaxt dava-dalaşın şahidin olmamışdır. Ona təqdim edilən E.Ə.Abdullayevaya məxsus fotoşəkil də Daşkəsən rayonunun Bayan kəndində M.İ.Abdullayevin yaşadığı fərdi yaşayış evində çəkilmişdir. O, M.İ.Abdullayev vəfat edərkən orada olmuş, bundan 1 saat sonra Cavabdeh1 ora gəlmişdir. Cavabdeh1 həmin vaxt M.İ.Abdullayevin ölümünə görə yas saxlamışdır. Məhkəmədə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, o, X9 qardaşıdır. O, daim Bakı şəhərində yaşamış, 1978-ci il tarixdən Gəncə şəhərinə və Daşkəsən rayonunun Bayan kəndinə gedib-gəlmişdir. 1994-cü il tarixdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 1998-ci il tarixdə azad olunmuşdur. Daha sonra Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və oradan Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində yaşayarkən qardaşı X5 şərab zavodunu almış, bununla əlaqədar Bayan kəndinə gəlmişdir. Bayan kəndinə gələn zaman Müzamili də görmüşdür. 2013-cü il tarixdə onun oğlu Ayxanın toy məclisində Müzamil və Etibar birlikdə iştirak etmişlər. X30 kəndində yaşadığı evi, Müzamil özü tikmiş və qızı Aybənizə hədiyyə etmişdir. Qardaşının ölümündən 3-4 il əvvəl o, Bayan kəndində yerləşən evdə Cavabdeh1 da görmüşdür. Bayan kəndində qalanda da X47 şəhərinə gedib-gəlmiş, Müzamilin yaşadığı otağa qalxan zaman Cavabdeh1 ona çay vermişdir. O, qohum-əqrabadan Müzamil və Etibarın münasibətlərinin pis olmasını eşitməmişdir. Məhkəmə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X48 ifadəsində göstərdi ki, X16 onun dayısıdır. 2011-ci ildə o, Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdıqdan sonra «X68» MMC-də işləməyə başlamışdır. Buna görə də o, X12 daim görmüşdür. M.İ.Abdullayev öldüyü günədək özü öz avtomobilini idarə etmişdir. M.İ.Abdullayev tapşığı olanda onu Daşkəsən rayonunun Bayan kəndində yaşadığı ünvana çağırmışdır. M.İ.Abdullayev Daşkəsən rayonunun Bayan kəndində vəfat etmiş, vəfatından dərhal sonra Cavabdeh1 M.İ.Abdullayevin vəfat etdiyi yerə getmişdir. Bundan sonra M.İ.Abdullayev Gəncə şəhərində Cavabdeh1 ilə birlikdə yaşadığı evə aparılmış və oradan da məzarlığa aparılaraq, dəfn edilmişdir. O, qohumlarından Cavabdeh1 ilə M.İ.Abdullayev arasında hər hansı münaqişəli vəziyyət olmasını eşitməmişdir. Məhkəmədə cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X34 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsində yaşayır. M.İ.Abdullayev və E.Ə.Kazımov onun qonşularıdır. 1976-cı il tarixdən hazırki tarixədək qeyd olunan ünvanda yaşayır. M.İ.Abdullayev və Cavabdeh1 birgə nikahda olmuşdurlar.Müzamil Abdullayev daimi yaşadığı Gəncə şəhərində yerləşən evə gedibgəlmişdir. Onların yaşadıqları evin arasında bir ev olmuşdur. O, M.İ.Abdullayevin harada işlədiyini bilməmişdir. Lakin M.İ.Abdullayev daim Cavabdeh1 ilə birlikdə yaşadığı evə gedib-gəlmişdir. Məhkəmədə cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsində yerləşən 28 nömrəli evdə yaşamışdır. Həmin evlə Cavabdeh1 və M.İ.Abdullayevin mülkiyyətində olan evin arasında daş hasar var. M.İ.Abdullayev öldüyü günədək öz evinə gedib-gəlmişdir. Belə ki, mərhumun öz idarə etdiyi qara rəngli, hündür avtomobili də olmuşdur. O, M.İ.Abdullayev Cavabdeh1 arasında hər hansı dava-dalaş görməmiş, qonşulardan hər hansı söz-söhbət eşitməmişdir. Məhkəmədə cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X54 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində anadan olduğu vaxtdan yaşamış, X9 yaşadığı evlə onun yaşadığı evin arasında 100 metr məsafə olmuşdur. M.İ.Abdullayev ölən günədək həmin evdə yaşamışdır. Bundan başqa, o, "xxxx" ASC-də işləyir və 2020-ci ildə yaşadıqları küçədə işıqlandırma dirəklərinin quraşdırılmasında iştirak etmişdir. Həmin vaxt M.İ.Abdullayev Cavabdeh1 ilə birlikdə yaşadığı evin darvazasının qarşısındakı işıqlandırma dirəklərinin düzgün quraşdırılmasına nəzarət etmidir. İş materiallarında olan AZ-İİ seriyalı 283567 nöməli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-475 reyestr nömrəli «ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən» mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 qalmış arvadı Cavabdeh1 X9 adına qalan "xxxx" MMC-də miqdarı 200 manat 100 faiz pay olan nizamnamə kapitalının 1/2 hissəsindən pay almalıdır. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-476 reyestr nömrəli «ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən» mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 qalmış arvadı Cavabdeh1 X13 məxsus «Mercedes Benz GL550 minik» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən pay almalıdır. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-477 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Xanlar rayonu, Səmədli kəndi ünvanında yerləşən ümumi sahəsi 2272,4 kv/m, əsas sahəsi 1727,7 kv/m, köməkçi sahəsi 544,7 kv/m olan əmlak kompleksinin (şərab məhsulları istehsal edən müəssisə) 1/2 hissəsindən ibarətdir. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-478 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X9 adına qalan "xxxx" MMC-də miqdarı 200 manat 100 faiz pay olan nizamnamə kapitalının 1/2 hissəsindən ibarətdir. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-479 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X9 adına olan «Mercedes Benz GL550 minik» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-480 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X13 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1223B ünvanında yerləşən bağ evindən ibarətdir. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-481 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X13 məxsus olan Göygöl şəhəri, Gəncə çay kənarı ünvanında yerləşən əmlak kompeksindən ibarətdir. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X13 məxsus olan ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-483 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X13 məxsus olan Göygöl şəhəri, Gəncə çay kənarı ünvanında yerləşən torpaq sahəsindən ibarətdir. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 2V-995 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X13 məxsus olan Göygöl şəhəri, Gəncə çay kənarı ünvanında yerləşən torpaq sahəsinin icarə hüququndan ibarətdir. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-868 reyestr nömrəli «ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən» mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 qalmış arvadı Cavabdeh1 X9 adına qalan ünvan 1ində yerlən torpaq sahəsinin və fərdi yaşayış evinin 1/2 hissəsindən pay almalıdır. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1828 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2-ci döngə, ev 1, Yeni qaydalarla: ünvan 16 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin özünə məxsus olan 1/3 hissəsini oğlu Cavabdeh3 bağışlamışdır. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1829 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1ində yerləşən əmlak kompleksi kimi müəssisənin özünə məxsus olan 4/6 hissəsini oğlu Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1830 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Göygöl şəhəri, Gəncə çay kənarı ünvanında yerləşən torpaq sahəsinin özünə məxsus olan 1/3 hissəsini oğlu Cavabdeh3 bağışlamışdır. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1832 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 17i ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evininin özünə məxsus olan 4/6 hissəsini oğlu Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-2558 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1223B ünvanında yerləşən bağ evinin özünə məxsus olan 1/3 hissəsini oğlu Cavabdeh3 bağışlamışdır. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 3M-178 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, 2V-479 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ** EH *** dövlət qeydiyyat vasitəsinin özünə düşən miras payını oğlu Cavabdeh3 bağışlamışdır. İş matertiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 3M-179 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzindəki Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, 2V-476 reyestrlə qeydə alınmış mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ** EH *** dövlət qeydiyyat vasitəsinin özünə düşən 1/2 payını oğlu Cavabdeh3 bağışlamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-c il tarixli, 3-21-3-33/2-14418/2024 nömrəli məktubun surətindən görünür ki, Göygöl (Xanlar) rayonu, Səmədli qəsəbəsində yerləşən əmlak kompleksini (şərab məhsulları istehsal edən müəssisə) Xanlar rayon Dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə/2-361 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X28 tərəfindən X1. Həmin müqavilə əsasında X9 adına xx.xx.2006-cı il tarixli, **********01- 12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-474 reyestr nömrəli «Mülkiyyət hüququ haqqında» şəhadətnamə və xx.xx.2023-cü il tarixli, 2V-477 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, ünvan 1ində yerləşən əmlak kompleksi müəssisəyə dair əsasən, İddiaçı (1/6 hissədə) Cavabdeh3 (1/6 hissədə) və Cavabdeh1 (4/6 hissədə) payları göstərilməklə X9 vərəsələri tanınaraq adlarına **********01-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-1829 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, Cavabdeh1 əmlak kompleksində özünə məxsus 4/6 hissəni Cavabdeh3 bağışlamışdır. Bu müqavilə üzrə 1/6 hissədə X6 və 5/6 hissədə Cavabdeh3 payları göstərilməklə adlarına xx.xx.2023-cü il tarixli, **********01-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 2. ünvan 1ində yerləşən 0.09 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Gəncə «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-2963 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X35 tərəfindən X1. Müqavilə əsasında X9 adına xx.xx.2015-ci il tarixli, **********55 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda göstərilən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair «Azərbaycanmemarlayihə» Respublika yaradıcı memarlıq şirkətinin «Gəncəmemarlayihə» yaradıcı memarlıq emalatxanası tərəfindən X13 bu torpaq sahəsində inşa ediləcək tikililərə 2015-ci ildə razılaşdırımış eskiz-layihə verilmişdir. Göygöl rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2016-cı il tarixli A-424/18 saylı məktubunda təsdiq olunmuş layihə sənədləri əsasında tikinti işlərinin aparılmasına etiraz edilmədiyi bildirilmişdir. Qeyd olunan sənədlərə üzrə X9 adına xx.xx.2016-cı il tarixli, **********55-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-868 reyestr nömrəli «Mülkiyyət hüququ haqqında» şəhadətnamə və xx.xx.2023-cü il tarixli, 2V- 869 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, ünvan 1ində yerləşən 0.09 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 648,9 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı (1/6 hissədə) Cavabdeh3 (1/6 hissədə) və Cavabdeh1 (4/6 hissədə) payları müəyyən olunmaqla X9 vərəsələri tanınaraq adlarına xx.xx.2023-cü il tarixli, **********55- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-42 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X36 ona məxsus Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2-ci döngə, 1 saylı fərdi yaşayış evi X36 tərəfindən X13 bağışlamışdır. Müqaviləyə uyğun olaraq X9 adına xx.xx.2018-ci il tarixli, **********06-10301 reyestr nömrəli nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-482 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2-ci döngə, 1 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla: AZ 2007, ünvan 16) dair əsasən, İddiaçı (1/3 hissədə) Cavabdeh3 (1/3 hissədə) və Cavabdeh1 (1/3 hissədə) payları göstərilməklə X9 vərəsələri tanınaraq adlarına **********96-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 4. Gəncə «ASAN xidmət» mərkəzində fəaliyyət notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-1454 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən Göygöl şəhəri, Gəncə çayının kənarında yerləşən əmlak kompleksi kimi müəssisə X49 tərəfindən X13 bağışlamışdır. Həmin müqavilə əsasında X9 adına xx.xx.2018-ci və xx.xx.2023-cü il tarixli **********68- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-481 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən, Göygöl şəhəri, Gəncə çayının kənarında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair İddiaçı (1/3 hissədə) Cavabdeh3 (1/3 hissədə) və Cavabdeh1 (1/3 hissədə) payları müəyyən olunmaqla X9 vərəsələri tanınaraq adlarına **********68-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 18 ünvanında olan daşınmaz əmlak inzibati ərazi olaraq Bakı şəhərində yerləşdiyindən sorğunun həmin hissədə icrasının təmin olunması tərəfimizdən mümkün olmamışdır. Sorğunun həmin hissədə icra olunması üçün aiddiyyəti üzrə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət olunması məqsədəmüvafiq hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-1482/2025 nömrəli məktubun surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 976 saylı qərarı ilə 205 nömrəli bağ tikinti kooperativi nəzdində Nardaran qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1223b saylı bağ sahəsi 31 saylı order əsasında xx.xx.2006-ci il tarixdə X9 adına ilkin qeydiyyata alınmışdır. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisində təsdiq 2V-480 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Nardaran qəsəbəsi, 0.0254 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 412.2 kv.m olan 1223b saylı bağ evi hər biri 1/3 hissə olmaqla İddiaçı, Cavabdeh1 adlarına xx.xx.2023-cü il tarixdə və Cavabdeh3 adına isə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisində təsdiq 4Ə- 2558 reyestr nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında sözügedən bağ evinin Cavabdeh1 məxsus bağ evinin 1/3 hissəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır, hazırda 3/2 hissə olaraq hazırda mülkiyyətlərindədir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür. M.İ.Abdullayevin arvadı Cavabdeh1, uşaqları İddiaçı və Cavabdeh3 ibarət qanun üzrə 3 vərəsəsi olmuş, M.İ.Abdullayevdən miras qalmış əmlak həmin vərəsələr tərəfindən qəbul edilmişdir. X7 X31, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «nikah münasibətlərinin faktiki ilə bağlı arvadın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi və bununla əlaqədar bütün hüquqi nəticələrin ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəslərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəslər sayılır. Həmin Məcəllənin 1164-cü maddəsinə görə əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Məhkəmə İddiaçı iddia tələbinin əsası qismində miras qoyan M.İ.Abdullayevlə Cavabdeh1 arasında olan nikah münasibətlərinin 12 il əvvəl faktik xitam olmasına dair əsasları mülki işin digər halları ilə müqayisəli tədqiq edərək, hesab edir ki, həmin xüsusat əsaslı deyildir və işin digər halları ilə təkzib olunur. Belə ki, məhkəmədə iddiaçının özünün vəsatəti əsasında dindirilmiş şahid X17 M.İ.Abdullayevlə Cavabdeh1 arasında ər-arvad münasibətlərinin M.İ.Abdullayevin öldüyü tarixədək davam etdiyini, hətta M.İ.Abdullayev Daşkəsən rayonunun Bayan kəndində, Cavabdeh1 isə Gəncə şəhərində olduğu vaxtlarda M.İ.Abdullayevin və Cavabdeh1 biribirinə sevdiyi yeməklərdən göndərdiklərini, M.İ.Abdullayevin müxtəlif vaxtlarda Gəncə şəhərində Cavabdeh1 ilə birlikdə yaşadıqları evə getdiyini, Cavabdeh1 isə xüsusi günlərdə və ümumi tədbirlərdə M.İ.Abdullayevin Daşkəsən rayonunun Bayan kəndində yaşadığı ünvana getdiyini, M.İ.Abdullayevin vəfatından 1 saat sonra Cavabdeh1 Gəncə şəhərindən Daşkəsən rayonunun Bayan kəndinə çatdığını və M.İ.Abdullayevin vəfatı ilə əlaqədar yas saxladığını bildirmişdir. Məhkəmədə iddiaçının özünün vəsatəti əsasında dindirilmiş digər şahid X19 isə ifadəsində M.İ.Abdullayevin ölümündən 3-4 il əvvəl Cavabdeh1 Daşkəsən rayonunun Bayan kəndində M.İ.Abdullayevin yaşadığı evdə gördüyünü, M.İ.Abdullayevin onunla birlikdə bir neçə dəfə Gəncə şəhərində yaşadığı evə getdiyini, hətta Cavabdeh1 orada ona çay verdiyini, M.İ.Abdullayevin və Cavabdeh1 xeyir və şər mərasimlərində birlikdə iştirak etdiklərini, M.İ.Abdullayevlə Cavabdeh1 arasında hər hansı mübahisə barədə eşitmədiyini və bilmədiyini göstərmişdir. İddiaçının özünün vəsatəti əsasında dindirilmiş digər şahid X48 da eyni məzmunlu ifadə vermişdir. Həmçinin məhkəmədə cavabdehlərin vəsatəti əsasında dindirilmiş şahid X37, X22 və X54 ifadələrində Gəncə şəhəri, Firudin Qurbanəliyev küçəsində M.İ.Abdullayev və Cavabdeh1 mülkiyyətlərində olan fərdi yaşayış evinin qonşuluğunda yaşadıqlarını, M.İ.Abdullayevin öldüyü tarixədək Cavabdeh1 ilə birlikdə həmin evdə yaşadığını göstərmiş, X54 ifadəsində əlavə olaraq, "xxxx" ASC-də işlədiyini və 2020-ci ildə M.İ.Abdullayevin yaşadığı küçəyə işıqlandırma dirəkləri quraşdırılarkən, M.İ.Abdullayevin də şəxsən Cavabdeh1 ilə birlilkdə yaşadıqları fərdi yaşayış evinin darvazasının qarşısındakı işıqlandırma dirəklərinin düzgün quraşdırılmasına nəzarət etdiyini bildirmişdir. Bundan başqa, mülki işin məhkəmə iclasında tədqiq edilmiş videoqeydlərdə də M.İ.Abdullayev və Cavabdeh1 arasında səmimi münasibətlərin olduğu, toy şənliyində oynadıqları və həmin videoqeydiyyatın M.İ.Abdullayev və Cavabdeh1 qoca yaşlarında çəkildiyi müəyyən edilir. Digər tərəfdən X16 xx.xx.2021-ci il tarixdə, yəni ölümündən 1 il 02 ay əvvəl arvadı Cavabdeh1 hüquqlarının müdafiəsi üçün yuxarı dövlət orqanlarına ərizələrə müraciət etmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı nəinki öz iddia tələbinin əsası kimi istinad etdiyi halı, yəni M.İ.Abdullayevlə Cavabdeh1 arasında olan nikah münasibətlərinin 12 il əvvəl faktik xitam olmasına dair əsasları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, hətta özünün vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş şəxslər M.İ.Abdullayevin öldüyü tarixədək Cavabdeh1 ilə ər-arvad münasibətlərinin mövcudluğunu təsdiq etmiş, cavabdehlər isə öz etirazlarının əsası kimi istinad halları təsdiq edən sübuları məhkəməyə təqdim etmişlər. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 və M.İ.Abdullayevin nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları müəyyən edilmədiyindən, həmin halın təsdiqi və bu əsasla Cavabdeh1 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, eləcə də həmin tələbdən yaranan əlavə tələblərin təmin olunması qanunun tələbinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, X7 X31, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «nikah münasibətlərinin faktiki ilə bağlı arvadın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi və bununla əlaqədar bütün hüquqi nəticələrin ləğv olunması» tələbi barədə iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X7 X31, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «nikah münasibətlərinin faktiki ilə bağlı arvadın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi və bununla əlaqədar bütün hüquqi nəticələrin ləğv olunması» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar