Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2621/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 299,9 manat əsas, 89,9 manat cərimə olmaqla, cəmi 389,8 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 199,9 manat əsas, 59,9 manat cərimə olmaqla, cəmi 259,8 manat borcun, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1543,8 manat əsas, 463,1 manat cərimə olmaqla, cəmi 2006,9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1485,5 manat əsas, 445,6 manat cərimə olmaqla, cəmi 1931,1 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1060,9 manat əsas, 318,2 manat cərimə olmaqla, cəmi 1379,1 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1013,9 manat əsas, 304,1 manat cərimə olmaqla, cəmi 1318 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 449,2 manat əsas, 134,7 manat cərimə olmaqla, cəmi 583,9 manat borc, ümumilikdə yeddi müqavilə üzrə 6053,1 manat əsas, 1815,5 manat cərimə olmaqla, cəmi 7868,6 manat məbləğində borcun və 98,68 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Smart saata görə 18 ay ödəniş cədvəli üzrə 17 manat olmaqla cəmi 299,90 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı- satqı müqaviləsinə əsasən HP markalı monitora görə 3 ay ödəniş cədvəli üzrə 67 manat olmaqla cəmi 199,90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, cavabdeh aldığı İphone markalı mobil telefon, qulaqcıq və akkumluyatora görə 18 ay ödəniş cədvəli üzrə 156 manat olmaqla cəmi 2793,60 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Samsung markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə 116 manat olmaqla cəmi 2077,50 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Honor markalı notebook, 3 ədəd qulaqcıq, smart saat və mikro karta görə 12 ay ödəniş cədvəli üzrə 119 manat olmaqla cəmi 1419,90 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Taube markalı televizor və kameraya görə 18 ay ödəniş cədvəli üzrə 68 manat olmaqla cəmi 1219,90 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Samsung markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə 36 manat olmaqla cəmi 635,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023cü il tarixdə 141,20 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 119 manat, xx.xx.2023cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 68 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 34,70 manat ödəniş etmiş və yeddi müqavilə üzrə qalıq qalmış 6053,1 manat borcu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cərimə ilə bağlı borcluya güzəşt edilmişdir. 1 ildir ki, borcundan heç bir ödəniş etməmişdir. İddianın təmin olunmasını məhkəömədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli, ********* nömrəli (nisyə) alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 17 manat, sonuncu ayda isə 10,99 manat olmaqla, 299,99 manat dəyərində Honor markalı smart saat satmışdır. xx.xx.2023-cü il tarixli, ********* nömrəli (nisyə) alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı cavabdehə 3 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 67 manat, sonuncu ayda isə 65,99 manat olmaqla, 199,99 manat dəyərində HP markalı monitor satmışdır. xx.xx.2022-ci il tarixli, ********* nömrəlıi (nisyə) alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 156 manat, sonuncu ayda isə 141,67 manat olmaqla, 2793,67 manat dəyərində İphone 13 markalı mobil telefon, Apple markalı adapter və Hi-Fi markalı qulaqcıq satmışdır. xx.xx.2023-cü il tarixli, ********* nömrəli (nisyə) alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 116 manat, sonuncu ayda isə 105,59 manat olmaqla, 2077,59 manat dəyərində Samsung X906 markalı mobil telefon satmışdır. xx.xx.2023-cü il tarixli, ********* nömrəli (nisyə) alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı cavabdehə 12 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 119 manat, sonuncu ayda isə 110,94 manat olmaqla, 1419,94 manat dəyərində Honor markalı kompüter, 3 ədəd Hi-Fi markalı qulaqcıq, smart saat və mikro kart satmışdır. xx.xx.2023-cü il tarixli, ********* nömrəli (nisyə) alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 68 manat, sonuncu ayda isə 63,98 manat olmaqla, 1219,98 manat dəyərində Taube markalı televizor və Mi markalı kamera satmışdır. xx.xx.2023-cü il tarixli, ********* nömrəli (nisyə) alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 36 manat, sonuncu ayda isə 23,99 manat olmaqla, 635,99 manat dəyərində Samsung markalı mobil telefon satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 299,9 manat əsas, 899 manat cərimə olmaqla, cəmi 1198,90 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 199,9 manat əsas, 599 manat cərimə olmaqla, cəmi 798,90 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1543,8 manat əsas, 4631 manat cərimə olmaqla, cəmi 6174,80 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1485,5 manat əsas, 4456 manat cərimə olmaqla, cəmi 5941,50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1060,9 manat əsas, 3182 manat cərimə olmaqla, cəmi 4242,90 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1013,9 manat əsas, 3041 manat cərimə olmaqla, cəmi 4054,90 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 449,2 manat əsas, 1347 manat cərimə olmaqla, cəmi 1796,20 manat borc hensablanmışdır. Xəbərdarlığın surətindən görünür ki, borcun könüllü ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında məişət əşylarının nisyə alğısatqısına dair müqavilələr bağlanmış, cavabdeh xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən iddiaçıdan Honor markalı smart saat alaraq, dəyərini 18 ay müddətinə hər ay 17 manat olmaqla, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən Hp markalı monitor alaraq, dəyərini 3 ay müddətinə hər ay 67 manat olmaqla, xx.xx.2022-ci il tarixli, ********* nömrəli müqaviləyə əsasən İphone 13 markalı mobil telefon, Apple markalı adapter və Hi-Fi markalı qulaqcıq alaraq, həmin əşyaların dəyərini 18 ay müddətinə hər ay 156 manat olmaqla, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən Samsung X906 markalı mobil telefon alaraq, dəyərini 18 ay müddətinə hər ay 116 manat olmaqla, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən Honor markalı kompüter, 3 ədəd Hi-Fi markalı qulaqcıq, smart saat və mikro kart alaraq, həmin əşyaların dəyərini 12 ay müddətinə hər ay 119 manat olmaqla, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən Taube markalı televizor və Mi markalı kamera alaraq, həmin əşyaların dəyərini 18 ay müddətinə hər ay 68 manat olmaqla, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən Samsung markalı mobil telefon alaraq, dəyərini 18 ay müddətinə hər ay 36 manat olmaqla ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə tutulmalı olan 89,9 manat cərimə məbləği azaldılaraq 19,9 manat həddində, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə tutulmalı olan 59,9 manat cərimə məbləği azaldılaraq 9,9 manat həddində, xx.xx.2022-ci il tarixli, ********* nömrəli müqavilə üzrə tutulmalı olan 463,1 manat cərimə məbləği azaldılaraq 63,1 manat həddində, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə tutulmalı olan 445,6 manat cərimə məbləği azaldılaraq 45,6 manat həddində, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə tutulmalı olan 318,2 manat cərimə məbləği azaldılaraq 18,2 manat həddində, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə tutulmalı olan 304,1 manat cərimə məbləği azaldılaraq 54,1 manat həddində, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə isə tutulmalı olan 134,7 manat cərimə məbləği azaldılaraq 34,7 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 299,9 manat əsas, 19,9 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 199,9 manat əsas, 9,9 manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1543,8 manat əsas, 63,1 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1485,5 manat əsas, 45,6 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1060,9 manat əsas, 18,2 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1013,9 manat əsas, 54,1 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 449,2 manat əsas, 34,7 manat cərimə olmaqla, yeddi müqavilə üzrə ümumilikdə 6298,6 (altı min iki yüz doxsan səkkiz manat 60 qəpik) manat cavabdehdən alınaraq İddiaçı MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 82,99 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 299,9 manat əsas, 19,9 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 199,9 manat əsas, 9,9 manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1543,8 manat əsas, 63,1 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1485,5 manat əsas, 45,6 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1060,9 manat əsas, 18,2 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1013,9 manat əsas, 54,1 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 449,2 manat əsas, 34,7 manat cərimə olmaqla, yeddi müqavilə üzrə ümumilikdə 6298,6 (altı min iki yüz doxsan səkkiz manat 60 qəpik) manat pul və 82,99 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2621/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2621/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver