Məhkəmə qərarları › İş №e-2(125)-2165/2024

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(125)-2165/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2165/2024 14.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ML/4339 nömrəli X5 üzrə 7858,37 manat məbləğdə qalıq borcun və 99 manat dövlət rüsumunun Cavabdeh birdəfəlik şəkildə tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 15 noyabr 2022-ci il tarixli, ML/4339 nömrəli X5 bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı BOKT MMC öz mülkiyyətində olan 2013-cü il buraxılışlı, “BMW528” minik markalı, WBAXG5C51DD234982 ban nömrəli nəqliyyat vasitəsini (lizing obyekti) lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə bunun müqabilində lizinq verənə hər ay razılaşdırılmış lizinq haqqı ödəməyi öhdəsinə götürmüşdür. 15 noyabr 2022-ci il tarixli, ML/4339 nömrəli müqavilənin 8.2-ci maddəsinə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 31.114 manat, 22% dərəcəsi ilə 29 ay müddətinə təşkil edir. Bu məbləğdən 7.414 manat lizinq verənin mükafatını təşkil edir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq lizinq alan xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək hər ayın 15-i tarixində lizinq verənin bank hesabına 1.060,95 manat məbləğdə lizinq haqqı ödəməli olmuşdur. Lakin lizinq alan Cavabdeh uzun müddət müqavilə üzrə öhdəliyini icra etməmiş, lizinq haqqı ödənişini həyata keçirməmişdir. Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin sahiblik və istifadəsindən geri almışdır. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən Cavabdeh cari lizinq borcu 24.905 manat müəyyənləşdirilmişdir. Belə olan halda iddiaçı - İddiaçı BOKT MMC qanunvericiliyin və müqavilənin ona tanıdığı hüquqdan istifadə etməklə Cavabdeh müvafiq bildiriş ünvanlamışdır. Həmin bildirişdə 15 noyabr 2022-ci il tarixli, ML/4339 nömrəli X2 iddiaçı tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilməsi bəyan edilmişdir. Bununla yanaşı bildirişdə qeyd edilmişdir ki, bildirişin verildiyi tarixdən 15 təqvim günü ərzində Cavabdeh lizinq obyekti olan nəqliyyat vasitəsini bazar qiymətinə uyğun satın ala və ya lizinq obyektinin alıcısını göstərə bilər; Bildirişin verildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində Cavabdeh lizinq obyektini almadığı və ya alıcını göstərmədiyi təqdirdə, qəzalı vəziyyətdə olan lizinq obyekti 2013-cü il buraxılışlı, “BMW528” minik markalı,WBAXG5C51DD234982 ban nömrəli nəqliyyat vasitəsi lizinq verən tərəfindən mövcud bazar qiymətinə uyğun olaraq satışa çıxarılacaq; həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait Cavabdeh İddiaçı BOKT MMC-yə olan 24.905 manat məbləğdə borcundan çıxılacaq; həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait lizinq alanın lizinq verənə olan borcunu tam ödəmədiyi təqdirdə, qalıq borcun lizinq alan Cavabdeh tutularaq lizinq verən İddiaçı BOKT MMC-yə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcək. Cavabdeh bildirişdə qeyd edilən müddət ərzində İddiaçı BOKT MMC-yə heç bir geri dönüş etməmişdir. Beləliklə, iddiaçı bildirişdə də cavabdehə xəbərdarlıq etdiyi qaydada lizinq obyekti olan nəqliyyat vasitəsini 26 sentyabr 2023-cü il tarixdə satışa çıxarmışdır. “Tax Audit and Consulting Services” LTD tərəfindən tərtib edilmiş “avtomobilin qiymətləndirilməsi barədə” ekspert rəyinə əsasən, 2013- cü il buraxılışlı, “BMW528” minik markalı,WBAXG5C51DD234982 ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 17.000 manat məbləğdə müəyyənləşdirilmişdir. Qeyd edilən nəqliyyat vasitəsi uzun müddət satılmadığı üçün hər dəfə qiymət bir qədər endirilməyə başlanmış, lakin bu da fayda verməmişdir. Təxminən üç ay avtomobil satılmamışdır. Nəhayət xx.xx.2023-cü il tarixli, 03 nömrəli alqı-satqı müqaviləsinə əsasən, həmin nəqliyyat vasitəsi satış qiyməti 15.000 manat məbləğdə razılaşdırılmaqla, İddiaçı BOKT MMC (satıcı) tərəfindən X6 (alıcı) satılmışdır. Beləliklə, sözügedən nəqliyyat vasitəsinin satşından əldə edilən 15.000 manat məbləğdə pul vəsaiti Cavabdeh İddiaçı BOKT MMCyə olan 24.905 manat məbləğdə borcundan çıxılmışdır. 21 fevral 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı BOKT MMC-yə olan qalıq borcu kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan əsas borcun məbləği 7.643,51 manat, kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan faiz borcunun məbləği 214,86 manat olmaqla, cəmi 7.858,37 manat təşkil etmişdir. Belə olan halda, İddiaçı BOKT MMC Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən bildiriş ünvanlamış və iddiaçıya olan 7.858,37 manat məbləğdə qalıq borcunu 3 (üç) gün müddətində ödəməsini xahiş etmişdir. Buna baxmayaraq cavabdeh yenə də bildirişdə qeyd edilən müddət ərzində İddiaçı BOKT MMC-yə heç bir geri dönüş etməmişdir. O, hələ də müqavilədən əmələ gələn öhdəliklərini icra etməmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına təkrar olaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli ML/4339 nömrəli X5 və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, 35000 manat dəyərində 2013-cü il buraxılış ili olan, “BMW 528” minik markalı, WBAXG5C51DD234982 ban nömrəli nəqliyyat vasitəsi İddiaçı BOKT MMC-nin mülkiyyətində saxlanmaqla lizinq alan Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh müəyyənləşdirilmiş dövriliklə illik 22% hesablanmaqla 29 aylıq müddətə hər ay 1060,95 sabit məbləğ olmaqla manat, ümumilikdə 31114 manat muzd ödəməyi öhdəsinə götürmüşdür. 15 noyabr 2022-ci il tarixli X3, X7 və İddiaçı BOKT MMC arasında bağlamış xx.xx.2022-ci il tarixli “Öhdəliklərin verilməsi haqqında” müqavilənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ML/4339 nömrəli X5 üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı BOKT MMCyə məxsus “BMW 528” minik markalı, WBAXG5C51DD234982 ban nömrəli, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildirişlərin surətlərindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh lizinq borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı BOKT MMC ilə X8 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 03 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “BMW 528” minik markalı, WBAXG5C51DD234982 ban nömrəli avtomobil satış qiyməti 15000 manat müəyyən edilməklə satıcı İddiaçı BOKT MMC tərəfindən alıcı X4 mülkiyyətinə verilmişdir. “Tax Audit and Consulting Services” LTD tərəfindən tərtib edilmiş avtomobilin qiymətləndirilməsi barədə ekspert rəyinin surətindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində “BMW 528İ” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixinə olan bazar dəyəri 17000 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh İddiaçı BOKT MMCyə olan qalıq borcu kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan əsas borcun məbləği 7643,51 manat, kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan faiz borcunun məbləği 214,86 manat olmaqla, cəmi 7858,37 manat təşkil etmişdir Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ML/4339 nömrəli X5 üzrə 7643,51 manat əsas, 214,86 manat faiz borcu olmaqla, cəmi 7858,37 manat pul alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 99 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ML/4339 nömrəli X5 üzrə 7643,51 manat əsas, 214,86 manat faiz borcu olmaqla, cəmi 7858,37 (yeddi min səkkiz yüz əlli səkkiz manat 37 qəpik) manat pul və 98,58 manat dövlət rüsumu alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. Qiyabi qətnamədən, tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması üçün 10 gün müddət bitdikdən sonra 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar