Məhkəmə qərarları › İş №e-2(125)-2276/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2276/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2276/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı X1 qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 qarşı 19 sentyabr 2018-ci il tarixli, 00302124 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 532 manat 80 qəpik, cərimə qismində 53 manat 60 qəpik, 25 fevral 2019-cu il tarixli, 00531992 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 689 manat 60 qəpik, cərimə qismində 68 manat, cəmi 1.344 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 44 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində cavabdehin poçt ünvanı ünvan 1cə Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin iş materialları tədqiq edilərkən Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Belə ki, işdə olan «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, mülki iş icraat qaydalarının pozulması ilə icraata qəbul edildiyinə görə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılmaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işin həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar