Məhkəmə qərarları › İş №e-2(125)-2468/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2468/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2468/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə Samsung markalı paltaryuyan üçün 670,45 manat ödənilməmiş məbləğ, 67,55 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə X5 üçün 34 manat ödənilməmiş məbləğ, 3 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Philips markalı blender üçün 228 manat ödənilməmiş məbləğ, 22 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə X4 markalı televizor və Yupiter Asqı üçün 1086,13 manat ödənilməmiş məbləğ, 108,87 manat cərimə olmaqla, ümumilikdə 2220 manat pulun və 42,20 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 670,45 manat ödənilməmiş məbləğ, 67,55 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə X5 üçün 34 manat ödənilməmiş məbləğ, 3 manat cərimə, xx.xx.2022ci il tarixli müqavilə üzrə Philips markalı blender üçün 228 manat ödənilməmiş məbləğ, 22 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə X4 markalı televizor və Yupiter Asqı üçün 1086,13 manat ödənilməmiş məbləğ, 108,87 manat cərimə olmaqla, ümumilikdə 2220 manat borcu qalmışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 03371405 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən əsasən Samsung markalı paıtaryuyanı18 ay müddətinə hər ay 47,89 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli, 11221230 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən X5 avadanlığını 6 ay müddətinə hər ay 32,5 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli, 03371462 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Philips markalı blenderi 18 ay müddətinə hər ay 15,20 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli, 03391291 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən X4 markalı televizor və Yupiter Asqını 18 ay müddətinə hər ay 68,95 manat ödəmək şərti ilə almışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 03371405 nömrəli müqavilə üzrə 670,45 manat ödənilməmiş məbləğ, 67,55 manat cərimə, xx.xx.2022-ci il tarixli 11221230 nömrəli müqavilə üzrə 34 manat ödənilməmiş məbləğ, 3 manat cərimə, xx.xx.2022-ci il tarixli 03371462 nömrəli müqavilə üzrə 228 manat ödənilməmiş məbləğ, 22 manat cərimə, xx.xx.2022-ci il tarixli 03391291 nömrəli müqavilə üzrə 1086,13 manat ödənilməmiş məbləğ, 108,87 manat cərimə olmaqla ümumilikdə 2220 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraznı və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tutulmalı olan 67,55 manat cərimə məbləği azaldılaraq 7,55 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tutulmalı olan 108,87 manat cərimə məbləği azaldılaraq 8,87 manat həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2022-ci il tarixli 03371405 nömrəli müqavilə üzrə 670,45 manat ödənilməmiş məbləğ, 7,55 manat cərimə, xx.xx.2022-ci il tarixli 11221230 nömrəli müqavilə üzrə 34 manat ödənilməmiş məbləğ, 3 manat cərimə, xx.xx.2022-ci il tarixli 03371462 nömrəli müqavilə üzrə 228 manat ödənilməmiş məbləğ, 22 manat cərimə, xx.xx.2022-ci il tarixli 03391291 nömrəli müqavilə üzrə 1086,13 manat ödənilməmiş məbləğ, 8,87 manat cərimə olmaqla ümumilikdə 2060 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 40,60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03371405 nömrəli müqavilə üzrə 670,45 manat ödənilməmiş məbləğ, 7,55 manat cərimə, xx.xx.2022-ci il tarixli 11221230 nömrəli müqavilə üzrə 34 manat ödənilməmiş məbləğ, 3 manat cərimə, xx.xx.2022-ci il tarixli 03371462 nömrəli müqavilə üzrə 228 manat ödənilməmiş məbləğ, 22 manat cərimə, xx.xx.2022-ci il tarixli 03391291 nömrəli müqavilə üzrə 1086,13 manat ödənilməmiş məbləğ, 8,87 manat cərimə olmaqla ümumilikdə 2060 (iki min altmış) manat pul və dövlət rüsumunun əvəzi olaraq 40,60 manat alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar