Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2317/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə əsasən Samsung Led markalı televizor üçün 375,4 manat ödənilməmiş məbləğ, 37,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən Panasonic markalı termopot, Kenwood markalı ətçəkən üçün 353,4 manat ödənilməmiş məbləğ, 35,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən X4 8 markalı telefon üçün 331,13 manat ödənilməmiş məbləğ, 33,87 manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən X5 və Sonorous Surefix markalı asqı üçün 165,85 manat ödənilməmiş məbləğ, 16,15 manat cərimə olmaqla, ümumilikdə 1349 manat borcun və 33,49 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə cavabdehin ümumilikdə 1349 manat borcu restrukturizasiya edilmişdir. xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə əsasən Samsung Led markalı televizor üçün 375,4 manat ödənilməmiş məbləğ, 37,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən 353,4 manat ödənilməmiş məbləğ, 35,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən 331,13 manat ödənilməmiş məbləğ, 33,87 manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən 165,85 manat ödənilməmiş məbləğ, 16,15 manat cərimə olmaqla, ümumilikdə 1349 manat borcu qalmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 20156800 nömrəli müqavilədən və ona əlavə olunmuş xx.xx.2021-ci il tarixli 01 saylı əlavədən görünür ki, ki, cavabdeh İddiaçı MMC-dən aldığı Samsung Led markalı televizor üçün 27 ay müddətinə hər ay 25,67 manat ödəməsini öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 20352945 nömrəli müqavilədən və ona əlavə olunmuş xx.xx.2021-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, cavabdeh İddiaçı MMC-dən aldığı Panasonic markalı termopot və Kenwood markalı ətçəkən üçün 31 ay müddətinə hər ay 21,75 manat ödəməsini öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 20323193 nömrəli müqavilədən və ona əlavə olunmuş xx.xx.2021-il tarixli 01 saylı əlavə sazişdən görünür ki, cavabdeh İddiaçı MMC-dən aldığı X4 8 markalı telefonu 29 ay müddətinə hər ay 22,77 manat ödəməsini öhdəsinə görürmüşdür. xx.xx.2020-ci il tarixli, 20169424 nömrəli müqavilədən və ona əlavə olunmuş xx.xx.2021-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, cavabdeh İddiaçı MMC-dən aldığı Hansa markalı solo sobanı və Sonorous Surefix markalı asqını 15 ay müddətinə hər ay 43,15 manat ödəməsini öhdəsinə görürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli, 20156800 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 375,4 manat ödənilməmiş məbləğ, 37,6 manat cərimə, xx.xx.2020-ci il tarixli, 20352945 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 353,4 manat ödənilməmiş məbləğ, 35,6 manat cərimə, xx.xx.2020-ci il tarixli, 20323193 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 331,13 manat ödənilməmiş məbləğ, 33,87 manat cərimə və xx.xx.2020-ci il tarixli, 20169424 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 165,85 manat ödənilməmiş məbləğ, 16,15 manat cərimə olmaqla, hər dörd müqavilə üzrə cəmi 1349 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora- MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda da elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli, 20156800 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 375,4 manat ödənilməmiş məbləğ, 37,6 manat cərimə, xx.xx.2020-ci il tarixli, 20352945 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 353,4 manat ödənilməmiş məbləğ, 35,6 manat cərimə, xx.xx.2020-ci il tarixli, 20323193 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 331,13 manat ödənilməmiş məbləğ, 33,87 manat cərimə və xx.xx.2020-ci il tarixli, 20169424 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 165,85 manat ödənilməmiş məbləğ, 16,15 manat cərimə olmaqla, hər dörd müqavilə üzrə cəmi 1349 (bir min üç yüz qırx doqquz) manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 33,49 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 20156800 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 375,4 manat ödənilməmiş məbləğ, 37,6 manat cərimə, xx.xx.2020-ci il tarixli, 20352945 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 353,4 manat ödənilməmiş məbləğ, 35,6 manat cərimə, xx.xx.2020-ci il tarixli, 20323193 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 331,13 manat ödənilməmiş məbləğ, 33,87 manat cərimə və xx.xx.2020-ci il tarixli, 20169424 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 165,85 manat ödənilməmiş məbləğ, 16,15 manat cərimə olmaqla, hər dörd müqavilə üzrə 1349 (bir min üç yüz qırx doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,49 manat tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2317/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2317/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver