Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2004/2025 05.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə Samsung markalı adapter, Philips markalı daraqlı fen və Samsung Galaxy S24 markalı telefon üçün 2480,04 manat ödənilməmiş məbləğ, 1240,02 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Samsung Galaxy A55 markalı telefon üçün 1095,48 manat ödənilməmiş məbləğ, 547,74 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Huawei markalı qol saatı və Kieslect markalı qol saatı üçün 366,84 manat ödənilməmiş məbləğ, 183,42 manat cərimə olmaqla, hər üç müqavilə üzrə cəmi 5913,54 manat borcun və 79,14 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 2780,10 manat olan Samsung markalı adapter, Philips markalı daraqlı fen və Samsung Galaxy S24 markalı telefonu 18 ay müddətinə hər ay 154,45 manat ödəmək şərti ilə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1195,48 manat olan Samsung Galaxy A55 markalı telefonu 18 ay müddətinə hər ay 60,86 manat ödəmək şərti ilə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 388,08 manat olan Huawei markalı qol saatı və Kieslect markalı qol saatını 18 ay müddətinə hər ay 21,56 manat ödəmək şərti ilə almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2480,04 manat ödənilməmiş məbləğ, 1240,02 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1095,48 manat ödənilməmiş məbləğ, 547,74 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 366,84 manat ödənilməmiş məbləğ, 183,42 manat cərimə olmaqla, hər üç müqavilə üzrə cəmi 5913,54 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2024-cü il tarixli, 04078546 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıdan Samsung markalı adapter, Philips markalı daraqlı fen və Samsung Galaxy S24 markalı telefonu 18 ay müddətinə hər ay 154,45 manat ödəmək şərti ilə almışdır. xx.xx.2024-cü il tarixli, 05023444 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıdan Samsung Galaxy A55 marakalı telefonu 18 ay müddətinə hər ay 60,86 manat ödəmək şərti ilə almışdır. xx.xx.2024-cü il tarixli, 12341540 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıdan Huawei markalı qol saatı və Kieslect markalı qol saatını 18 ay müddətinə hər ay 21,56 manat ödəmək şərti ilə almışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2480,04 manat ödənilməmiş borcu qalmış, 1240,02 manat cərimə hesablanmış, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1095,48 manat ödənilməmiş borcu qalmış, 547,74 manat cərimə hesablanmış, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 366,84 manat ödənilməmiş borcu qalmış, 183,42 manat cərimə hesablanmışdır. İddiaçı MMC-in Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 04078546 nömrəli, xx.xx.2024-cü il tarixli, 05023444 nömrəli və xx.xx.2024-cü il tarixli, 12341540 nömrəli nisyə alqı-satqı müqavilələri bağlanmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan Samsung markalı adapter, Philips markalı daraqlı fen və Samsung Galaxy S24 markalı telefon alaraq onun dəyərini 18 ay müddətinə hər ay 154,45 manat olmaqla, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung Galaxy A55 marakalı telefon alaraq onun dəyərini 18 ay müddətinə hər ay 60,86 manat olmaqla və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Huawei markalı qol saatı və Kieslect markalı qol saatı alaraq onun dəyərini 18 ay müddətinə hər ay 21,56 manat olmaqla ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehdən yüksək məbləğdə cərimə tutulmasını əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tutulmalı olan 1240,02 manat cərimə məbləği azaldılaraq 124 manat həddində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tutulmalı olan 547,74 manat cərimə məbləği azaldılaraq 54,7 manat həddində və xx.xx.2024-cü il tarixli müqavilə üzrə tutulmalı olan 183,42 manat cərimə məbləği azaldılaraq 18,3 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, 04078546 nömrəli müqavilə üzrə 2480,04 manat ödənilməmiş məbləğ, 124 manat cərimə, xx.xx.2024-cü il tarixli, 05023444 nömrəli müqavilə üzrə 1095,48 manat ödənilməmiş məbləğ, 54,7 manat cərimə və xx.xx.2024-cü il tarixli, 12341540 nömrəli müqavilə üzrə 366,84 manat ödənilməmiş məbləğ, 18,3 manat cərimə olmaqla, cəmi 4139,36 manat pul cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 61,39 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 04078546 nömrəli müqavilə üzrə 2480,04 manat ödənilməmiş məbləğ, 124 manat cərimə, xx.xx.2024-cü il tarixli, 05023444 nömrəli müqavilə üzrə 1095,48 manat ödənilməmiş məbləğ, 54,7 manat cərimə və xx.xx.2024-cü il tarixli, 12341540 nömrəli müqavilə üzrə 366,84 manat ödənilməmiş məbləğ, 18,3 manat cərimə olmaqla, cəmi 4139,36 (dörd min yüz otuz doqquz manat 36 qəpik) manat pul və 61,39 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2004/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2004/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver