Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2475/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 589 manat əsas borc, 66 manat cərimə, xx.xx.2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 540 manat əsas borc, 52 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 1129 manat əsas borc, 118 manat cərimə və 32,47 manat dövlət rüsumu məbləğinin, ümumilikdə 1279,47 (bir min iki yüz yetmiş doqquz) manat məbləğində pulun cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 589 manat olan 1 ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 (on iki) ay ərzində ödəmək şərti ilə, alınan məhsulun dəyərini ödəməli idi. Ancaq cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə olan borcu 589 manat təşkil edir. Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2023-cü il tarixə dəbbə pulu 66 manat təşkil edir. xx.xx.2020-ci il tarixində ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 540 manat olan 1 ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsəsən, cavabdeh 18 (on səkkiz) ay ərzində ödəmək şərti ilə alınan məhsulun dəyərini ödəməli idi. Ancaq cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə olan borcu 540 manat təşkil edir. xx.xx.2023-cü ilə dəbbə pulu 52 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, cavabdehə pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2020-ci il tarixində ******* saylı müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən 589 manat dəyərində Samsung A51 markalı telefon almışdır. xx.xx.2020-ci il tarixində ******* saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən (ödəniş cədvəli) görünür ki, Cavabdeh ona verilmiş Samsung A51 markalı telefonun əvəzinin ödənilməsini qrafik üzrə hər ay dəyişilməz olaraq 50 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixində ******* saylı müqavilədən görünür ki, cavabdeh "xxxx" MMCdən 540 manat dəyərində Arçelik markalı paltaryuyan almışdır. xx.xx.2020-ci il tarixində ******* saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən (ödəniş cədvəli) görünür ki, Cavabdeh ona verilmiş Arçelik markalı paltaryuyanın əvəzinin ödənilməsini qrafik üzrə hər ay dəyişilməz olaraq 30 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində ******* saylı müqavilə üzrə 589 manat əsas borcu, 66 manat cərimə, xx.xx.2020-ci il tarixində ******* saylı müqavilə üzrə 540 manat əsas borcu, 52 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 1129 manat əsas borc, 118 manat cərimə borcu olmaqla ümumilikdə 1247 manat borcu vardır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli pretenziya məktublarından görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora-MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sora- MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MPM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli ******* saylı müqavilə üzrə 589 manat əsas borcu, 66 manat cərimə, xx.xx.2020-ci il tarixli ******* saylı müqavilə üzrə 540 manat əsas borcu , 52 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 1247 (bir min iki yüz qırx yeddi) manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 32,47 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixili ******* saylı müqavilə üzrə 589 manat əsas borcu, 66 manat cərimə, xx.xx.2020-ci il tarixli ******* saylı müqavilə üzrə 540 manat əsas borcu, 52 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 1247 (bir min iki yüz qırx yeddi) manat pul və ödənilmiş 32,47 (otuz iki manat 47 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2475/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2475/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver