Məhkəmə qərarları › İş №e-2(125)-2569/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2569/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2569/2022 28.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy S21 Ultra markalı telefon üçün 2091 manat ödənilməmiş məbləğ 626 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy S21 Ultra markalı telefon, Epson markalı printer, Kabel USB markalı printer üçün 472,13 manat ödənilməmiş məbləğ 134,87 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İphone 12 Pro markalı telefon üçün 2741,2 manat ödənilməmiş məbləğ 820,8 manat dəbbə pulu olmaqla cəmi 6886 (altı min səkkiz yüz səksən altı) manat pulun və 88,86 manat ödənilmiş dövlət rüsumunun alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən, cavabdeh iddiaçıdan Samsung Galaxy S21 Ultra markalı telefonlar, Epson markalı printer, Kabel USB markalı printer və İphone 12 Pro markalı telefon almış və öhdəliyi yerinə yetirmədiyi üçün 6886 (altı min səkkiz yüz səksən altı) manat borcu yaranmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2091 manat olan Samsung Galaxy S21 Ultra markalı telefon üçün 2091 manat ödənilməmiş məbləğ 626 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2695,08 manat olan Samsung Galaxy S21 Ultra markalı telefon, Epson markalı printer, Kable USB markalı printer üçün 472,13 manat ödənilməmiş məbləğ 134,87 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4174 manat olan İphone 12 Pro markalı telefon üçün 2741,2 manat ödənilməmiş məbləğ 820,8 manat dəbbə pulu olmaqla ümumilikdə 6886 (altı min səkkiz yüz səksən altı) manat miqdarında borcu yaranmışdır. Cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu könüllü ödəməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli, 035096 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanaraq həmin müqaviləyə görə iddiaçı cavabdehə 2695,08 manat dəyərində Samsung Galaxy S21 Ultra markalı telefon, Epson markalı printer, Kabel USB markalı printer satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 224,59 manat ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə iddiaçı cavabdehə 2091 manat dəyərində Samsung Galaxy S21 Ultra markalı telefon satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 174,25 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli, 22376041 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanaraq həmin müqaviləyə görə iddiaçı cavabdehə alqısatqı qiyməti 4174 manat olan İphone 12 Pro markalı telefon satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 18 ay ərzində hər ay 228,5 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2091 manat ödənilməmiş məbləğ 626 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 472,13 manat ödənilməmiş məbləğ 134,87 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2741,2 ödənilməmiş məbləğ 820,8 manat dəbbə pulu olmaqla ümumilikdə 6886 (altı min səkkiz yüz səksən altı) manat borcu qalmışdır; xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutulmalı olan 626 manat cərimə məbləği azaldılaraq 100 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutulmalı olan 134,87 manat cərimə məbləği azaldılaraq 13 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutulmalı olan 820,8 manat cərimə məbləği azaldılaraq 80 manat həddində müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 2091 manat ödənilməmiş məbləğ 100 manat cərimə, xx.xx.2021-ci il tarixli 035096 nömrəli müqavilə üzrə 472,13 manat ödənilməmiş məbləğ 13 manat cərimə, xx.xx.2021-ci il tarixli 22376041 nömrəli müqavilə üzrə 2741,2 manat ödənilməmiş məbləğ 80 manat cərimə olmaqla hər üç müqavilə üzrə ümumilikdə 5497,33 (beş min dörd yüz doxsan yeddi manat 33 qəpik) manat cavabdehdən alınaraq "xxxx" MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 74,97 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ******* nömrəli müqavilə üzrə 2091 manat ödənilməmiş məbləğ 100 manat cərimə, xx.xx.2021-ci il tarixli 035096 nömrəli müqavilə üzrə 472,13 manat ödənilməmiş məbləğ 13 manat cərimə, xx.xx.2021-ci il tarixli 22376041 nömrəli müqavilə üzrə 2741,2 manat ödənilməmiş məbləğ 80 manat cərimə olmaqla hər üç müqavilə üzrə ümumilikdə 5497,33 (beş min dörd yüz doxsan yeddi manat 33 qəpik) manat manat pul və dövlət rüsumunun əvəzi olaraq 74,97 (yetmiş dörd manat 97 qəpik) manat alınaraq "xxxx" MMCin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar