Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2790/2024 20.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli 16401972 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 130 manat 16 qəpik, cərimə qismində 13 manat 84 qəpik, xx.xx.2023-cü il tarixli 16402041 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.259 manat 80 qəpik, cərimə qismində 125 manat 20 qəpik, xx.xx.2023-cü il tarixli 03504055 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 493 manat, cərimə qismində 49 manat, xx.xx.2023-cü il tarixli 03523643 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 359 manat 18 qəpik, cərimə qismində 35 manat 82 qəpik, xx.xx.2023-cü il tarixli 03504295 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 656 manat, cərimə qismində 65 manat, xx.xx.2023-cü il tarixli 03523813 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 775 manat 46 qəpik, cərimə qismində 77 manat 54 qəpik, xx.xx.2023-cü il tarixli 16402407 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 545 manat 87 qəpik, cərimə qismində 54 manat 13 qəpik, cəmi 4.640 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 16401972 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində hissə-hissə ödəmək şərtilə «Hoffmann» markalı termopotu 228 manat 36 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16402041 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 1 manat 80 qəpik ödəmək şərtilə 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Hoffmann» markalı soyuducunu və «Hoffmann» markalı paltaryuyanı 1.513 manat 80 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cüil tarixli 03504055 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Oppo A17» markalı mobil telefonu 594 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 03523643 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Huaweı Band 7» markalı qol saatını və «JBL» markalı qulaqcığı 461 manat 88 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 03504295 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «X1 11» markalı mobil telefonu və telefon aksesuarını 738 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 03523813 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində hissə-hissə ödəmək şərtilə «Smwgl4hgx03 İpad 9» markalı planşeti 930 manat 96 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İş matreiallarında olan xx.xx.2023-cü il tarixli 16402407 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «X1 11» markalı mobil telefonu və telefon aksessuarını 577 manat 98 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh İddiaçı MMC-yə borcu barədə xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixli 16401972 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 130 manat 16 qəpik, cərimə qismində 13 manat 84 qəpik, xx.xx.2023-cü il tarixli 16402041 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.259 manat 80 qəpik, cərimə qismində 125 manat 20 qəpik, xx.xx.2023-cüil tarixli 03504055 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 493 manat, cərimə qismində 49 manat, xx.xx.2023-cü il tarixli 03523643 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 359 manat 18 qəpik, cərimə qismində 35 manat 82 qəpik, xx.xx.2023-cü il tarixli 03504295 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 656 manat, cərimə qismində 65 manat, xx.xx.2023-cü il tarixli 03523813 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 775 manat 46 qəpik, cərimə qismində 77 manat 54 qəpik, xx.xx.2023-cü il tarixli 16402407 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 545 manat 87 qəpik, cərimə qismində 54 manat 13 qəpik, cəmi 4.640 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli 16401972 nömrəli müqavilə üzrə 13 manat 84 qəpik təşkil edən cərimə məbləğinin 3 manat məbləğinə, xx.xx.2023-cü il tarixli 16402041 nömrəli müqavilə üzrə 125 manat 20 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2023cüil tarixli 03504055 nömrəli müqavilə üzrə 49 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2023-cü il tarixli 03523643 nömrəli müqavilə üzrə 35 manat 82 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2023-cü il tarixli 03504295 nömrəli müqavilə üzrə cərimə 65 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2023-cü il tarixli 03523813 nömrəli müqavilə üzrə 77 manat 54 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2023-cü il tarixli 16402407 nömrəli müqavilə üzrə 54 manat 13 qəpik manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2023-cü il tarixli 16401972 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 130 manat 16 qəpik, cərimə qismində 3 manat, xx.xx.2023-cü il tarixli 16402041 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.259 manat 80 qəpik, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli 03504055 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 493 manat, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli 03523643 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 359 manat 18 qəpik, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli 03504295 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 656 manat, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli 03523813 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 775 manat 46 qəpik, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli 16402407 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 545 manat 87 qəpik, cərimə qismində 5 manat, cəmi 4.252 manat 47 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 62 manat 52 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 06 fevral 2023-cü il tarixli 16401972 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 130 (bir yüz otuz) manat 16 (on altı) qəpik, cərimə qismində 3 (üç) manat, 19 fevral 2023-cü il tarixli 16402041 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.259 (bir min iki yüz əlli doqquz) manat 80 (səksən) qəpik, cərimə qismində 5 (beş) manat, 03 mart 2023-cü il tarixli 03504055 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 493 (dörd yüz doxsan üç) manat, cərimə qismində 5 (beş) manat, 12 mart 2023-cü il tarixli 03523643 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 359 (üç yüz əlli doqquz) manat 18 (on səkkiz) qəpik, cərimə qismində 5 (beş) manat, 23 mart 2023-cü il tarixli 03504295 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 656 (altı yüz əlli altı) manat, cərimə qismində 5 (beş) manat, 02 aprel 2023-cü il tarixli 03523813 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 775 (yeddi yüz yetmiş beş) manat 46 (qırx altı) qəpik, cərimə qismində 5 (beş) manat, 21 aprel 2023-cü il tarixli 16402407 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 545 (beş yüz qırx beş) manat 87 (səksən yeddi) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62 (altmış iki) manat 52 (əlli iki) qəpik, cəmi 4.314 (dörd min üç yüz on dörd) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2790/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2790/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver