Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2350/2025 30.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə ümumilikdə 7000 manat məbləğində kompensasiya verilməklə iddiaçıya məxsus olan Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə, həmin yaşayış sahəsindən çıxarılmasına və həmin yaşayış sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək, cavabdehlərə ümumilikdə 10000 manat məbləğində kompensasiya verilməklə iddiaçıya məxsus olan Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanındakı yaşayış sahəsində istifadə hüququna xitam verilməsinə, həmin yaşayış sahəsindən çıxarılmasına və həmin yaşayış sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 4648 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmçinin həmin mənzildə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh9 və Cavabdeh7 qeydiyyatda olmaqla yaşadıqları üçün, iddiaçı bu şəxslərin həmin mənzildən çıxarılması və ya istifadə hüquqlarına xitam verilməsi barədə dəfələrlə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında yaranmış mübahisə üzrə aşağıdakı məhkəmə aktları qəbul edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2006-cı il tarixli, 2-764/06 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 Məmmədəli qızına, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı ünvan 1 ünvanda yerləşən evdən və pasport qeydiyyatından çıxarılmalarına, evə köçməyə dair ilkin iddiası və Cavabdeh2 Məmmədəli qızının ona həmin evə mülkiyyət hüququ verilməsinə və xx.xx.1991-ci il tarixli, 3-1-90 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2006-cı il tarixli, 2-764/06 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 Məmmədəli qızına, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı ünvan 1 ünvanda yerləşən evdən və pasport qeydiyyatından çıxarılmalarına, evə köçməyə dair ilkin iddiası və Cavabdeh2 Məmmədəli qızının ona həmin evə mülkiyyət hüququ verilməsinə və xx.xx.1991-ci il tarixli, 3-1-90 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 28 noyabr 2006cı il tarixli, 1MK-6831/2006 nömrəli qətnaməsilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6K-1445 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 28 noyabr 2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı iddiasının Cavabdeh2 Məmmədəli qızı və qeyrilərinin Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi 8 nömrəli evdən çıxarılmalarına aid hissəsi üzrə işin icraatına xitam verilməsi, onun xüsusi mülkiyyətində olan mübahisəli yaşayış sahəsinə köçürülməsi tələbi üzrə işin yenidən apellyasiya baxışına qaytarılması, qarşılıqlı iddianın rədd edilməsinə aid hissədə qətnamənin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(104)46(05-8)2007 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, ilk iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanda yerləşən evə köçürülməsi, İddiaçı Cavabdeh2 Məmmədəli qızına, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı ünvan 1 ünvanda yerləşən evdən və pasport qeydiyyatından çıxarılmaları tələbinə dair iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(044)-702/09 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 Məmmədəli qızına, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı Gəncə şəhəri, X7 küçəsi, 8 saylı evin satılmasından əldə olunacaq pul vəsaitindən ümumi şəkildə 4000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin həmin evə hüquqlarının itirilmiş hesab edilməsi, onların pasport qeydiyyatından və həmin mənzildən çıxarılmasına dair iddiası təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 1330/2022 nömrəli qətnaməsi ilə İddiaçı Məhəmməd oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4 və Cavabdeh9 Muxtar oğluna qarşı yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair ilkin iddiası və cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4 və Cavabdeh9 Muxtar oğlunun İddiaçı Məhəmməd oğluna qarşı əmlakın qeydiyyatının ləğvi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 905/2023 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)- 1330/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-905/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1330/2022 nömrəli qətnaməsi qismən ilkin iddia tələbi üzrə Cavabdeh2 Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və qarşılıq iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə qərardad qəbul edilmiş, ilkin iddia tələbi üzrə İddiaçı Məhəmməd oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 qarşı Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən və bu fərdi yaşayış evinə aid torpaq sahəsindən çıxarılmalarına dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və qeyrilərinin cavabdeh İddiaçı Məhəmməd oğluna qarşı Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatının ləğv edilməsinə dair qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı üçüncü şəxslər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh8, X2, Cavabdeh9 və Cavabdeh7 ona məxsus olan Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməmişdir. Göründüyü kimi, tərəflər arasında yaranmış məhkəmə mübahisələri üzrə sonuncu məhkəmə aktı Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarıdır. Həmin qərardan görünür ki, iddiaçının iddia tələbinin təmin edilməməsinin əsas səbəbi, iddiaçı tərəfindən qaldırılmış iddia tələbinin əsassız olması ilə bağlı olmuşdur. Çünki, iş materialları və ona əlavə edilmiş sənədlərdən (məhkəmə aktlarından) görünür ki, hazırkı iş üzrə cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqları mövcuddur. Belə olan halda, iddiaçı səhvən inzibati orqana qarşı iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçı əslində hazırkı cavabdehlərə qarşı iddiaçıya məxsus olan Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə, həmin yaşayış sahəsindən çıxarılmasına və həmin yaşayış sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsi barədə iddia qaldırmalıdır. Həmçinin iddiaçı cavabdehlərə qarşı iddiaçıya məxsus olan Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə, həmin yaşayış sahəsindən çıxarılmasına və həmin yaşayış sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsi barədə iddia qaldırarkən onlara bazar qiymətinə uyğun kompensasiya təklif etməlidir. Çünki, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, məhkəmə cavabdehlərin kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi barədə iddia tələbini təmin etməmiş və həmin məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Həmçinin iddiaçının cavabdehlərə qarşı iddiaçıya məxsus olan Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə, həmin yaşayış sahəsindən çıxarılmasına və həmin yaşayış sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsi barədə iddia qaldırarkən bazar qiymətinə uyğun cavabdehlərə ümumilkdə 7000 manat məbləğində kompensasiya təklif etməsi ədalətli və ağlabatandır. X4 Məhkəməsinin 2-1(114)-1114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışına və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh5, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh6, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh8, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh9 və xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh7 Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanında qeydiyyatdadırlar. X4 Məhkəməsinin 2-1(114)-1114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-03/2718/2023 nömrəli cavab məktubundan görünür ki, Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanında Cavabdeh2 Məmmədəli qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, X2, Cavabdeh9 və Cavabdeh7 yaşadıqları müəyyən edilmişdir. X4 Məhkəməsinin 2-1(114)-1114/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, “İddiaçı heç vaxt sözügedən evdə yaşamamışdır. Rafiq onun mərhum əri Allahverdi Məmmədovun əmisi qızı Həmidənin oğludur. Həmin evdə mərhum əri Allahverdi yaşamış, o da 1974-cü ildə onunla qeyri-rəsmi evlənərək oğlu Adillə birlikdə həmin evdə yaşamağa başlamışdır. Sonra Allahverdi ilə birgə yaşayışlarından Ruhiyyə adlı qızları olmuşdur. Yəni, o, oğlu Adillə 1974-cü ildən, qızı Ruhiyyə də doğulduğu 1976-cı ildən həmin evdə yaşamışlar. Gülzanə 1995-ci ildə Adillə evlənərək, həmin evə gəlin gəlmiş və onların övladları Arif, Rufan, Rufanə də həmin evdə doğulub boya-başa çatmışdır. Cavabdeh9 və Cavabdeh7 isə qızı Ruhiyyənin övladlarıdır. Hazırda onların hamısı mübahisəli evdə yaşayırlar. Həmin ev Ermənistan silahlı birləşmələrinin Gəncə şəhərinə atdığı raket zərbəsinin dairəsinə düşmüş və ev qəzalı vəziyyətdə olmaqla, yaşamağa yararlı olmadığından, dövlət tərəfindən onun sökülərək yenidən tikilməsi qərara alınmışdır. Hazırda evin inşası demək olar ki başa çatmışdır, xırda dekorativ təmir işləri qalsa da, onların yaşamağa başqa yerləri olmadığından və iddiaçının şikayəti əsasında onlara kirayə haqqının ödənilməsi dayandırıldığından yeni tikilən evə köçüb yaşamağa başlamışlar. Göründüyü kimi, ünvan 3 ünvanında Cavabdeh2 Məmmədəli qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, X2, Cavabdeh9 və Cavabdeh7 yaşadıqları müəyyən edilmiş və bu faktı onlar özləri də etiraf edir. Belə olan halda iddia tələbi əsaslı olduğu üçün təmin edilməli və cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh8, X1, Cavabdeh9 və Cavabdeh7 ümumilikdə 7000 manat məbləğində kompensasiya verilməklə iddiaçıya məxsus olan Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə, həmin yaşayış sahəsindən çıxarılmasına və həmin yaşayış sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, həmin ev 1962-ci ildən tikilmişdir, oarada yaşamışdırlar. Kommunallar da onların adınadır. Evə raket düşdükdə də yoldaşı Gülzanə ilə birlikdə evdə olmuşdurlar. 52 ildir ki, həmin evdə yaşayırlar. İddiaçı yoldaşı ilə gəlini onlara 20000 manat pul verəcəkləri təqdirdə evi onlara verəcəkləri barədə razılaşacaqlarını demiş, o da 15000 manata razılaşmışdır ki, pulu versin ev onlara qalsın. Bundan sonra 10000 manat bankdan pul götürmüş, bacısı da üstünü düzəltmək üçün 2000 manat vermişdir. Buna baxmayaraq razılaşdıqları halda İddiaçı onları məhkəməyə vermişdir. Evdən çıxarılmaları və kompensasiya verilməsi ilə bağlı əvvəllər də məhkəmə prosesləri olmuşdur. Evdən çıxmağa razı olmadıqlarını göstərərək, sonda iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı torpağında ev tikməmişdirlər. Rafiqə məxsus 2 sot torpaq boşdur. Sözügedən dağılmış evi onun qayınatası tikdirmiş, sonradan Rafiq öz adına keçirmişdir. Evləri dağıldıqdan sonra dövlət tərəfindən verilən ev 1 otaq, 1 aynabənd olmuş, sonradan 4 otağa düzəltdirmişdir. Başqa dağılan evlər də olmuş, kim necə istəyirsə o cür tikdirmişdir. Evi tikən ustalarla danışmış, materiallarına qədər özü alıb vermiş, həmin evə pul xərcləmişdir. 1 il 3 ay kirayədə qalmışdırlar. Evləri dağıldığına görə 4 ay dövlət tərəfindən 250 manat kirayə pulu verilmişdir. Ancaq Rafiq müraciət edəndən sonra pulun verilməsi dayandırılmış, öz ciblərindən hər ay 250 manat kirayə pulu ödəmişdirlər. Evdən çıxmaq istəmədiklərini göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən:- Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 1974-cü ildən bəri həmin evdə yaşayır. İddiaçı anası onu həmin evə gəlin gətirmişdir. Cavabdeh5 qızıdır, Cavabdeh6 isə gəlinidir. Sözügedən evdə İddiaçı tərəfdən heç kim yaşamamışdır. Ev vərəsəlik qaydasında İddiaçı keçmişdir. Əvvəllər də onların evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Onun payına düşən 2 sot torpaq sahəsi boşdur. Onlar həmin evdə yaşadıqları vaxt evə raket düşmüşdür. Daha sonra nümayəndələr gəlib baxış keçirmiş, dövlət tərəfindən yeni ev tikilmişdir. Evdən çıxmaq istəmədiklərini göstərərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh7 və Cavabdeh3 iddianı qəbul etməyərək, təmin olunmamasını məhkəmədən xahiş etmişdirlər. Cavabdeh4 isə iddianı qəbul etməyərək, 2018-ci ildə ailə quraraq həmin vaxtdan yoldaşı ilə birlikdə başqa ünvanda yaşadığını göstərmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhəri texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 4648 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, X7 küçəsində yerləşən 8 nömrəli bir yaşayış otağından, 20,8 kv.m sahədən ibarət fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(044)-702/2009 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 Məmmədəli qızına, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı Gəncə şəhəri, X7 küçəsi, 8 saylı evin satılmasından əldə olunacaq pul vəsaitindən ümumi şəkildə 4000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin həmin evə hüquqlarının itirilmiş hesab edilməsi, onların pasport qeydiyyatından və həmin mənzildən çıxarılmasına dair iddiası təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1330/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Məhəmməd oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4 və Cavabdeh9 Muxtar oğluna qarşı yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair ilk, cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4 və Cavabdeh9 Muxtar oğlunun İddiaçı Məhəmməd oğluna qarşı əmlakın qeydiyyatının ləğvi tələbinə dair qarşılıqlı iddiasına dair hər iki iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 905/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1330/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1330/2022 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh8, Cavabdeh4, Cavabdeh9 Muxtar oğlunun və Cavabdeh7 Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən və bu fərdi yaşayış evinə aid torpaq sahəsindən çıxarılmaları, həmin fərdi yaşayış evinin və bu fərdi yaşayış evinə aid torpaq sahəsinin tam boşaldılaraq ona təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1114/2024 nömrəli qərarından görünür ki, İddiaçı Məhəmməd oğlunun cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iddia təmin edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma mərkəzi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, MİHO/2.1.2-2-2022-4863 nömrəli məktubun surətindən görünür ki, İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dəyən zərərlə bağlı Dövlət Komissiyasının müvafiq rəyinə əsasən həmin fərdi yaşayış evinin kateqoriyası saxlanılmaqla sökülüb yenidən tikilməsinə qərar verilmiş və hal-hazırda individual layihə əsasında yeni evin inşa edilməsi həyata keçirilməkdədir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, MPM-in 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşin mübahisə olunmayan hallarından görünür ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla, cavabdehlərin həmin evdən istifadə hüquqlarını tanıyaraq konpensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsini tələb etmişdir. İddiaçı iddia etmişdir ki, cavabdehlərin onun mülkiyyətində olan evdən çıxarılmaları və istifadə hüquqlarına xitam verilməsi ilə bağlı dəfələrlə məhkəməyə müraciət etmiş, yaranmış mübahisə üzrə çoxsaylı məhkəmə aktları qəbul olunmuşdur. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz edərək nəinki 10000 manat kompensasiya ödənilməsini, ümumiyyətlə mübahisələndirilən evdən çıxmaq istəmədiklərini bildirərək etirazlarını onunla əsaslandırmışlar ki, iddiaçıya məxsus ev 1 otaq, 1 aynabənddən ibarət olmuş, 2 sot torpaq sahəsində yerləşmişdir. Evə raket düşüb dağıldıqdan sonra dövlət tərəfindən yeni ev tikilərkən ustalarla danışaraq materiallarına qədər alıb 4 otağa düzəliş etdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdirki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququnaxitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Göründüyü kimi, iddiaçı cavabdehlərin istifadə hüquqlarına 10000 manat ödənilməklə xitam verilməsini tələb etmiş, həmin məbləğ cavabdehlərin əvvəlki mənzilə uyğun şəraitlə davamlı sürətdə və müəyyən müddət daxilində yaşamaq imkanı verir. Belə ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi 1 otaqlı olmaqla 20,8 kv.m sahədən ibarətdir. Digər tərəfdən cavabdehlər özləri də həmin evin qarşılığında iddiaçıya 15000 manat ödəmələri barədə razılığa gəldiklərini, bununla yanaşı ikinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinə atılan raket nətiscəsində ev dağılarkən dövlət tərəfindən onlara 4 ay 250 manat, sonradan isə öz hesablarına hər ay 250 manat ödənilməklə 13 ay kirayədə yaşadıqlarını göstərmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Muxtar oğluna 10000 (on min) manat kompensasiya ödənilməli, kompensasiya məbləği ödənildikdən sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Muxtar oğluun Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 8 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə evdən çıxarılmaqla ev boşaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Muxtar oğluna 10000 (on min) manat kompensasiya ödənilsin, kompensasiya məbləği ödənildikdən sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Muxtar oğlunun Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 8 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin və evdən çıxarılmaqla ev boşaldılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2350/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2350/2025
30.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver