Məhkəmə qərarları › İş №e-2(125)-2491/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2491/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2491/2023 12.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 163 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 103 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 202 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 487,8 manat ödənilməmiş hissə, 48,2 manat dəbbə pulu olmaqla, ümumilikdə 1050 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,5 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, sonuncu “Sony” markalı musiqi mərkəzi, İMEİ kodu **********571173 olan “X4 8” markalı telefon, İMEİ kodu **********65989 olan “X4 8” markalı telefon və İMEİ kodu **********30888 olan “Samsung Galaxy A30s” markalı telefon almış və nəticədə 1050 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 570,6 manat (18 ay x 31,7 manat) olan “Sony” markalı musiqi mərkəzi üçün 179 manat olmaqla ondan, 163 manat ödənilməmiş hissə, 16 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 505,8 manat (14 ay x 34,7 manat + 20 manat ilkin ödəniş), İMEİ kodu **********571173 olan “X4 8” markalı telefon üçün 113 manat olmaqla ondan, 103 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 630 manat (12 ay x 48 manat + 54 manat ilkin ödəniş), İMEİ kodu **********65989 olan “X4 8” markalı telefon üçün 222 manat olmaqla ondan 202 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 567,8 manat (12 ay x 44,4 + 35 manat ilkin ödəniş), İMEİ kodu **********30888 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 536 manat olmaqla ondan 487,8 manat ödənilməmiş hissə, 48,2 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1318,4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 570,6 manat olan “Sony” markalı musiqi mərkəzini nisyə qaydada almış, malın qiymətini ayda 31,7 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 505,8 manat, İMEİ kodu **********571173 olan “X4 8” markalı telefonu nisyə qaydada almış, 20 manat ilkin ödəniş etməklə malın qiymətinin qalan hissəsini ayda 34,7 manat olmaqla, 14 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 630 manat, İMEİ kodu **********65989 olan “X4 8” markalı telefonu nisyə qaydada almış, 54 manat ilkin ödəniş etməklə malın qiymətinin qalan hissəsini ayda 48 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 567,8 manat olan, “Samsung Galaxy A30s” markalı telefonu nisyə qaydada almış, 35 manat ilkin ödəniş etməklə malın qiymətinin qalan hissəsini ayda 44,4 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli müqavilə üzrə 407,6 manat ödəmiş, 163 manat borcu qalmışdır. Ödənişlərin 150 gün gecikdirilməsinə görə 16 manat cərimə hesablanmışdır. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 402,8 manat ödəmiş, 103 manat borcu qalmışdır. Ödənişlərin 90 gün gecikdirilməsinə görə 10 manat cərimə hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqavilə üzrə 428 manat ödəmiş, 202 manat borcu qalmışdır. Ödənişlərin 120 gün gecikdirilməsinə görə 20 manat cərimə hesablanmışdır. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 80 manat ödəmiş, 487,8 manat borcu qalmışdır. Ödənişlərin 330 gün gecikdirilməsinə görə 48,2 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəliyin mövcud olmasını sübutetmə yükü kreditorun, öhdəliyin icra edilməsini sübutetmə yükü isə borclunun üzərinə düşür. İddiaçının təqdim etdiyi sənədlər əsasında iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqavilələrinin bağlanaraq müqavilələrdə göstərilən əşyaların cavabdehə verilməsi öz təsdiqini tapır. Cavabdeh nisyə alğı-satqı müqavilələri üzrə öhdəliyini vaxtında və lazımınca icra etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh öhdəliyi pozduğundan iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyaların qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilələrin şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən xx.xx.2019cu il tarixli müqavilə üzrə 163 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 103 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu xx.xx.2019-cu il tarixli müqavilə üzrə 202 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 487,8 manat ödənilməmiş hissə, 48,2 manat dəbbə pulu olmaqla, cəmi 1050 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməsini nəzərə alaraq ödənilmiş 30,5 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 01175741 nömrəli müqavilə üzrə 163 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20086950 nömrəli müqavilə üzrə 103 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli 01066094 nömrəli müqavilə üzrə 202 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli 20036452 nömrəli müqavilə üzrə 487,8 manat ödənilməmiş hissə, 48,2 manat dəbbə pulu olmaqla, cəmi 1050 (bir min əlli manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,5 manat (otuz manat əlli qəpik) pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar