Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2392/2025 08.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X3 ödəniləcək orta aylıq əmək haqqının üç misli miqdarında 1522,05 (bir min beş yüz iyirmi iki manat beş qəpik) manat müavinətə miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə atası X2 iş yerində aldığı xəsarətlərlə bağlı xx.xx.2023-cü il tarixdə vəfat etməsinə baxmayaraq, aidiyyəti qurum tərəfindən 4 dəfə ona atasının ölümü haqqında səhv məlumatları əks etdirən ölüm haqqında tibbi şəhadətnamə verildiyinə görə, həmçinin onun çoxsaylı şikayətlərindən sonra 07 iyun 2024-cü il tarixdə ölüm haqqında şəhadətnamə ala bilmişdir. Bundan sonra isə notariat orqanına mərhum atası X3 ödəniləcək orta aylıq əmək haqqının üç misli miqdarında 1522,05 (bir min beş yüz iyirmi iki manat beş qəpik) manat müavinəti almaq üçün müraciət etmişdir. Lakin 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Nidayət Rzayev tərəfindən imza edilən xx.xx.2024-cü il tarixli məktubu ilə müddətin keçməsi əsası ilə ona müvafiq sənəd verilməsindən imtina olunmuşdur. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, atası X4 əməliyyat olunaraq Mərkəzi Klinikada vəfat etmişdir. Aidiyyəti qurum tərəfindən 4 dəfə ona atasının ölümü haqqında səhv məlumatları əks etdirən ölüm haqqında tibbi şəhadətnamə verildiyinə görə, həmçinin onun çoxsaylı şikayətlərindən sonra 07 iyun 2024-cü il tarixdə ölüm haqqında şəhadətnamə ala bilmişdir. Bundan sonra isə notariat orqanına mərhum atası X3 ödəniləcək orta aylıq əmək haqqının üç misli miqdarında 1522,05 (bir min beş yüz iyirmi iki manat beş qəpik) manat müavinəti almaq üçün müraciət etmiş, lakin notariat orqanı tərəfindən müddətin keçməsi əsası ilə ona müvafiq sənəd verilməsindən imtina olunmuşdur. Belə ki, həmin müddət ondan asılı olmayan səbəblərdən ötürülmüşdür. O və cavabdehlərdən başqa atasının birinci növbə vərəsəsi yoxdur. Hesab edir ki, həmin əmlakda hər üçünün payı vardır. İddiaçı sonradan məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, odur ki, işə onun iştirakı olmadan baxılıb cavabdehlərin məhkəmənin hazırlıq iclasında iddianı etiraf etmələrinə dair izahatlarının nəzərə alınıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirmiş, əlavə etmişdir ki, iddiaçı qardaşı, digər cavabdeh isə anasıdır, atasının onlardan başqa hər hansı vərəsəsi, həmçinin qeyd edilən pul məbləğindən başqa miras əmlakı yoxdur. Həmin müavinətə hər üçünün payı tanınmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin olunmasına etirazının olmadığını, iddiaçı və digər cavabdehin onun oğlu olduğunu, mərhum ərinin başqa vərəsəsinin və ya başqa əmlakının olmadığını, həmin müavinətə hər üçünün payının tanınmalı olduğunu bildirmişdir. İddiaçı və cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdehlər gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Cavabdeh1 telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iddiaçının və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 373995 nömrəli, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində mədəciklərin fibrilyasiyası və titrəməsi, baş beynin diffuz travması səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixli 1082 nömrəsi ilə akt qeydi aparılmışdır. İş materiallarında olan, Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-H-5006/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 və X5 nikahları xx.xx.1993-cü il tarixdə 169 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ərin soyadı Hüseynov, arvadın soyadı Hüseynova kimi qeyd edilmişdir. Nikaha üseynov İsmayıl Rzaqulu oğlunun xx.xx.2023-cü ildə ölməsi (ölüm xx.xx.2023-cü ildə 1082 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat Şöbəsində qeydə alınmış) ilə bağlı xitam verilmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 252886 nömrəli, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə Gəncə şəhərində doğulmuşdur, atası X4, anası Cavabdeh2dır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 1853 nömrəsi ilə akt qeydi aparılmışdır. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 252887 nömrəli, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1996-cı ildə Gəncə şəhərində doğulmuşdur, atası X4, anası Cavabdeh2dır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 250 nömrəsi ilə akt qeydi aparılmışdır. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli, 1407 nömrəli iddiaçıya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən "Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.". Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən "Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.”. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən “Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir". Yuxarıda şərh olunanlar nəzərə alınaraq, təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən iddiaçı mirasın qəbul müddətini keçirmiş, ona görə də ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uygun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli, 18-1-37/3- 562/2025 nömrəli iddiaçıya cavab məktubundan görünür ki, Dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsində təsərrüfat qardaşı vəzifəsində çalışmış və xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X3 ödəniləcək orta aylıq əmək haqqının üç misli miqdarında 1522,05 (bir min beş yüz iyirmi iki manat beş qəpik) manat müavinət ödənilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı atası X4 ilə anası Cavabdeh2 xx.xx.1993-cü il tarixdə rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuşlar. Birgə nikalarından xx.xx.1994-cü ildə İddiaçı və xx.xx.1996-cı ildə Cavabdeh1 doğulmuşdur. X4 “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X8 işləmiş, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı atası İsmayıl Hüseynovun vəfatından sonra qanunla müəyyən edilmiş qaydada orta aylıq əmək haqqının üç misli miqdarında müavinət ödənilməsi üçün “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9 müraciət etmiş, lakin qanun üzrə mərhumun vərəsəsi müəyyən edilmədiyi üçün imtina edilmişdir. Miras qoyan X2 birinci növbədə vərəsələri arvadı Cavabdeh2, oğlanları - İddiaçı və Cavabdeh1dur. İddiaçı vərəsəlik hüququ şəhadətnamə almaq üçün 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş, iddiaçıya qanunla müəyyən edilmiş müddəti ötürdüyü üçün mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddia tələbinə və cavabdehlərin göstərdiklərinə əsasən X2 birinci növbə yeganə vərəsələri onlardır. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, sözügedən miras əmlak üzrə mübahisə, X4 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. 2000-ci ildən qüvvədə olan Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X2 öldüyü vaxt, yəni xx.xx.2023-cü il tarixdə onun qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh2 (cavabdeh), oğlanları - İddiaçı (iddiaçı) və Cavabdeh1 (cavabdeh) olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və cavabdehlərin izahları, habelə işin digər müəyyən edilmiş halları ilə müəyyən edilir ki, iddiaçı və cavabdehlər, X2 vəfatından sonra ondan qalmış miras əmlakın qəbul edilməsinə dair iradələrini mirasın qəbul edilmə müddəti ərzində aşkar bəyan etmişlər. Belə ki, X2 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində ölməsi barədə ölüm haqqında şəhadətnamə Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində verildikdən dərhal sonra iddiaçı 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş, həmin Notariat ofisi 13 iyun 2024-cü il tarixli, 1407 nömrəli cavab məktubu ilə iddiaçıya qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İddiaçının tələbinə görə ölüm haqqında şəhadətnamənin gec verilməsinə səbəb aidiyyəti qurum tərəfindən 4 dəfə ona atasının ölümü haqqında səhv məlumatları əks etdirən ölüm haqqında tibbi şəhadətnamə verilməsi və onun çoxsaylı şikayətləri olmuşdur. Digər tərəfdən, məhkəmə iclasında iştirak etmiş tərəflər sözügedən miras əmlakda hər birinin payının olması faktını etiraf etmişlər. Bununla da sözügedən pul məbləğində miras əmlakın iddiaçı və cavabdehlər tərəfindən qəbul edilmə müddətinin ötürülmədiyi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, X1 miras qalmış miras əmlakın, yəni “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X7 Dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsində təsərrüfat qardaşı vəzifəsində çalışmış və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 ödəniləcək orta aylıq əmək haqqının üç misli miqdarında 1522,05 (bir min beş yüz iyirmi iki manat beş qəpik) manat müavinətin 1/3 hissəsinə İddiaçının, 1/3 hissəsinə Cavabdeh1 və 1/3 hissəsinə Cavabdeh2 payı müəyyən edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalmış miras əmlakın - “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X7 Dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsində təsərrüfat qardaşı vəzifəsində çalışmış və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 ödəniləcək orta aylıq əmək haqqının üç misli miqdarında 1522,05 (bir min beş yüz iyirmi iki manat beş qəpik) manat müavinətin 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1 və 1/3 hissəsinə Cavabdeh2 payı müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2392/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2392/2025
08.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver