Məhkəmə qərarları › İş №e-2(125)-2765/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2765/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2765/2024 20.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli 03501155 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 147 manat 05 qəpik, cərimə qismində 14 manat 95 qəpik, xx.xx.2022-ci il tarixli 03501156 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 178 manat 38 qəpik, cərimə qismində 17 manat 62 qəpik, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 35 manat 55 qəpik, cərimə qismində 3 manat 45 qəpik, xx.xx.2022-ci il tarixli 16401364 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.253 manat 04 qəpik, cərimə qismində 125 manat 96 qəpik, cəmi 1.776 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 76 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 03501155 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 17 ay ərzində hissə-hissə ödəmək şərtilə «Samsung Galaxy A03» markalı mobil telefonu 499 manat 97 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03501156 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Gorenje» markalı tozsoranı 356 manat 76 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2022-ciil tarixli ******* nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Samsung Galaxy A13» markalı mobil telefonu 643 manat 14 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 16401364 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində hissə-hissə ödəmək şərtilə «Samsung Galaxy A53» markalı mobil telefonu və telefon aksessurını 1.313 manat 04 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh İddiaçı MMC-yə borcu barədə xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2022-ci il tarixli 03501155 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 147 manat 05 qəpik, cərimə qismində 14 manat 95 qəpik, xx.xx.2022-ci il tarixli 03501156 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 178 manat 38 qəpik, cərimə qismində 17 manat 62 qəpik, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 35 manat 55 qəpik, cərimə qismində 3 manat 45 qəpik, xx.xx.2022-ci il tarixli 16401364 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.253 manat 04 qəpik, cərimə qismində 125 manat 96 qəpik, cəmi 1.776 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli 03501155 nömrəli müqavilə üzrə 14 manat 95 qəpik təşkil edən cərimə məbləğinin 3 manat məbləğinə, xx.xx.2022-ci il tarixli 03501156 nömrəli müqavilə üzrə 17 manat 62 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2022-ciil tarixli 16401364 nömrəli müqavilə üzrə 125 manat 96 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2022-ci il tarixli 03501155 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 147 manat 05 qəpik, cərimə qismində 3 manat, xx.xx.2022-ci il tarixli 03501156 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 178 manat 38 qəpik, cərimə qismində 5 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 35 manat 55 qəpik, cərimə qismində 3 manat 45 qəpik, xx.xx.2022-ciil tarixli 16401364 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.253 manat 04 qəpik, cərimə qismində 5 manat cəmi 1.630 manat 47 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 36 manat 30 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 25 fevral 2022-ci il tarixli 03501155 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 147 (bir yüz qırx yeddi) manat 05 (beş) qəpik, cərimə qismində 3 (üç) manat, 25 fevral 2022-ci il tarixli 03501156 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 178 (bir yüz yetmiş səkkiz) manat 38 (otuz səkkiz) qəpik, cərimə qismində 5 (beş) manat, 13 may 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 35 (otuz beş) manat 55 (əlli beş) qəpik, cərimə qismində 3 (üç) manat 45 (qırx beş) qəpik, 03 noyabr 2022-ci il tarixli 16401364 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.253 (bir min iki yüz əlli üç) manat 04 (dörd) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat 30 (otuz) qəpik, cəmi 1.666 (bir min altı yüz altmış altı) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar