Məhkəmə qərarları › İş №e-2(125)-2003/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2003/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2003/2025 09.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 1.194 manat, cərimənin əvəzi qismində 288 manat, real zərərin əvəzi qismində 2.749 manat 80 qəpik, cəmi 4.231 manat 80 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62 manat 32 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olan ərizəsində Cavabdeh iddiaçı ilə aralarında barışıq əldə olunduğundan iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən sözügedən mülki mübahisəni aşağıdakı şərtlər daxilində barışıq sazişinin bağlanması ilə yekunlaşdırmağa dair razılığa gəlirlər: 1.1 Gəncə Şəhər Məhkəməsinin təklifi və tərəflərin təşəbbüsü ilə İddiaçı MMC və Cavabdeh aşağıdakı şərtlərlə barışığın əldə edildiyini təsdiq edirlər: 1.1.1. Cavabdeh xx.xx.2023-cü il tarixli, 008 nömrəli alğı-satqı müqaviləsinin icra edilməmiş öhdəlikləri nəticəsində yaranmış 1.194 manat əsas borc və «Leapmotor T03» markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2.749 manat 80 qəpik pul vəsaiti olmaqla, ümumilikdə 3.943 manat 80 qəpik məbləğində pul vəsaitini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. 1.1.2. Cavabdeh Bu Müqavilənin 1.1.1 -ci bəndində göstərilən borc məbləğinin aşağıdakı ödəniş cədvəlinə uyğun olaraq İddiaçı MMC-yə ödənilməsini öhdəsinə götürür: № Tarix Məbləğ (manat) 1 xx.xx.2025 330 2 xx.xx.2025 330 3 xx.xx.2025 330 4 xx.xx.2025 330 5 xx.xx.2025 330 6 xx.xx.2025 330 7 xx.xx.2026 330 8 xx.xx.2026 330 9 xx.xx.2026 330 10 xx.xx.2026 330 11 xx.xx.2026 330 12 xx.xx.2026 313.80 1.2 Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1.2-ci bəndində göstərilən ödəmə tarixlərindən sonra 10 (on) gün müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

2. Digər müddəalar

2.1 Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2 bu Müqavilə Azərbaycan dilində və eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir və tərəflərdən hər birində bir nüsxəsi saxlanılır. 2.3 Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4 Bu «Saziş» hər iki tərəfin onu imzalamasından və sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir.

Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi qismən təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.5 maddələrinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Aşağıda göstərilən məzmunda İddiaçı və Cavabdeh arasında bağlanmış barışıq sazişi təsdiq edilsin: 1.1 Gəncə Şəhər Məhkəməsinin təklifi və tərəflərin təşəbbüsü ilə İddiaçı MMC və Cavabdeh aşağıdakı şərtlərlə barışığın əldə edildiyini təsdiq edirlər: 1.1.1 Cavabdeh xx.xx.2023-cü il tarixli, 008 nömrəli alğı-satqı müqaviləsinin icra edilməmiş öhdəlikləri nəticəsində yaranmış 1.194 manat əsas borc və «Leapmotor T03» markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2.749 manat 80 qəpik pul vəsaiti olmaqla, ümumilikdə 3.943 manat 80 qəpik məbləğində pul vəsaitini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. 1.1.2 Cavabdeh Bu Müqavilənin 1.1.1 -ci bəndində göstərilən borc məbləğinin aşağıdakı ödəniş cədvəlinə uyğun olaraq İddiaçı MMC-yə ödənilməsini öhdəsinə götürür:

№ Tarix Məbləğ (manat) 1 xx.xx.2025 330

2 xx.xx.2025 330 3 xx.xx.2025 330

4 xx.xx.2025 330 5 xx.xx.2025 330 6 xx.xx.2025 330

7 xx.xx.2026 330 8 xx.xx.2026 330

9 xx.xx.2026 330 10 xx.xx.2026 330 11 xx.xx.2026 330

12 xx.xx.2026 313.80

1.2 Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1.2-ci bəndində göstərilən ödəmə tarixlərindən sonra 10 (on) gün müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

2. Digər müddəalar

2.1 Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2 bu Müqavilə Azərbaycan dilində və eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir və tərəflərdən hər birində bir nüsxəsi saxlanılır. 2.3 Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4 Bu «Saziş» hər iki tərəfin onu imzalamasından və sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar