Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2600/2023 14.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat kontoruna qarşı (üçüncü şəxs X29) qarşı “şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə 6 saylı mənzilə dair Cavabdeh tərəfindən X12 adına verilmiş xx.xx.2000-ci il tarixli, 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiwət hüququ ilə mərhum xalası X13 məxsus olmuşdur. Mərhum xalası X21 ilə sabiq həyat yoldaşı X12 rəsmi nikahından 4 övladları anadan olmuşdur. X15, X16, X22 və sonuncu övladı X26 doğulduqdan 2 ay sonra vəfat etmişdir. Mübahisəli Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə 6 saylı mənzil mərhum xalam X21 tərəfindən xx.xx.1989-cu il tarixdə alqı-satqı yolu ilə əldə edilməklə xalamın xüsusi mülkiyyətində olmuşdur. Xanım Mustafayeva xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. O, hal-hazıradək elə hesab etmisdir ki, mərhum xalasının övladları mirası qəbul etmis və onu idarə edirlər. Lakin, məlum olmuşdur ki, xalası vəfat etdikdən sonra 2000-ci ildə mərhum xalasının sabiq həvat yoldaşı X27 (nikahları Xanlar Rayon Xalq Məhkəməsinin 25 oktyabr 1988-ci il tarixli qətnaməsi ilə pozulmuşdur) qanunsuz vərəsəlik isi açdırmış, övladları - X15, X17, X22 öz paylarından mərhum atalarının xevrinə imtina etmişlər. Firudin Həsənov özünü mərhum xalasının vərəsəsi kimi təqdim edərək hansısa “naməlum üsullarla” 1 saylı notariat kontorunda qanunsuz vərəsəlik işi açdırmağa nail olmaqla, xx.xx.2000-ci il tarixli, 2V-1-178 saylı vərəsəlik hüququ haqqında qeyri-qanuni şəhadətnamə əldə etmiş və xalası X6 miras qalmş ünvan 2 ünvanlı evi qanunsuz olaraq öz adına keçirərək, xx.xx.2000- ci il tarixli 761 nömrəli qeydiyyat vəsiqəsi almşdır. Belə ki, mərhum xalasl X21 ilə X27 arasında olan nikah Xanlar Rayon Xalq Məhkəməsinin 25 oktyabr 1988-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Buna görə də X27 nikahın məhkəmə qaydasında pozulmasından 12 il keçdikdən sonra, xx.xx.2000-ci il tarixdə vəfat etıriş X10 vərəsəsi deyildi. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, qanun üzrə vərəsəlik əsasında birinci növbənin vərəsələri olan mərhum xalasınn övladları-X15, X16, X22 öz miras paylarından imtina etmişlər. Ona görə də ikinci növbənin vərəsələrinin miras əmlak üzərində qanun üzrə vərəsəlik hüququ əmələ gəlmişdir. Hal-hazırda ikinci növbənin vərəsələrindən heç biri sağ olmadığından və miras qoyanın - mərhum xalası Xanım Mustafayevanın doğma bacısı - mərhum anası X32 xx.xx.1999-cu ildə miras qoyandan əvvəl vəfat etdiyinə görə, anasının xalasından miras qalmş əmlakda qanun üzrə vərəsəlik əsasında pay hüququ mövcuddur. Qeyd etdiyi kimi, anası miras qoyandan əvvəl vəfat etdiyinə görə, onun miras əmlakda pay hüququ qanun üzrə vərəsəlik əsasında övladına yəni ona keçmiş və nəticədə, Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə 6 saylı mənzil üzərində onun qanun üzrə vərəsəlik hüququ yaranmşdır. Göstərilən bütün hüquqi əsaslarla onun, mərhum xalası X13 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə 6 saylı mənzil üzərində vərəsəlik hüququ mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamış və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X18 1935-ci ildə Ermənistan Respublikası Zəngibasar rayonunun Masis kəndində anadan olmuşdur. X1 ilə X23r. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X18 ilə X43 arasında nikah xx.xx.1963-cü il tarixdə Biləsuvar rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli ölum haqqında şəhadətnamədən görünür ki, X39 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan SSR, Puşkin Rayonunun VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Puşkin rayonunda anadan olmuşdur. X3 ilə X30r. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-252/2023 saylı qərarından görünür ki, iddiaçılar X16, X14 və X22 Cavabdehna qarşı (üçüncü şəxs qismində X29) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2000-ci il tarixli, 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 3 ünvana dair X12 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras mülkün vərəsələr arasında paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəfindən xətşünaslıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 4/1611 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 2B-1-178 nömrəli notariat işinin 9-cu vərəqində X7 adından olan xx.xx.2000-ci il tarixli ərizədə “İMZA” qrafasında imza və “həsənova” yazısı Şəbişova (Həsənova) Lətifə Firudin qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2B-1-178 nömrəli notariat işinin 10-cu vərəqində X4 adından olan 23 may 2000-ci il tarixli ərizədə “İMZA” qrafasındakı imza və “Mustafayeva” yazısı- Həsənova (Mustafayeva) Sevda Firudin qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2B-1-178 nömrəli notariat işinin 11-ci vərəqində X5 adından olan xx.xx.2000-ci il tarixli ərizədə “İMZA” qrafasında imza və “həsənov И.Ф.” yazısı X15 tərəfindən icra olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(044)-171/2022 saylı qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. . Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyul 2022ci il tarixli, 2(104)-1713/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının qeyd edilən qərarı ilə, iddiaçılar X16, X15 və X22 tərəfindən verilmiş kassasiya şikayəti təmil edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1713/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Gəncə şəhər 1 saylı notariat kontorunun xx.xx.2000-ci il tarixli 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqınca şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə, 6 saylı fərdi yaşayış evi X11 adından X12 adına keçmişdir. X20 xx.xx.2000-ci il tarixli 761 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bu qeydiyyat vəsiqəsi itdiyi üçün X20 bu əmlaka (0.0561 ha torpaq sahəsində yerləşən tikili “A"-da 83.6 kvm üç yaşayış otaqları, 69.7 kvm köməkçi sahə, 42.2 kvm zirzəmi, tikili “B”-də 13.3 kvm hamam, tikili “C’’-də 15.0 kvm mətbəx, “D"-də 42.2 kvm dam, tikili T-də 96.0 kvm talvar xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daşkəsən rayonu, Bayan kəndində X12 istifadəsində 20.4 kvm və 12.0 kvm iki yaşayış otaqları, 23.2 kvm örtülü eyvan, 24.0 kvm açıq eyvan 34.4 kvm zirzəmidən ibarət fərdi yaşayış evi var. Bu əmlakın arxiv işində olan Bayan kənd notariat kontorunun xx.xx.1989-cu il tarixli 152 saylı alqı-satqı müqaviləsində mülkün X38 tərəfindən X2 qeyd edilmişdir. Göstərilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. X12 adına Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsə rayonları üzrə olub, sonradan özgəninkiləşdirilmiş daşınmaz əmlak aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2000-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X11 həyat yoldaşı X20 şəhadətnamənin verildiyi vərəsəlik əmlakı Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə 6 saylı mənzildən ibarətdir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras qoyan X24 xx.xx.2000-ci il tarixdə vəfat etdiyindən mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 533-ci maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Hazırkı iş üzrə iddiaçı xalası olduğunu bildirdiyi X8 miras qalmış əmlaka dair verilmiş vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Soyad və ata adının eyni olmasına görə iddiaçının anası ilə miras qoyanın qohum olması ağlabatan ehtimal olsa da, iddiaçı tərəfdən, həmin qohumluq əlaqələrini birbaşa təsdiqləyən hər hansı sübut, vərəsələrin dairəsi özündə əks etdirən ailə tərkibinə dair sənəd məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan başqa, qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. Hazrıkı iş üzrə iddiaçı anasının miras qoyanın ikinci dərəcə vərəsəsi olduğunu, miras qoyanın bacısı olduğu bildirilən iddiaçının anası vərəsəlik açılana qədər öldüyündən, qanun üzrə vərəsəlik əsasında ona çatası paya hüququ olduğunu bildirir. Halbuki, sübutetmə yükü daşıyan iddiaçı həmin mirası nə formal, nə də faktiki qəbul etməsini təsdiq edə bilməmişdir. İddiaçı tərəfindən notariat ofisinə qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq ərizə ilə müraciət edilmədiyindən mübahisəli əmlakın miras qismində formal qəbulu üçün lazımi hərəkətlər yerinə yetirilməmişdir. Bundan başqa, mübahisəli daşınmaz əmlakı iddiaçının miras qismində faktiki qəbul etməsi, yəni miras əmlakı idarə etməyə başlamağı və mirasa yiyələnməyi, miras əmlakla öz mülkiyyəti kimi rəftar etməsi hallarının təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, digər vərəsələrin olub-olmasını və (ya) həmin vərəsələrin hər hansı səbəbdən mirasa pay əldə edə bilmədiyi üçün iddiaçının həmin əmlaka, dolayısıyla hazırkı iddianı qalmaq üçün hüququnun yaranması müəyyən olunmur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının faktiki və (ya) formal qəbul etməklə miras əmlaka hüqunun yaranması, beləliklə həmin əmlaka dair verilmiş vərəsəlik haqqında şəhadətnamənin iddiaçının hüququnu pozduğu etibarsız hesab edilməsini tələb etmək hüququnun yaranması müəyyən olunmur, buna görə iddia əssasız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat kontoruna qarşı (üçüncü şəxs X29) qarşı “şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-2600/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2600/2023
14.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver