Məhkəmə qərarları › İş №e-2(125)-2576/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2576/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2576/2022 25.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 89 manat əsas,13.3 manat cərimə, cəmi 102.3 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 274 manat əsas, 41.2 manat cərimə, cəmi 316.1 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 599.9 manat əsas, 89.9 manat cərimə, cəmi 689.8 manat, ümumilikdə üç müqavilə üzrə 963.8 manat əsas, 144.4 manat cərimə, cəmi 1108.2 manat borcun və 31.08 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* savlı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı "SAMSUNG” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla cəmi 289 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Redmi” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 25 manat olmaqla cəmi 299.9 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə 36 manat olmaqla cəmi 635.9 manat, ümumilikdə üç müqavilə üzrə 1224.8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 25 manat ödəniş etmiş, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 25 manat ödəniş etmiş, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 36 manat ödəniş etmiş və üç müqavilə üzrə qalıq qalmış 963.8 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyıın qaçırır. Cavabdehin gecikdirdiyi günlərin, faktiki cərimə borcu 1444 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdan hər üç müqavilə üzrə 1444 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq hənin çərin» məbləğinin 90%-i tərəfinizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 144.4 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022ci il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 89 manat əsas,13.3 manat cərimə, cəmi 102.3 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 274 manat əsas, 41.2 manat cərimə, cəmi 316.1 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 599.9 manat əsas, 89.9 manat cərimə, cəmi 689.8 manat, ümumilikdə üç müqavilə üzrə 963.8 manat əsas, 144.4 manat cərimə, cəmi 1108.2 manat təşkil etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən "SAMSUNG” markalı mobil telefonu 289 manata (12 ay x 25 manat olan) satın almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Redmi” markalı mobil telefonu 299.9 manata (12 ay x 25 manat olan) satın almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Xiaomi” markalı mobil telefonu 635.9 manata (18 ay x 36 manat olan) satın almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 599.9 manat əsas, 899.00 manat cərimə olmaqla, cəmi 1498.90 manat borcu yaranmışdır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 274.9 manat əsas, 412.00 manat cərimə, cəmi 686.90 manat borcu yaranmışdır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 89 manat əsas, 133.00 manat cərimə, cəmi 222.00 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 89 manat əsas,13.3 manat cərimə borcu olmaqla, cəmi 102 manat (yüz iki) manat 30 (otuz) qəpik borc tutularaq İddiaçınə ödənilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 274,9 manat əsas, 41.2 manat cərimə, cəmi 316 manat (üç yüz on altı) manat 10 (on) qəpik borc tutularaq İddiaçınə ödənilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 599.9 manat əsas, 89.9 manat cərimə, cəmi 689 manat (altı yüz səksən doqquz) manat 80 (səksən) qəpik borc tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 31 (otuz bir) manat 08 (səkkiz) qəpik dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar