Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2333/2025 29.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2024-cü il tarixli, 3802 nömrəli müqaviləyə əsasən 360 manat ödənilməmiş əsas, 15,30 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 405 manat pulun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “Texniki Qumlama cihazı – Twin Pen” cihazının nisyə alğı-satqısı barədə 3802 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdehin aldığı əşyaya görə müqavilə üzrə borcu – 12 ay müddətinə hər ay 90 manat olmaqla, cəmi 1080 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında xx.xx.2024-cü il tarixli, 3802 nömrəli «nisyə alqı-satqı haqqında» müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Texniki Qumlama cihazı – Twin Pen” cihazı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Bildiririk ki, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 1080 (min səksən) manat müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyin icrası cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur, belə ki, xx.xx.2025-ci il tarixdə 90 (doxsan) manat ödəniş icra edilməli idi. Lakin aylıq ödəniş öhdəliyi yerinə yetirilməmişdir Ödəniş mərhələlərinə uyğun olaraq cavabdeh tərəfindən ödənişin icra edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla aşağıdakı hüquqi əsaslara görə iddia ərizəsi tam təmin edilməlidir. Belə ki, ilk növbədə müqavilənin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair iddiaçı tərəfindən cavabdehə bir neçə dəfə telefon vasitəsi ilə məlumat verilməklə ödəniş edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən mövcud mübahisənin danışıqlar vasitəsilə həll edilməsi istiqamətində dəfələrlə cavabdeh ilə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir nəticə verməmişdir. Daha sonra, müqavilə üzrə yaranmış mübahisənin məhkəmədən kənar qaydada, məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə müqavilənin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubunun çatmasından sonra cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir ki, bu kimi hal da öz növbəsində həm qanunvericiliyin, həm də müqavilənin tələblərinin kobud şəkildə pozulması deməkdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 3802 nömrəli «nisyə alqı-satqı haqqında» Müqavilənin 3.7ci bəndinə əsasən, «Sifarişçi» Müqavilə ilə müəyyənləşdirilmiş məbləği ödəmədiyi halda, «İcraçı» tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01% (bir faiz) miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququ vardır. Qanunvericiliyin və müqavilənin qeyd edilmiş tələbləri üzrə iddiaçı cavabdehdən gecikdirilmiş məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hesablanmış dəbbə pulu (cərimə və faizlər) tələb etməkdə haqlı olduğunu hesab edir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia tələbinə, iddiaçının verdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışına və müqaviləyə görə cavabdeh sözügedən müqavilə üzrə 720 manat ödəniş etmiş, onun borcu - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 360 manat, cərimə (güzəştlə) üzrə 15,30 manat olmaqla, cəmi 405,3 manat təşkil etmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan (həmin zərfin “qapı bağlı idi” qeydi ilə cavabdehə çatdırıla bilməməsi barədə xx.xx.2025-ci il tarixli “kuryer xidmətləri üçün mədaxil qəbzinin” surəti əlavə edilmişdir) görünür ki, cavabdehə sözügedən müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndinə uyğun olaraq, bu müqavilənin 3.5-ci bəndində qeyd edilmiş vəzifə (satış qiymətinin qarşılıqlı razılaşdırılmış şərtlər üzrə «sifarişçi» tərəfindən ödənilməməsi halında, «sifarişçi»nin natamam ödənişləri geri tələb etmək hüququ olmadan «icraçı»nın əmlakı sayılan satış obyektinin qeyd-şərtsiz «icraçı»ya qaytarmaq vəzifəsi) «sifarişçi» tərəfindən icra edilmədiyi halda, «icraçı» tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01% (bir faiz) miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququ yaranmış olur. Dəbbə pulunun (cərimə, penya) ümumi məbləği müqaviləyə əsasən satış obyektinin toplam satış qiymətinin yarısından çox olmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 360 manat əsas və 15,3 manat cərimə olmaqla, cəmi 375,3 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 360 manat əsas və 15,30 manat cərimə olmaqla, cəmi 375,30 (üç yüz yetmiş beş manat otuz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2333/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2333/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver