Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2312/2022 22.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-ti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 550 (beş yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və ödənilmiş 30.40 manat dövlət rüsümunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, T.Arani küçəsində cəmiyyətdə sığortalanmış “Kia Sorento” markalı ** EK *** dövlət nömrə nişanlı avtomobili ilə “Renault 12” markalı ** KL *** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinə dair ilkin araşdırılma zamanı Cəmiyyətdə sığortalanmış “Kia Sorento” markalı ** EK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 yol nəqliyyat hadisəsində təqsirli bilinmiş, barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında Qərar tərtib edilmişdir. Təqdim edilmiş ilkin sənədlər əsasında cavabdeh “Renault 12” markalı ** KL *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh 550 manat məbləğində sığorta ödənişi təqdim etdiyi müvafiq bank hesabına İAS221935 nömrəli sığorta ödənişi aktına əsasən köçürülmüşdür. Sonra məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsində təqsirli şəxs cəmiyyətdə sığortalanmış sığortalanmış “Kia Sorento” markalı ** EK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 deyil, “Renault 12” markalı ** KL *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdehdur. “Kia Sorento” markalı ** EK *** dövlət nömrə nişanlı avtomobildə yerləşən videoregistratorla yol-nəqliyyat hadisəsinin baş vermə anı lentə alınmış və həmin video materialda açıq-aşkar təqsirkar şəxsin “Renault 12” markalı ** KL *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh olduğu məlum olmuşdur. Hadisənin video görüntülərindən görünür ki, X1, Gəncə şəhəri, T.Arani küçəsində “Kia Sorento” markalı ** EK *** dövlət nömrə nişanlı avtomobillə öz yolu ilə hərəkət edən zaman “Renault 12” markalı ** KL *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh manevretmə qaydasını pozaraq, xəbərdarlıq məqsədi ilə sola dönmə siqnalını yandırmadan anidən sola dönmə manevri edərək, “Kia Sorento” markalı ** EK *** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxdığından yol-nəqliyyat hadisəsi baş vermişdir. Faktla bağlı müvafiq qurumlara müraciət edilmiş və yol-nəqliyyat hadisəsi ilə bağlı yenidən araşdırma aparılmış, yenidən hüquqi qiymət verilmiş və yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh “Renault 12” markalı ** KL *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli olduğu öz təsdiqini tapmışdır. Yol-nəqliyyat hadisəsinə dair yenidən müvafiq sənədləşmə işləri aparılmış və Cavabdeh barəsində müvafiq inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında Qərar tərtib edilmiş və cəmiyyətə yeni “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayış təqdim edilmişdir. Belə olan təqdirdə cəmiyyət tərəfindən Cavabdeh sığorta ödənişinin verilməsinə əsas olan hallar aradan qalxmış hesab edilir və Cavabdeh müvafiq sığorta ödənişi hesabına əsassız varlanmış hesab olunur. Bununla da Cavabdeh sığorta ödənişi qismində ona ödənilmiş 550 manat məbləğində pul vəsaitini cəmiyyətə geri qaytarmaq öhdəliyi yaranır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ (subroqasiya hüququ) yaranır. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yəni, sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasları sadalanır və 14.2.7-ci maddədə mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri kimi də əsassız varlanma qeyd edilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı Cavabdeh sığorta ödənişi qismində 550 (beş yüz əlli) manat məbləğində pul ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 550 (beş yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və ödənilmiş 30.40 manat dövlət rüsümu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və ödənilmiş 30.40 manat dövlət rüsümu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(125)-2312/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2312/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver