Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2005/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 681,98 manat ödənilməmiş əsas, 340,99 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 264,26 manat ödənilməmiş əsas, 132,13 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 383 manat ödənilməmiş əsas, 191,5 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1357,92 manat ödənilməmiş əsas, 678,96 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 543,06 manat ödənilməmiş əsas, 271,53 manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 465 manat ödənilməmiş əsas, 232,5 manat cərimə olmaqla, ümumilikdə 5542,83 manat pulun və ödənilmiş 75,43 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “Stark 22” markalı velosipedin nisyə alğı-satqısı barədə 13406449 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 748,98 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 41,61 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “Bosch” markalı laqondanın nisyə alğı-satqısı barədə 03456968 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 280,26 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 15,57 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “Dnipro” markalı cilalayıcının nisyə alğı-satqısı barədə ********* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 437,4 manat, ilkin ödəniş 5,4 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 24 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “Total” markalı kompressorun nisyə alğı-satqısı barədə 03865152 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 1390,92 manat, ilkin ödəniş 33 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 75,44 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə İmei kodu **********47911 olan “Oppo A18” markalı mobil telefonun nisyə alğı-satqısı barədə 05076441 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 543,06 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 30,17 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə İmei kodu **********92410 olan “Samsung Galaxy A24” markalı mobil telefonun nisyə alğı-satqısı barədə 02017264 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 630 manat, ilkin ödəniş 75 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 46,25 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, ümumilikdə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 67 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 16 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 54,4 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 33 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 0 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 165 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəyəri 748,98 manat (18 ay x 41,61 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 681,98 manat əsas, 340,99 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəyəri 280,26 manat (18 ay x 15,57 + 0 manat ilkin ödəniş) olan əşyaya görə 264,26 manat əsas, 132,13 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəyəri 437,4 manat (18 ay x 24 manat + 5,4 manat ilkin ödəniş) olan əşyaya görə 383 manat əsas, 191,5 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəyəri 1390,92manat (18 ay x 75,44 manat + 33 manat ilkin ödəniş) olan əşyaya görə 1357,92 manat əsas, 678,96 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəyəri 543,06 manat (18 ay x 30,17 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 543,06 manat əsas, 271,53 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəyəri 630 manat (12 ay x 46,25 manat + 75 manat ilkin ödəniş) olan əşyaya görə 465 manat əsas, 232,5 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişlərin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin xx.xx.2024cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 67 manat, qalıq borcu – 681,98 manat əsas və 340,99 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 1022,97 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 16 manat, qalıq borcu – 264,26 manat əsas və 132,13 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 396,39 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 54,4 manat, qalıq borcu – 383 manat əsas və 191,5 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 574,5 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə borca ödədiyi pul məbləği 33 manat, qalıq borcu - 1357,92 manat əsas və 678,96 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 2036,88 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə borca ödədiyi pul məbləği 0 manat, qalıq borcu – 543,06 manat əsas və 271,53 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 814,59 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə borca ödədiyi pul məbləği 165 manat, qalıq borcu – 465 manat əsas və 232,5 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 697,5 manat təşkil edir. Hər altı müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər qismən aparılmışdır. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilələr üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında tam icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilələr üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, müqavilələr üzrə dəbbə pulu azaldılaraq xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 68 manat, xx.xx.2024cü il tarixli nisyə alğı-satqı müqaviləsi 26 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 38 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 135 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 54 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 46 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 681,98 manat əsas, 68 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 264,26 manat əsas, 26 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 383 manat əsas, 38 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1357,92 manat əsas, 135 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 543,06 manat əsas, 54 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 465 manat əsas, 46 manat cərimə olmaqla, ümumilikdə 4062,22 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 60,62 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 681,98 manat əsas, 68 manat cərimə, xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 264,26 manat əsas, 26 manat cərimə, xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 383 manat əsas, 38 manat cərimə, xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1357,92 manat əsas, 135 manat cərimə, xx.xx.2024cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 543,06 manat əsas, 54 manat cərimə və xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 465 manat əsas, 46 manat cərimə olmaqla, ümumilikdə 4062,22 (dörd min altmış iki manat iyirmi iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60,62 (altmış manat altmış iki qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2005/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2005/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver