Məhkəmə qərarları › İş №e-2(125)-2651/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2651/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2651/2025 03.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 3923.1 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 392.31 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 675 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 67.5 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 300.7 manat ödənilməmiş hissə, 30.07 manat dəbbə pulu olmaqla, cəmi 5435.88 manat borc və 74.36 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Apple 20W USB-C Adapter, İmei kodu: **********77739 İphone 15 PRO markalı telefon, İmei kodu: **********84419 Honor X9B markalı telefon, Powerbank Gelıus PRO Torrent 3, X3 3 qol saatı almış və nəticədə 5435.88 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3923.10 manat (18 ay x 217.95 manat + 0 manat ilkin ödəniş) olan Apple 20W USB-C Adapter, İmei kodu: **********77739 İphone 15 PRO markalı telefon üçün ümumilikdə, 4339.01 manat olmaqla ondan, 3923.10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 392.31 manat dəbbə. xx.xx.2024cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 manat (12 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu: **********84419 Honor X9B markalı telefon üçün ümumilikdə, 766.10 manat olmaqla ondan, 675 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 67.50 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 366.48 manat (18 ay x 20.36 manat + 0 manat ilkin ödəniş) olan Powerbank Gelıus PRO Torrent 3, X3 3 qol saatı almış ümumilikdə, 330.77 manat olmaqla ondan, 300.70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30.07 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 290.78 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMCdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3923.1 manat (18 ay x 217.95 manat + 0 manat ilkin ödəniş) Apple 20W USB-C Adapter, İmei kodu: **********77739 İphone 15 PRO markalı telefonu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 manat (12 ay + 75 manat + 0 manat ilkin ödəniş) İmei kodu: **********84419 Honor X9B markalı telefonu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 366.48 manat (18 ay x 20.36 manat + 0 manat ilkin ödəniş) Powerbank Gelıus PRO Torrent 3, X3 3 qol saatı satın və təhvil almış, həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 3923.1 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 392.21 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 675 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 67.5 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 300.7 manat ödənilməmiş hissə, 30.07 manat dəbbə pulu olmaqla, cəmi 5435.88 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı olan satıcı müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları alıcı olan cavabdehə təhvil vermiş, lakin sonuncu, müqavilələr öhdəliklərini lazimi qaydada icra etməmişdir. Nəticədə, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun yarandığı müqavilələr üzrə düzgün hesablandığını təsdiq edir, qarşı tərəf isə daha çox ödəniş edildiyinə, daha az borcun qalmasına dair hər hansı dəlillə əsas borca dair tələbi təkzib etməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 3923.1 manat ödənilməmiş hissə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 675 manat ödənilməmiş hissə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 300.7 manat ödənilməmiş hissə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı müqavilələrə istinad edərək gecikdirilmiş ödənişlərə görə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 392.31 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 67.5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 30.07 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2024-cü il tarixli müqavilə üzrə 31.9 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 15 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4.3 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı, İnnovativ Layihələr Mərkəzi rüsumu qismində 23.6 manat pulun tutulmasını xahiş etsə də, iddianın həmin hissədə əsaslı olması sübut edilmədiyindən təmin edilə bilməz. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 3923.1 manat ödənilməmiş hissə, 31.9 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 675 manat ödənilməmiş hissə, 15 manat dəbbə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 300.7 manat ödənilməmiş hissə, 4.3 manat dəbbə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçnın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 69.5 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 3923.1 manat ödənilməmiş hissə, 31.9 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 675 manat ödənilməmiş hissə, 15 manat dəbbə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 300.7 manat ödənilməmiş hissə, 4.3 manat cərimə olmaqla, cəmi 4950 (dörd min doqquz yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 69 (altmış doqquz) manat 50 (əlli) qəpik pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar