Məhkəmə qərarları › İş №e-2(125)-2013/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2013/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2013/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işi məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 222 manat, cərimə qismində 33 manat 30 qəpik, cəmi 255 manat 30 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. xx.xx.2023-cü il tarixdə «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi iddianın baxılmamış saxlanılmasını, həmçinin dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2024, qəbz nömrəsi:********) dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2024, qəbz nömrəsi:********) dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar