Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2565/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən “X7 13” kompüter üçün 2796 (iki min yeddi yüz doxsan altı) manat ödənilməmiş hissə, 838,8 (səkkiz yüz otuz səkkiz manat səksən qəpik) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən “X7 13” kompüter, İmei kodu **********08474 “İphone X” markalı telefon üçün 2712 (iki min yeddi yüz on iki) manat ödənilməmiş hissə, 826,2 (səkkiz yüz iyirmi altı manat iyirmi qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə cəmi 7173 (yeddi min yüz yetmiş üç) manat borc, 91,73 (doxsan bir manat yetmiş üç qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra ABC Telecom» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc 2796 manat, dəbbə pulu isə 10 manat məbləğində, bundan başqa xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2712 manat, dəbbə pulu qismində isə 10 manat məbləğində müəyyən olunmasına və cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamənin çıxarılması və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, “X7 13” kompüter, “X7 13” kompüter, İmei kodu **********08474 “İphone X” markalı telefon almış və nəticədə 7173 (yeddi min yüz yetmiş üç) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə, əsasən, alqı-satqı qiyməti 3196 (üç min yüz doxsan altı) manat (12 ay x 233 manat + 400 manat ilkin ödəniş) olan, “X7 13” kompüter üçün ümumilikdə 3634,8 (üç min altı yüz otuz dörd manat səksən qəpik) manat olmaqla ondan, 2796 (iki min yeddi yüz doxsan altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 838,8 (səkkiz yüz otuz səkkiz manat səksən qəpik) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 6368 (altı min üç yüz altmış səkkiz) manat (12 ay x 459 manat + 860 manat ilkin ödəniş) “X7 13” kompüter, İmei kodu **********08474 “İphone X” markalı telefon üçün ümumilikdə, 3538,2 (üç min beş yüz otuz səkkiz manat iyirmi qəpik) manat olmaqla, ondan 2712 (iki min yeddi yüz on iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 826,2 (səkkiz yüz iyirmi altı manat iyirmi qəpik) manat dəbbə pulu miqdarında borcu yaranmışdır. Cavabdehin son ödəniş tarixi xx.xx.2018-ci il olmaqla, cəmi ödədiyi məbləğ 4056 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 3196 (üç min yüz doxsan altı) manat olan “X7 13” kompüter, dəyəri 6368 (altı min üç yüz altmış səkkiz) manat olan “X7 13” kompüter, İmei kodu **********08474 “İphone X” markalı telefonun dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar “X7 13” kompüter üçün hər ay 233 manat, “X7 13” kompüter, İmei kodu **********08474 “İphone X” markalı telefon üçün hər ay 459 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 44-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən “X7 13” kompüter almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 2796 (iki min yeddi yüz doxsan altı) manat əsas borcu qalmış, qalıq borca 838,8 (səkkiz yüz otuz səkkiz manat səksən qəpik) manat dəbbə pulu hesablanmışdır; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən “X7 13” kompüter, İmei kodu **********08474 “İphone X” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 2712 (iki min yeddi yüz on iki) manat əsas borcu qalmış, qalıq borca 826,2 (səkkiz yüz iyirmi altı manat iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borcun 2796 (iki min yeddi yüz doxsan altı) manat, dəbbə pulunun isə 10 (on) manat məbləğində, bundan başqa xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2712 (iki min yeddi yüz on iki) manat, dəbbə pulunun isə 10 (on) manat məbləğində müəyyən olunmasına və cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamənin çıxarılması və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 91,73 (doxsan bir manat yetmiş üç qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh “X7 13” kompüter üçün 2796 (iki min yeddi yüz doxsan altı) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, “X7 13” kompüter, İmei kodu **********08474 “İphone X” markalı telefon üçün 2712 (iki min yeddi yüz on iki) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla ümumilikdə 5528 (beş min beş yüz iyirmi səkkiz) manat borc pul və 91,73 (doxsan bir manat yetmiş üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “X7 13” kompüter üçün 2796 (iki min yeddi yüz doxsan altı) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, “X7 13” kompüter, İmei kodu **********08474 “İphone X” markalı telefon üçün 2712 (iki min yeddi yüz on iki) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla ümumilikdə 5528 (beş min beş yüz iyirmi səkkiz) manat məbləğində borc və məhkəmə xərci qismində 91,73 (doxsan bir manat yetmiş üç qəpik) manat dövlət rüsumu tutulub "xxxx" MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2565/2023
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(125)-2565/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver