Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2618/2022 25.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 1516 manat borc və 35.16 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1551.16 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-cı il tarixdə Malların nisyə (hissə-hissə ödənilməklə) satışı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə dəyəri 2199 manat məbləğində 1 ədəd “İphone 13” 128GB Black markalı mobil telefonu 12 ay müddətinə hissə-hissə ödənilməklə satılmışdır. Cavabdeh tərəfindən ilkin ödəniş kimi 220 manat ödənilmiş, qalan məbləğ hər ayın 20-də (yanvar ayından başlayaraq) 190 manat ödənilməklə hissələrə bölünmüşdür. Nəticədə cavabdeh 12 ay müddətində 2276 manat ödəməli idi. Cavabdeh 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ümumilikdə 760 manat ödəmişdir. 2022-ci ilin may, iyun, iyul, avqust, sentyabr ayları üçün ödəniş etməmişdir. Hal-hazırda cavabdehin borcu 1516 manat təşkil edir. İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə may ayı üçün ödənişin olunması ilə bağlı bildiriş göndərilmiş, lakin buna baxmayaraq ödəniş olunmamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə preteııziyanı göndərərək sözügedən müqaviləyə birtərəfli qaydada xitam verilməsini bildirmiş,və iddiaçıya olan 1516 manat məbləğində borcun pretenziyanı aldığı gündən 10 gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin, buna baxmayaraq heç bir ödəniş bu günədək ohmnamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh “İphone 13” 128GB Black markalı mobil telefonu 2199 manata satın almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh “İphone 13” 128GB Black markalı mobil telefon üçün borcu 1516 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1516 (bir min beş yüz on altı) manat borc və dövlət rüsumu kimi ödənilmiş 35 (otuz beş) manat 16 (on altı) qəpik pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-2618/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2618/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver