Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2588/2022 13.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 25 iyul 2021-ci il tarixli, 23248910 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 227 manat 80 qəpik, cərimə qismində 22 manat 20 qəpik, 17 sentyabr 2021-ci il tarixli, 095467 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.296 manat, cərimə qismində 129 manat, cəmi 1.675 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat 75 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 25 iyul 2021-ci il tarixli, 23248910 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 227 manat 80 qəpik, cərimə qismində 22 manat 20 qəpik, 17 sentyabr 2021-ci il tarixli, 095467 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.296 manat, cərimə qismində 129 manat, cəmi 1.675 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat 75 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi B.N.Abbasov iddianı müdafiə edərək bildirdi ki, cavabdehin "xxxx" MMC ilə 25 iyul 2021 il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 241 manat 20 qəpik, 2 ədəd Beurer Tonometr, 1 ədəd Gorenje markalı tozsoran üçün 227 manat 80 qəpik ödənilməmiş hissə, 22 manat 20 qəpik cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə 17 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.316 manat 01 qəpik, İMEİ kodu **********22890 olan Samsung Galaxy A72 markalı telefon üçün 1.296 manat ödənilməmiş hissə, 129 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 33 manat 41 qəpik təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehə göndərilmiş 12 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi, 25 iyul 2021-ci il tarixli, 23248910 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 227 manat 80 qəpik, cərimə qismində 22 manat 20 qəpik, 17 sentyabr 2021-ci il tarixli, 095467 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.296 manat, cərimə qismində 129 manat, cəmi 1.675 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat 75 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan 25 iyul 2021-ci il tarixli, 23248910 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay əzində hissə-hissə ödəmək şərtilə 2 ədəd Beurer Tonometr, 1 ədəd Gorenje markalı tozsoranı 241 manat 20 qəpik məbləğinə "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin mal 25 iyul 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli, 095467 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 20 manat 01 qəpik ödəniş etmək, digər məbləği isə 18 ay əzində hissə-hissə ödəmək şərtilə İMEİ kodu **********22890 olan Samsung Galaxy A72 markalı telefonu 1.316 manat 01 qəpik məbləğinə "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin mal 17 sentyabr 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə borcu barədə maliyyə arayışının surətindən görünür ki, X1 hal-hazırda iddiaçıya olan borcu 25 iyul 2021ci il tarixli, 23248910 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 227 manat 80 qəpik, cərimə qismində 22 manat 20 qəpik, 17 sentyabr 2021-ci il tarixli, 095467 nömrəli müqavilə üzrə 1.296 manat, cərimə qismində 129 manat, cəmi 1.675 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 25 iyul 2021-ci il tarixli, 23248910 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 227 manat 80 qəpik, cərimə qismində 22 manat 20 qəpik, 17 sentyabr 2021-ci il tarixli, 095467 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.296 manat, cərimə qismində 129 manat, cəmi 1.675 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat 75 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 36 manat 75 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 25 iyul 2021-ci il tarixli, 23248910 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 227 (iki yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik və cərimə qismində 22 (iyirmi iki) manat 20 (iyirmi) qəpik, 17 sentyabr 2021-ci il tarixli, 095467 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.296 (bir min iki yüz doxsan altı) manat və cərimə qismində 129 (bir yüz iyirmi doqquz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat 75 (yetmiş beş) qəpik, cəmi 1.711 (bir min yeddi yüz on bir) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2588/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2588/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver