Məhkəmə qərarları › İş №e-2(125)-1964/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1964/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1964/2024 15.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə İphone 14 Pro markalı telefon üçün 4499,96 manat ödənilməmiş məbləğ, 530,04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A53 markalı telefon üçün 684,29 manat ödənilməmiş məbləğ, 134,71 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A53 markalı telefon üçün 166,83 manat ödənilməmiş məbləğ, 57,17 manat cərimə olmaqla, ümumilikdə 6073 manat borcun və 80,73 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan İphone 14 Pro markalı telefonu 18 ay müddətinə hər ay 252,22 manat ödəmək şərti ilə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A53 markalı telefonu 18 ay müddətinə, hər ay 64,39 manat ödəmək şərtilə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Samsung Galacy A53 markalı telefonu isə 18 ay müddətinə, hər ay 63,61 manat ödəmək şərtilə almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavillərin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4499,96 manat ödənilməmiş məbləğ, 530,04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 684,29 manat ödənilməmiş məbləğ, 134,71 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 166,83 manat ödənilməmiş məbləğ, 57,17 manat cərimə olmaqla, ümumilikdə 6073 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, 3 ədəd telefon almışdır. Əvvəl qaz idarəsində işlədiyindən vaxtlı-vaxtında ödənişlər etmişdir. Daha sonra səhhətində problem yaranmış ödəyə bilməmişdir. Hazırda səhhətinin yaxşı olduğunu, iş tapıb borcunu ödəyəcəyini göstərdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında İphone 14 Pro markalı telefonun nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə görə ödənişlər 18 ay müddətinə hər ay 252,22 manat nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli, 03382876 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Samsung Galaxy A53 markalı telefonun nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə görə ödənişlər 18 ay müddətinə hər ay 64,39 manat nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli, 03381279 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Samsung Galaxy A53 markalı telefonun nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə görə ödənişlər 18 ay müddətinə hər ay 63,61 manat nəzərdə tutulmuşdur. "xxxx" MMC-in Cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4499,96 manat ödənilməmiş borcu qalmış, 530,04 manat cərimə hesablanmışdır, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 684,29 manat ödənilməmiş borcu qalmış, 134,71 manat cərimə hesablanmış və xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 166,83 manat ödənilməmiş borcu qalmış, 57,17 manat cərimə hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında İphone 14 Pro markalı, Samsung Galaxy A53 markalı, Samsung Galacy A53 markalı 3 ədəd mobil telefonun nisyə alğı-satqısına dair müqavilələr bağlanmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1 ədəd İphone 14 Pro markalı telefon alaraq, həmin telefonun dəyərini 18 ay müddətinə hər ay 252,22 manat olmaqla, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1 ədəd Samsung Galaxy A53 markalı telefon alaraq, həmin telefonun dəyərini 18 ay müddətinə hər ay 64,39 manat olmaqla və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1 ədəd Samsung Galaxy A53 markalı telefon alaraq, həmin telefonun dəyərini 18 ay müddətinə hər ay 63,61 manat olmaqla ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tutulmalı olan 530,04 manat cərimə məbləği azaldılaraq 30,04 manat həddində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tutulmalı olan 134,71 manat cərimə məbləği azaldılaraq 4,71 manat həddində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tutulmalı olan 57,17 manat cərimə məbləği azaldılaraq 7,17 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 4499,96 manat ödənilməmiş məbləğ, 30,04 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03382876 nömrəli müqavilə üzrə 684,29 manat ödənilməmiş məbləğ, 4,71 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03381279 nömrəli müqavilə üzrə 166,83 manat ödənilməmiş məbləğ, 7,17 manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 5393 manat cavabdehdən alınaraq İddiaçı MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 73,93 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 4499,96 manat ödənilməmiş məbləğ, 30,04 manat cərimə, xx.xx.2022-ci il tarixli, 03382876 nömrəli müqavilə üzrə 684,29 manat ödənilməmiş məbləğ, 4,71 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 166,83 manat ödənilməmiş məbləğ, 7,17 manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 5393 (beş min üç yüz doxsan üç) manat pul və dövlət rüsumunun əvəzi olaraq 73,93 (yetmiş üç manat 93 qəpik) manat alınaraq İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar