Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2506/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə hesablanmış 1298.52 manat borcun silinməsi, vəkilə ödənilmiş 320 manat xidmət haqqının və 98.88 manat qaz sayğacının quraşdırılması üçün sərf edilmiş vəsaitin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə qaz xətti çəkilərək qaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehlərin tabeliyində çalışan əməkdaşlar ona məxsus olan fərdi yaşayış evində quraşdırılmış qaza sayğacına baxış keçirmiş və ******* nömrəli akt tərtib etmişdir. Həmin aktda qeyd olunur ki, yoxlama zamanı sayğacın daxilinə kamera vasitəsilə baxış keçirilmiş, sayğacın çıxış plastmast borusunun kənar təsir nəticəsində müdaxilə olunaraq deşilməsi halı aşkar edilmişdir. Bundan sonra, cavabdehlər həmin sayğacın yenisi ilə əvəz olunmasını tələb etmiş və xx.xx.2024-cü il tarixdə onun yaxın qohumlarının vasitəsilə ona 98.88 AZN ödəniş etdirərək, yeni qaza sayğacı qoymuşlar. Bundan sonra, cavabdehlər onun ünvanına tələbnamə göndərərək, 1298.52 AZN dəymiş ziyan hesablandığını bildirmişlər. Ona məxsus fərdi yaşayış evində ümumiyyətlə yaşayış mövcud deyildir. O, həmin evə sonuncu dəfə 2023-cü ilin avqust ayında olmuşdur. Həmin tarixdən işləri ilə əlaqədar Rusiya Federasiyasındadır. Bundan başqa, qaz sayğacına baxış zamanı o, orada olmamış və bu baxışda iştirak etməmişdir. Lakin, aktın surətindən görünür ki, guya o, akta imza etməkdən imtina etmişdir. Bu tam yanlış bir ifadədir və belə bir hal olmamışdır. Buna görə də cavabdehlərin bu hərəkətlərini qanunsuz hesab edirəm. Sayğacın Dövlət yoxlanılmasında böyük şübhə vardır. Belə ki, sayğac yoxlamaya göndərilmişdirsə, bu barədə o, yazılı xəbərdar edilməli idi. Lakin,cavabdehlər onu bu barədə xəbərdar etməmişdir. Bundan başqa, G-6 markalı qaz sayğacın nominal qaz sərfi 10m /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qaz sərfiyyatını 10800 kub/m hesablanmışdır. Hesab edir ki, sayğacın göstəricisi düzgün yoxlanılmamış, hesabat müddətinin isə 90 günlük qeyd etmələri heç bir normativ hüquqi akta əsaslanmadığından qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi tələbi müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətinə əsasən, yoxlama zamanı sayğacın çıxış plastmast borusunun kənar təsir nəticəsində müdaxilə olunaraq deşilməsi halı aşkar olunmuşdur. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “X1 dair” tələbnamənin surətindən görünür ki, İddiaçı cəmi 10800 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Abonent saldosundan görünür ki, **********00050 abonent kodu üzrə 2023-cü ilin dekabr ayında 1298.52 manat borc hesablanmışdır. İş materiallarında olan “eManat” ödəmə terminalı vasitəsilə ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil bürosuna 720 nömrəli müqavilə üzrə 320 manat ödənilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Vəkil bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vəkil orderindən görünür ki, 720 nömrəli müqavilə əsasında verilmişdir. İş materiallarında olan “ABB” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətinə əsasən, İddiaçı tərəfindən G-8 markalı sayğacın dəyəri olaraq 98.88 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1298.52 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 1298.52 manat borc silinməli və qaz sayğacının dəyəri olan 98.88 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edilənə əsasən hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərc qismində 320 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********00050 nömrəli abonent kodu üzrə İddiaçı adına qaz sərfinə görə hesablanmış 1298 (min iki yüz doxsan səkkiz) manat 52 (əlli iki) qəpik borc silinsin. Vəkilin göstərdiyi yardıma görə 320 (üç yüz iyirmi) manat və qaz sayğacının dəyəri olan 98 (doxsan səkkiz) manat 88 (səksən səkkiz) qəpik pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-2506/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2506/2024
23.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver