Məhkəmə qərarları › İş №e-2(125)-2592/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2592/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2592/2024 15.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 195,7 manat əsas 29,3 manat cərimə cəmi 225 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqısatqı müqaviləsi üzrə 484,9 manat əsas 72,7 manat cərimə cəmi 557,6 manat borc ümumiliksə iki müqavilə üzrə 680,6 manat əsas, 102 manat cərimə, 782,6 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “SAMSUNG” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 26 manat olmaqla cəmi 455,70 manat, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Honor markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 55 manat olmaqla, cəmi 649,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixində 26 manat, xx.xx.2023-cü il tarixli №011414663 saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixində 29 manat ödəniş etmiş, qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1020 manat təşkil edir. Cavabdehin xx.xx.2022-ci il tarixli №011240306 saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 293 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 29.30 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdehin xx.xx.2023-cü il tarixli №011414663 saylı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 727 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 72.70 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Sadalanan xüsusatlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 567, 600.1və 427-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 195,7 manat əsas 29,3 manat cərimə cəmi 225 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 484,9 manat əsas, 72,7 manat cərimə olmaqla cəmi 557,6 manat borc, ümumilikdə iki müqavilə üzrə 680,6 manat əsas, 102 manat cərimə Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 195,7 manat əsas 29,3 manat cərimə cəmi 225 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 484,9 manat əsas, 72,7 manat cərimə olmaqla cəmi 557,6 manat borc, ümumilikdə iki müqavilə üzrə 680,6 manat əsas, 102 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən,onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar