Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2161/2025 05.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG TV, SONOROUS SUREFİX asqı üçün , 3304.4 manat ödənilməmiş hissə, 1652.2 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, DEHLİZ DOLAB , BİŞİRMƏ – CAYDAN üçün, 334.4 manat ödənilməmiş hissə, 167.2 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, FRİTOZ TEFAL üçün, 320.6 manat ödənilməmiş hissə, 160.3 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER, İmei kod **********79351 SAMSUNG GALAXY S21FE markalı telefonüçün 298 manat ödənilməmiş hissə, 149 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, ƏTÇƏKƏN BOSCHüçün , 291.3 manat ödənilməmiş hissə, 145.65 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, YENİ XARİ BÜLBÜL xalça üçün , 92.3 manat ödənilməmiş hissə, 46.15 manat dəbbə ümumilikdə 6961.5 manat borc, 89,62 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG TV, SONOROUS SUREFİX asqı, ROMA- DEHLİZ DOLAB , BİŞİRMƏ - CAYDAN, FRİTOZ TEFAL, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER, İmei kod **********79351 SAMSUNG GALAXY S21FE markalı telefon, ƏTÇƏKƏN BOSCH, YENİ XARİ BÜLBÜL xalça almış və nəticədə 6961.5 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3704.88 manat (24 ay x 154.37 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG TV, SONOROUS SUREFİX asqı üçün ümumilikdə, 4956.6 manat olmaqla ondan, 3304.4 manat ödənilməmiş hissə, 1652.2 manat dəbbə, Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 602.4 manat (24 ay x 25.1 manat + 0 manat ilkin ödəniş) olan DEHLİZ DOLAB , BİŞİRMƏ – CAYDAN üçün ümumilikdə, 501.6 manat olmaqla ondan, 334.4 manat ödənilməmiş hissə, 167.2 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 480.96 manat (18 ay x 26.72 manat + 0 manat ilkin ödəniş) olan FRİTOZ TEFAL üçün ümumilikdə, 480.9 manat olmaqla ondan, 320.6 manat ödənilməmiş hissə, 160.3 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1789.2 manat (18 ay x 99.4 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER, İmei kod **********79351 SAMSUNG GALAXY S21FE markalı telefon üçün ümumilikdə, 447 manat olmaqla ondan, 298 manat ödənilməmiş hissə, 149 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 524.52 manat (18 ay x 29.14 manat + 0 manat ilkin ödəniş) olan ƏTÇƏKƏN BOSCHüçün ümumilikdə 436.95 manat olmaqla ondan, 291.3 manat ödənilməmiş hissə, 145.65 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 151.2 manat (18 ay x 8.4 manat + 0 manat ilkin ödəniş) olan YENİ XARİ BÜLBÜL xalça üçün ümumilikdə 138.45 manat olmaqla ondan, 92.3 manat ödənilməmiş hissə, 46.15 manat dəbbə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-ci il tarixində PAKET EXTRA TV xidmətindən imtina etmiş və məhsul 99,99 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixində BİŞİRMƏ - CAYDAN-dan imtina etmiş və məhsul 100,8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 300.49 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 99.99 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 167.2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 100.8 manat digər 4 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1943.68 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və bildirmişdir ki, iddia tələbində göstərilən müqavilələr üzrə əsas borc məbləği ilə razıdır, lakin dəbbə pulunun azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə alqı-satqı qiyməti 3704.88 manat (24 ay x 154.37 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG TV, SONOROUS SUREFİX asqı üçün almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə alqı-satqı qiyməti 602.4 manat (24 ay x 25.1 manat + 0 manat ilkin ödəniş) olan DEHLİZ DOLAB , BİŞİRMƏ – CAYDAN almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə alqı-satqı qiyməti 480.96 manat (18 ay x 26.72 manat + 0 manat ilkin ödəniş) olan FRİTOZ TEFAL almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə alqı-satqı qiyməti 1789.2 manat (18 ay x 99.4 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER, İmei kod **********79351 SAMSUNG GALAXY S21FE markalı telefon almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə alqı-satqı qiyməti 524.52 manat (18 ay x 29.14 manat + 0 manat ilkin ödəniş) olan ƏTÇƏKƏN BOSCH almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə alqı-satqı qiyməti 151.2 manat (18 ay x 8.4 manat + 0 manat ilkin ödəniş) olan YENİ XARİ BÜLBÜL xalça almışdır. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, sözügedən müqavilələr üzrə cavabdehin "xxxx" MMC-yə cəmi 4641 manat məbləğində əsas, 2320,50 manat dəbbə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrin əlavə ödəniş cədvəlinə əsasən "xxxx" MMC-nin ödəniş cədvəli üzrə göstərilən ödəniş şərtləri "Alıcı" tərəfindən yerinə yetirilmədikdə "xxxx" MMC müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG TV, SONOROUS SUREFİX asqı, ROMA- DEHLİZ DOLAB , BİŞİRMƏ - CAYDAN, FRİTOZ TEFAL, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER, İmei kod **********79351 SAMSUNG GALAXY S21FE markalı telefon, ƏTÇƏKƏN BOSCH, YENİ XARİ BÜLBÜL xalça almış, lakin alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş və həmin müqavilələr üzrə ümumilikdə 4641 manat məbləğində əsas borcu qalmışdır. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG TV, SONOROUS SUREFİX asqı üçün 3304.4 manat ödənilməmiş hissə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, DEHLİZ DOLAB, BİŞİRMƏ – CAYDAN üçün 334.4 manat ödənilməmiş hissə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, FRİTOZ TEFAL üçün 320.6 manat ödənilməmiş hissə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER, İmei kod **********79351 SAMSUNG GALAXY S21FE markalı telefon üçün 298 manat ödənilməmiş hissə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, ƏTÇƏKƏN BOSCH üçün , 291.3 manat ödənilməmiş hissə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, YENİ XARİ BÜLBÜL xalça üçün 92.3 manat ödənilməmiş hissə olmaqla cəmi 4641 manat məbləğində əsas borcu manat borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bununla yanaşı Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehə hesablanmış dəbbə pulu tələbi qismən təmin edilməli və tutulmalı olan məbləğ iddia edilən məbləğin 10 faizi miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 89,62 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. 89,62 (səksən doqquz) manat 62 qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG TV, SONOROUS SUREFİX asqı üçün, 3304.4 manat ödənilməmiş hissə, 165 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, DEHLİZ DOLAB , BİŞİRMƏ – CAYDAN üçün, 334.4 manat ödənilməmiş hissə, 16 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, FRİTOZ TEFAL üçün 320.6 manat ödənilməmiş hissə, 16 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER, İmei kod **********79351 SAMSUNG GALAXY S21FE markalı telefon üçün 298 manat ödənilməmiş hissə, 14 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən ƏTÇƏKƏN BOSCHüçün, 291.3 manat ödənilməmiş hissə, 14 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən YENİ XARİ BÜLBÜL xalça üçün 92.3 manat ödənilməmiş hissə, 4 manat dəbbə olmaqla, ümumilikdə 4870 (dörd min səkkiz yüz yetmiş) manat 50 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 89,62 (səksən doqquz) manat 62 qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-2161/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2161/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver