Məhkəmə qərarları › İş №e-2(125)-2728/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2728/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2728/2024 28.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, göy rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS-2623 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 1753,97 manat gecikdirilmiş əsas, 226,80 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 431,28 manat dəbbə pulu, cəmi 2412,05 manat borc və ödənilmiş 130 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulnmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh ilə İddiaçı MMC arasında razılıq əldə olunduğundan iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçı tərəfindən ödənilmiş 130 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən ödənilmiş 130 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə geri qaytarılsın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar