Məhkəmə qərarları › İş №e-2(125)-1987/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1987/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1987/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinə görə 3 268 manat, və ödənilmiş dövlət rüsumunun əvəzinə 53,08 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Qaz 3110” markalı, ** CE *** dövlət nömrə nişanlı avtomobil Gəncə şəhəri, Ə.Əliyev prospekti ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş, nəticədə “Toyota Auris” markalı, ** ES *** dövlət nömrə nişanlı avtomobilə, “Mitsubishi Pajero” markalı, ** CR *** dövlət nömrə nişanlı avtomobilə, “Vaz 21063” markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobilə və “Honda İnsıght” markalı, ** EP *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Gəncə şəhər DYPŞİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Qaz 3110” markalı, ** CE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Auris” markalı, ** ES *** dövlət nömrə nişanlı avtomobilə 2 280 manat, “Mitsubishi Pajero” markalı, ** CR *** dövlət nömrə nişanlı avtomobilə 490 manat, “Vaz 21063” markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobilə 428 manat, “Honda İnsıght” markalı, ** EP *** dövlət nömrə nişanlı avtomobilə 70 manat maddi zərər dəymiş və müvafiq olaraq "xxxx" ASC tərəfindən ödənilmişdir. "xxxx" ASC tərəfindən ümumilikdə 3 268 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Qaz 3110” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinəəsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, lakin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, “Qaz 3110” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, lakin yol-nəqliyyat hadisəsi baş verən zaman etibarnamənin müddəti bitmiş, etibarnamənin müddətini uzatmağı isə unutmuşdur. Onun idarə etdiyi “Qaz 3110” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi nikahda olmadığı həyat yoldaşı X3 mülkiyyətindədir. Hadisə baş verən gün Fəridə Yusubova ilə birlikdə dəvətnamə verməyə getmişlər. Fəridə avtomobildən düşüb dəvətnaməni verməyə getmiş, qayıtdıqda onu bir az qabaqda yolun kənarından götürmək üçün avtomobili irəliyə hərəkət etdirmək istəyəndə arxadan gələn avtomobil onun avtomobilini vurmuş, o hadisə zamanı xəsarət almış, lakin şikayətçi olmamışdır. Yol-nəqliyyat hadisəsi baş verərkən avtomobilin yanında mülkiyyətçisi F.Yusibova da olmuş lakin polis əməkdaşları bunu nəzərə almamışlar. Ona məhkəmə iclasında məlum olmuşdur ki, barəsində avtomobili etibarnaməsiz idarə etməyə görə protokol tərtib edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh həyat yoldaşının xəstə olduğu üçün gələ bilmədiyini bildirmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 11 may 2023-cü il tarixli hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahat verərək bildirmişdir ki, Cavabdeh onun həyat yoldaşıdır. Rəsmi nikahları yoxdur. “Qaz 3110” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir və əri tərəfindən idarə edilir. Ərinə bu barədə etibarnamə də vermişdir. xx.xx.2022-ci ildə əri Neymət ilə toy dəvətnaməsi vermək üçün yola çıxmışlar. O, avtomobildən düşüb dəvətnaməni verdikdən sonra Neymət onu götürmək üçün avtomobili dayandığı yerdən işə salıb hərəkət edən zaman arxadan gələn avtomobil Neymətin idarə etdiyi avtomobili vurmuşdur. O, avtoqəza baş verən vaxt hadisə yerində olmuş, polis əməkdaşları Neymətin barəsində inzibati qaydada protokol tərtib etmişlər, lakin ondan izahat almamışlar və şəxsiyyətini müəyyən etməmişlər. Neymətin avtomobili etibarnaməsiz idarə etməsi barədə protokol tərtib edilməsindən məlumatları olmamışdır. Çünki, həmin qərar onlara hələ də verilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, müstəqil tələb irəli sürən üçüncü şəxsin məhkəmənin hazırlıq iclasında verdiyi izahatı və iş materiallarını araşdıraraq, iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X8 ilə "xxxx" ASC arasında “QAZ 3110” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə mülki məsuliyyətin icbari sığorta olunmasına dair xx.xx.2022-ci il tarixdə bir il müddətinə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş AC seriyalı, 176134 nöməli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 3110” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC kateqoriyalı sürücülük vəsiqəsinə malik olmuşdur. İş materiallarında olan Gəncə şəhər DYPİ-nin YNH inspektoru X4 tərtib etdiyi xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Həsən-X2 Xətalar Məcəlləsinin 332.1, 339.1-1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi ilə bağlı verdiyi 31 oktyabr 2019-cu il tarixli izahatında bildirmişdir ki, “xx.xx.2022-ci il tarixdə idarə etdiyi “QAZ 3110” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətə başlayan zaman “Toyota Auris” markalı **- ES-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun avtomobili toqquşmuş, avtomobilin sahibi X9 qarşıdakı yol ayrıcında 15 metr uzaqlıqda onu gözləmişdir”. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 11 noyabr 2022-ci il tarixli İAS22364 nömrəli sığorta aktından görünür ki, “Toyota Auris” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 2280 manat məbləğində sığorta ödənişinin X7 ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 11 noyabr 2022-ci il tarixli İAS22365, nömrəli sığorta aktından görünür ki, “Mitsubihi Pajero” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 490 manat məbləğində sığorta ödənişinin X10 ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 11 noyabr 2022-ci il tarixli İAS22366, nömrəli sığorta aktından görünür ki,“VAZ21063” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 428 manat məbləğində sığorta ödənişinin X11 ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 11 noyabr 2022-ci il tarixli İAS22367, nömrəli sığorta aktından görünür ki, “Honda İnsight” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 70 manat məbləğində sığorta ödənişinin X1 ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış 31 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, onun avtomobili idarə etmək hüququ olmadığından avtoqəza baş verərkən Toyota Auris” markalı, ** ES *** dövlət nömrə nişanlı avtomobilə, “Mitsubishi Pajero” markalı, ** CR *** dövlət nömrə nişanlı avtomobilə, “Vaz 21063” markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobilə və “Honda İnsight” markalı, ** EP *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyana görə zərərçəkənlərə ödəniləcək sığorta ödənişinin ondan alınacağı barədə xəbərdar edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ...25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddiaçı yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh qarşı subroqasiya qaydasında tələb irəli sürərək ödənilmiş sığorta ödənişi həcmində pulun cavabdehdən tutulmasını tələb etmişdir. Lakin işin müəyyən edilmiş hallarından da göründüyü kimi, Cavabdeh nə sığorta olunan, nə də sığortalı deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, sığorta müqaviləsində sığortalı qismində X8 göstərilmişdir. X8 nəqliyyat vasitəsinin mülkiyyətçisidir. İddiaçı Cavabdeh qarşı subroqasiya tələbinin əsası kimi İcbari sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsaslanmışdır. Həmin normaya əsasən subroqasiya hüququnun sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə yönəlməsi üçün aşağıdakı halların məcmusu olmalıdır: - icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməli; - müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməlidir. Qeyd edilən halların məcmusu mövcud olmadıqda ümumi qayda tətbiq edilərək subroqasiya hüququ sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana yönəlməlidir. Hazırkı iddia tələbi üzrə əmlakın sığortalının və ya sığorta olunanın xəbəri olmadan istismar edilməsi halını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. Təqdim edilmiş sübutlar bu halın əksini təsdiq edir. İddiaçı cavabdehin avtomobili sığortalı və ya sığorta olunanın xəbəri olmadan idarə etdiyini sübut etməli olduğu halda bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, işə onların iştirakı olmadan baxılmasını və təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Həm cavabdehin həm də avtomobilin mülkiyyətçisi və sığortalı X3 izahatlarından, eləcə də yol-nəqliyyat hadisəsi ilə bağlı cavabdehin YPX əməkdaşına verdiyi izahatdan görünür ki, X8 ona məxsus olan avtomobilin Cavabdeh tərəfindən idarə edilməsini bilmiş və avtomobili özü ona idarə etmək üçün vermişdir. Bu halda isə subroqasiya tələbinin sığortalı və ya sığorta olunana deyil, hadisənin törədilməsində təqsirli olan şəxsə yönəlməsi istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 53,08 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişi həcmində pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar