Məhkəmə qərarları › İş №e-2(125)-2093/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2093/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2093/2023 19.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 659.5 manat əsas, 98.9 manat cərimə, cəmi 758.4 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 659.5 manat əsas, 98.9 manat cərimə, cəmi 758.4 manat, xx.xx.2021-ci il tarixli 010941731saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 104.9 manat əsas, 15.7 manat cərimə, cəmi 120.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 114.5 manat əsas, 17.1 manat cərimə, cəmi 131.6 manat ümumilikdə dörd müqavilə üzrə 1538.4 manat əsas, 230.6 manat cərimə, cəmi 1769 manat borcun və 37.69 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı “Honor” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla cəmi 699.5 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən,aldığı “Honor” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla cəmi 699.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən,aldığı “Xiaomi” markalı mobil telefon və aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 21 manat olmaqla cəmi 251.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən,aldığı “Xiaomi” markalı mobil telefona və 2 ədəd qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 576.5 manat, ümumilikdə dörd müqavilə üzrə 2227.4 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 40 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 40 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 20.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 33 manat ödəniş etmiş və dörd müqavilə üzrə cəmi qalıq qalmış 1538.4 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktikicərimə borcu dörd müqavilə üzrə 2306 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər dörd müqavilə üzrə 2306 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 230.6 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMCnə olan borclu.05.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 659.5 manat əsas, 98.9 manat cərimə, cəmi 758.4 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 659.5 manat əsas, 98.9 manat cərimə, cəmi 758.4 manat, xx.xx.2021-ci il tarixli 010941731saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 104.9 manat əsas, 15.7 manat cərimə, cəmi 120.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 114.5 manat əsas, 17.1 manat cərimə, cəmi 131.6 manat ümumilikdə dörd müqavilə üzrə 1538.4 manat əsas, 230.6 manat cərimə, cəmi 1769 manat təşkil etmişdir. Cavabdeh X2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinin mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 230.6 manat məbləğində dəbbə pulu (cərimə) əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 567, 600.1 və 427-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 659.5 manat əsas, 6 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 659.5 manat əsas, 6 manat cərimə, xx.xx.2021-ci il tarixli 010941731saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə, 104.9 manat əsas, 4 manat cərimə, cəmi 120.6 manat, xx.xx.2021ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 114.5 manat əsas, 4 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə 1538.4 manat əsas, 20 manat cərimə və ödənilmiş dövlət rüsumunun 33.06 manatı Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 33.06 manatı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-1-284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 659.5 manat əsas, 6 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 659.5 manat əsas, 6 manat cərimə, xx.xx.2021-ci il tarixli 010941731saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 104.9 manat əsas, 4 manat cərimə, cəmi 120.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 114.5 manat əsas, 4 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə 1538.4 manat əsas, 20 manat cərimə və ödənilmiş dövlət rüsumunun 33.06 manatı Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar