Məhkəmə qərarları › İş №e-2(125)-2183/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2183/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2183/2022 20.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung Led markalı televizor üçün 802 manat ödənilməmiş məbləğ 80 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Alyans-Paris markalı televizor altı üçün 240 manat ödənilməmiş məbləğ 24 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Samsung markalı soyuducu üçün 570,6 manat ödənilməmiş məbləğ 57,4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Panasonic markalı fen üçün 60,4 manat ödənilməmiş məbləğ, 6,6 manat cərimə olmaqla, ümumilikdə 1841 (bir min səkkiz yüz qırx bir) manat pulun və 38,41 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 802 manat ödənilməmiş məbləğ 80 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Alyans-Paris markalı televizor altı üçün 240 manat ödənilməmiş məbləğ 24 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu üçün 570,6 manat ödənilməmiş məbləğ 57,4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Panasonic markalı fen üçün 60,4 manat ödənilməmiş məbləğ 6,6 manat cərimə olmaqla, ümumilikdə 1841 (bir min səkkiz yüz qırx bir) manat borcu qalmışdır. Cavabdeh 15,03.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində Samsung markalı Soyuducudan imtina etmiş və məhsul 900 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində Panasonic markalı Fendən imtina etmiş və məhsul 80 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2019-cu il tarixli 01086625 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən Samsung Led markalı televizoru 18 ay müddətinə hər ay 63 manat ödəmək şərti ilə almışdır. xx.xx.2019-cu il tarixli 01086761 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən Alyans-Paris markalı televizor altı üçün 24 ay müddətinə hər ay 12 manat ödəmək şərti ilə almışdır. xx.xx.2020-ci il tarixli 20177600 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən Panasonic markalı feni 6 ay müddətinə hər ay 23,4 manat ödəmək şərti ilə almışdır. xx.xx.2020-ci il tarixli 20177565 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən Samsung markalı soyuducu üçün 18 ay müddətinə hər ay 81,7 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 01086625 nömrəli müqavilə üzrə 802 manat ödənilməmiş məbləğ 80 manat cərimə, xx.xx.2019-cu il tarixli 01086761 nömrəli müqavilə üzrə 240 manat ödənilməmiş məbləğ 24 manat cərimə, xx.xx.2020-ci il tarixli 20177600 nömrəli müqavilə üzrə 570,6 manat ödənilməmiş məbləğ 57,4 manat cərimə, xx.xx.2020-ci il tarixli 20177565 nömrəli müqavilə üzrə 60,4 manat ödənilməmiş məbləğ 6,6 manat cərimə olmaqla ümumilikdə 1841 (bir min səkkiz yüz qırx bir) manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraznı və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli xx.xx.2019-cu il tarixli, 01086625 nömrəli müqavilə üzrə 802 manat ödənilməmiş məbləğ 80 manat cərimə, xx.xx.2019-cu il tarixli 01086761 nömrəli müqavilə üzrə 240 manat ödənilməmiş məbləğ 24 manat cərimə, xx.xx.2020-ci il tarixli 20177600 nömrəli müqavilə üzrə 570,6 manat ödənilməmiş məbləğ 57,4 manat cərimə, xx.xx.2020-ci il tarixli 20177565 nömrəli müqavilə üzrə 60,4 manat ödənilməmiş məbləğ 6,6 manat cərimə olmaqla, ümumilikdə 1841 (bir min səkkiz yüz qırx bir) manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 38,41 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 01086625 nömrəli müqavilə üzrə 802 manat ödənilməmiş məbləğ 80 manat cərimə, xx.xx.2019-cu il tarixli 01086761 nömrəli müqavilə üzrə 240 manat ödənilməmiş məbləğ 24 manat cərimə, xx.xx.2020-ci il tarixli 20177600 nömrəli müqavilə üzrə 570,6 manat ödənilməmiş məbləğ 57,4 manat cərimə, xx.xx.2020-ci il tarixli 20177565 nömrəli müqavilə üzrə 60,4 manat ödənilməmiş məbləğ 6,6 manat cərimə olmaqla, ümumilikdə 1841 (bir min səkkiz yüz qırx bir) manat pul və ödənilmiş 38,41 (otuz səkkiz manat 41 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar