Məhkəmə qərarları › İş №e-2(125)-2381/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2381/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2381/2025 01.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən məhsulun təmiri üçün 100 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli xidmətlər barədə razılaşma əsasında müqavilənin 2-ci bəndində göstərilən qrafik üzrə müştəri ödənişi həyata keçirir, bunun nəticəsində ona ABC Telecom tərəfindən məhsulun təmiri xidməti göstərilir. Razılaşmaya və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən məhsulun təmirinin ümumi dəyəri 144 manat, ilkin ödəniş 44 manat, ödəniş müddəti 2 ay olmaqla, aylıq ödəniş 50 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, cəmi 44 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı dəyəri 144 manat (2 ay x 50 manat + 44 manat ilkin ödəniş) olan əşyaya görə 100 manat borcu yaranmışdır. Cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə ödəniş cədvəlinin 6-cı bəndinə uyğun olaraq 1 faiz həcmində cərimə 30 (60 gün x 0,5 manat) manat hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olaraq cərimə hesablanmamışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçının verdiyi maliyyə arayışına görə cavabdehin həmin müqavilə üzrə borcu – cəmi 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan “Reset Service” tərəfindən verilmiş “aparılan işlər barədə” çıxarışdan görünür ki, cavabdehə xx.xx.2024-cü il tarixdə satılmış İmei kodu **********99169 olan “Samsung Galaxy A24 (SM-A245)” markalı telefonun xx.xx.2024-cü il tarixli müraciət əsasında usta tərəfindən vizual diaqnostikası aparılmış, cihazın ekranının mexaniki təsir nəticəsində sındığı aşkar olunmuş və ekran dəyişdirilərək 346 manat təmir xərcinin 202 manat dəyərinin müştəri məmnuniyyəti nəzərə alınaraq şirkət hesabına ödənilmiş, qalan 144 manat məbləğin isə müştərinin özünün mağazaya ödəməklə qarşılayacağına razılıq verməsi qeyd olunmuşdur. Müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən qismən aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Mülki Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Göstərilən Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göstərilən müddəalardan da göründüyü kimi, podrat müqaviləsi kansensual müqavilədir və tərəflər müqavilədə göstərilən şərtlər (gəstəriləcək xidmət və muzd) barədə razılaşdıqda müqavilə bağlanmış sayılır. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2024cü il tarixli podrat müqaviləsi bağlanmış və müqavilədə xidmətin xüsusiyyətləri dəqiq göstərilməklə, cavabdeh iddiaçıya məhsulun təmiri sifarişi vermiş, iddiaçı həmin sifarişi qəbul etmiş və tərəflər görüləcək işlə bağlı muzd barədə razılığa gəlmişlər. Belə ki, cavabdehin sifarişi əsasında İmei kodu **********99169 olan “Samsung Galaxy A24 (SM- A245)” markalı telefonun usta tərəfindən vizual diaqnostikası aparılmış, cihazın ekranının mexaniki təsir nəticəsində sındığı aşkar olunmuş və ekran dəyişdirilərək təmir xərcinin 144 manat hissəsinin 44 manatı ilkin olaraq cavabdeh tərəfindən ödənilmiş, 100 manat hissəsi isə aylıq 50 manat olmaqla iki ay müddətində ödənilməsi razılaşdırılmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək sifariş edilmiş əşyanı təmir edərək cavabdehə təqdim etmiş, cavabdeh isə həmin əşyanı qəbul etsə də 100 manat hissədə muzdu ödəməyərək öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh edilən xüsusatları, eləcə də qeyd edilən qanunvericilik müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tututlan öhdəliyini, yəni iddiaçı tərəfindən təmir edilən əşyanı qəbul edərək razılaşdırımış xidmətin haqqını (muzdu) ödəməmklə öhdəliyini pozduğundan iddia təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia əsasən əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 100 (bir yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar