Məhkəmə qərarları › İş №e-2(125)-2375/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2375/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2375/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2019-cu il tarixli müqavilə əsasən, İMEİ KOD **********99468 İPHONE 11 PRO markalı telefon üçün 1799.8(bir min yeddi yüz doxsan doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 556.8(beş yüz əlli altı manat səksən qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********57300 İPHONE XS markalı telefon üçün 1680(bir min altı yüz səksən) manat ödənilməmiş hissə, 510(beş yüz on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********05123 İPHONE XS markalı telefon üçün 1487(bir min dörd yüz səksən yeddi) manat ödənilməmiş hissə, 438(dörd yüz otuz səkkiz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********66662 İPHONE X markalı telefon üçün 627.9(altı yüz iyirmi yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 168.3(bir yüz altmış səkkiz manat otuz qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********33960 İPHONE XS, İMEİ KOD **********57293 İPHONE 11 PRO markalı telefonlar üçün 1340(bir min üç yüz qırx) manat ödənilməmiş hissə, 391.2(üç yüz doxsan bir manat iyirmi qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 8999 manat borc və 109.99 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********99468 İPHONE 11 PRO markalı telefon, İMEİ KOD **********57300 İPHONE XS markalı telefon, İMEİ KOD **********05123 İPHONE XS markalı telefon, İMEİ KOD **********66662 İPHONE X markalı telefon, İMEİ KOD **********33960 İPHONE XS, İMEİ KOD **********57293 İPHONE 11 PRO markalı telefon almış və nəticədə 8999(səkkiz min doqquz yüz doxsan doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqavilə əsasən, alqı-satqı qiyməti 4192(dörd min yüz doxsan iki) manat (yəni 12 ay x 232 manat + 1408 manat ilkin ödəniş) İMEİ KOD **********99468 İPHONE 11 PRO markalı telefon üçün ümumilikdə, 2356.6(iki min üç yüz əll altı manat altmış qəpik) manat olmaqla 1799.8(bir min yeddi yüz doxsan doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 556.8(beş yüz əlli altı manat səksən qəpik) manat dəbbə pulu borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3372(üç min üç yüz yetmiş iki) manat (18 ay x 170 manat + 312 manat ilkin ödəniş) İMEİ KOD **********57300 İPHONE XS markalı telefon üçün ümumilikdə, 2190(iki min yüz doxsan) manat olmaqla ondan, 1680(bir min altı yüz səksən) manat ödənilməmiş hissə, 510(beş yüz on) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2934(iki min doqquz yüz otuz dörd) manat (18 ay x 146 manat + 306 manat ilkin ödəniş) İMEİ KOD **********05123 İPHONE XS markalı telefon üçün ümumilikdə, 1925(bir min doqquz yüz iyirmi beş) manat olmaqla ondan, 1487(bir min dörd yüz səksən yeddi) manat ödənilməmiş hissə, 438(dörd yüz otuz səkkiz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı 2444(iki min dörd yüz qırx dörd) manat (12 ay x 187 manat + 200 manat ilkin ödəniş) İMEİ KOD **********66662 İPHONE X markalı telefon üçün ümumilikdə, 796.2(yeddi yüz doxsan altı manat iyirmi qəpik) manat olmaqla ondan, 627.9(altı yüz iyirmi yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 168.3(bir yüz altmış səkkiz manat otuz qəpik) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 6052(altı min əlli iki) manat (12 ay x 326 manat + 2140 manat ilkin ödəniş) İMEİ KOD **********33960 İPHONE XS, İMEİ KOD **********57293 İPHONE 11 PRO markalı telefonlar üçün ümumilikdə, 1731.2(bir min yeddi yüz otuz bir manat iyirmi qəpik) manat olmaqla ondan, 1340(bir min üç yüz qırx) manat ödənilməmiş hissə, 391.2(üç yüz doxsan bir manat iyirmi qəpik) manat dəbbə; Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, xx.xx.2019-ci il tarixində İMEİ KOD **********57293 İPHONE 11 PRO markalı telefon və yeni qızıl zəmanətdən imtina etmiş və məhsul 3412 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1300 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 3412 manat, ümumilikdə, 4712 manat təşkil edir. Digər 4 müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 7347.3 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlər əsas gətirilərək, xx.xx.2019-cu il tarixli müqavilə əsasən, İMEİ KOD **********99468 İPHONE 11 PRO markalı telefon üçün 1799.8(bir min yeddi yüz doxsan doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 556.8(beş yüz əlli altı manat səksən qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********57300 İPHONE XS markalı telefon üçün 1680(bir min altı yüz səksən) manat ödənilməmiş hissə, 510(beş yüz on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********05123 İPHONE XS markalı telefon üçün 1487(bir min dörd yüz səksən yeddi) manat ödənilməmiş hissə, 438(dörd yüz otuz səkkiz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********66662 İPHONE X markalı telefon üçün 627.9(altı yüz iyirmi yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 168.3(bir yüz altmış səkkiz manat otuz qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********33960 İPHONE XS, İMEİ KOD **********57293 İPHONE 11 PRO markalı telefonlar üçün 1340(bir min üç yüz qırx) manat ödənilməmiş hissə, 391.2(üç yüz doxsan bir manat iyirmi qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 8999 manat borc və 109.99 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (həmçinin SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildiriş ilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 4192(dörd min yüz doxsan iki) manat İMEİ kodu **********99468 olan İPHONE 11 PRO markalı telefon almış, 1408 manat ilkin ödəniş etməklə 12 ay müddətinə, aylıq 232 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 3372(üç min üç yüz yetmiş iki) manat imei kodu **********57300 olan İPHONE XS markalı telefon almış, 312 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə, aylıq 170 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 2934(iki min doqquz yüz otuz dörd) manat İMEİ kodu **********05123 olan İPHONE XS markalı telefon almış, 306 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə, aylıq 146 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 2444(iki min dörd yüz qırx dörd) manat İMEİ KOD **********66662 olan İPHONE X markalı telefon almış, 200 manat ilkin ödəniş etməklə,12 ay müddətinə, aylıq 187 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 6052(altı min əlli iki) manat İMEİ KOD **********33960 İPHONE XS, İMEİ KOD **********57293 İPHONE 11 PRO markalı telefon almış, 2140 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, aylıq 326 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 fevral 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-nə 6934.7 manat əsas borc, 2064.3 manat dəbbə pulu olmaqla, cəmi 8999 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********99468 İPHONE 11 PRO markalı telefon, İMEİ KOD **********57300 İPHONE XS markalı telefon, İMEİ KOD **********05123 İPHONE XS markalı telefon, İMEİ KOD **********66662 İPHONE X markalı telefon, İMEİ KOD **********33960 İPHONE XS, İMEİ KOD **********57293 İPHONE 11 PRO markalı telefon almış, lakin alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə hesablanmış 2064.3 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə 2 manat olmaqla, cəmi 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə əsasən, İMEİ KOD **********99468 İPHONE 11 PRO markalı telefon üçün 1799.8(bir min yeddi yüz doxsan doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********57300 İPHONE XS markalı telefon üçün 1680(bir min altı yüz səksən) manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********05123 İPHONE XS markalı telefon üçün 1487(bir min dörd yüz səksən yeddi) manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********66662 İPHONE X markalı telefon üçün 627.9(altı yüz iyirmi yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********33960 İPHONE XS, İMEİ KOD **********57293 İPHONE 11 PRO markalı telefonlar üçün 1340(bir min üç yüz qırx) manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu olmaqla, ümumilikdə 6.944.7 manat borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddia qismən təmin edildiyindən, ödənilmiş 109.99 manat dövlət rüsumunun 84.60 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqavilə əsasən, İMEİ KOD **********99468 İPHONE 11 PRO markalı telefon üçün 1799.8(bir min yeddi yüz doxsan doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********57300 İPHONE XS markalı telefon üçün 1680(bir min altı yüz səksən) manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********05123 İPHONE XS markalı telefon üçün 1487(bir min dörd yüz səksən yeddi) manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********66662 İPHONE X markalı telefon üçün 627.9(altı yüz iyirmi yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********33960 İPHONE XS, İMEİ KOD **********57293 İPHONE 11 PRO markalı telefonlar üçün 1340(bir min üç yüz qırx) manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu olmaqla, ümumilikdə 6.944.7 manat borc və 84.60 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar