Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1973/2022 21.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LG kondisioner, Samsung LED TV üçün 462,3 (dörd yüz altmış iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64853 olan “Samsung Galaxy A20” markalı telefon üçün 90 (doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat cərimə pulu olmaqla, ümumilikdə 607,3 (altı yüz yeddi manat otuz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən LG kondisioner, “Samsung LED TV” və İMEİ kodu **********64853 “Samsung Galaxy A20” markalı telefon almış və nəticədə 607,3 (altı yüz yeddi manat otuz qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə, əsasən, alğı-satqı qiyməti 2598 (iki min beş yüz doxsan səkkiz) manat (18 ay x 144 manat + 6 manat ilkin ödəniş) olan “LG kondisioner”, “Samsung LED TV” üçün ümumilikdə 508,3 (beş yüz səkkiz manat otuz qəpik) manat olmaqla ondan, 462,3 (dörd yüz altmış iki manat otuz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 46 (qırx altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 630 (altı yüz otuz) manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********64853 “Samsung Galaxy A20” markalı telefon üçün ümumilikdə, 99 (doxsan doqquz) manat olmaqla, ondan 90 (doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli, müqaviləsinə son ödəniş tarixi xx.xx.2021-ci il olmaqla, cəmi ödədiyi məbləğ 2675,7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 2598 manat olan LG kondisioner, Samsung LED TV, dəyəri 630 manat olan İMEİ kodu **********64853 “Samsung Galaxy A20” markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar LG kondisioner, Samsung LED TV, üçün hər ay 144 manat və İMEİ kodu **********64853 “Samsung Galaxy A20” markalı telefon üçün hər ay 35 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən LG kondisioner, Samsung LED TV üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2598 manat olan mal almış, əsas borc məbləğindən 462,3 manat borcunu ödəmədiyindən, həmin məbləğə 46 manat cərimə hesablanmış; həmçinin xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ kodu **********64853 “Samsung Galaxy A20” markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 630 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 90 manat borcunu ödəmədiyindən, həmin məbləğə 9 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür mübahisənin Məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəliklərini lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən LG kondisioner, Samsung LED TV-ni 2598 manata almış, həmin məbləğdən 2135,7 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-yə 462,3 manat əsas borcu qalmış, qalıq borca 46 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********64853 “Samsung Galaxy A20” markalı telefonu 630 manata almış, həmin məbləğdən 540 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 90 manat əsas borcu qalmış, qalıq borca 9 manat dəbbə pulu hesablanmışdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh LG kondisioner, Samsung LED TV üçün 462,3 (dörd yüz altmış iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, İMEİ kodu **********64853 “Samsung Galaxy A20” markalı telefon üçün 90 (doxsan) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 637,3 (altı yüz otuz yeddi manat otuz qəpik) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 462,3 (dörd yüz altmış iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 90 (doxsan) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 637,3 (altı yüz otuz yeddi manat otuz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1973/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1973/2022
21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver