Məhkəmə qərarları › İş №e-2(125)-2799/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2799/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2799/2024 21.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə X6 2 qulaqlıq və Samsung Galaxy A23 markalı telefon üçün 597,48 manat ödənilməmiş məbləğ, 59,52 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Case, Oppo A17 markalı telefon, 2 ədəd vinil və Samsung A23 Clear Cover üçün 520,94 manat ödənilməmiş məbləğ, 52,06 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Samsung Galaxy A13 markalı telefon və X5 üçün 399,45 manat ödənilməmiş məbləğ, 39,55 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə X3 qol saatı üçün 253,11 manat ödənilməmiş məbləğ, 25,89 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə Hoffmann markalı ventilyator üçün 107,36 manat ödənilməmiş məbləğ, 10,64 manat cərimə olmaqla, ümumilikdə 2066 manat pulun və 40,66 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X6 2 qulaqlıq və Samsung Galaxy A23 markalı telefon üçün 597,48 manat ödənilməmiş məbləğ, 59,52 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Case, Oppo A17 markalı telefon, 2 ədəd vinil və Samsung A23 Clear Cover üçün 520,94 manat ödənilməmiş məbləğ, 52,06 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Samsung Galaxy A13 markalı telefon və X5 üçün 399,45 manat ödənilməmiş məbləğ, 39,55 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə X3 qol saatı üçün 253,11 manat ödənilməmiş məbləğ, 25,89 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə Hoffmann markalı ventilyator üçün 107,36 manat ödənilməmiş məbləğ, 10,64 manat cərimə olmaqla, ümumilikdə 2066 manat borcu qalmışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 03504007 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Oppo markalı qulaqlıq və Samsung Galaxy A23 markalı telefonu 18 ay müddətinə hər ay 49,83 manat ödəmək şərti ilə almışdır. xx.xx.2023-cü il tarixli, 03384906 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Mychoice markalı telefon qabı, 2 ədəd vinil, Oppo A17 markalı telefon və Samsung A23 markalı telefon üçün aksessuarı 18 ay müddətinə hər ay 29,83 manat ödəmək şərti ilə almışdır. xx.xx.2023-cü il tarixli 03504043 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Samsung Galaxy A13 markalı telefon və Piko markalı telefon qabını 18 ay müddətinə hər ay 33,35 manat ödəmək şərti ilə almışdır. xx.xx.2023-cü il tarixli 03504582 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Kieslect markalı qol saatını 18 ay müddətinə hər ay 18,11 manat ödəmək şərti ilə almışdır. xx.xx.2023-cü il tarixli, 03384199 nömrəli müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-dən Hoffmann markalı ventilyatoru 18 ay müddətinə hər ay 6,71 manat ödəmək şərti ilə almışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 597,48 manat ödənilməmiş məbləğ, 59,52 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 520,94 manat ödənilməmiş məbləğ, 52,06 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 399,45 manat ödənilməmiş məbləğ, 39,55 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 253,11 manat ödənilməmiş məbləğ, 25,89 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 107,36 manat ödənilməmiş məbləğ, 10,64 manat cərimə olmaqla ümumilikdə 2066 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, 03504007 nömrəli müqavilə üzrə 597,48 manat ödənilməmiş məbləğ, 59,52 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03384906 nömrəli müqavilə üzrə 520,94 manat ödənilməmiş məbləğ, 52,06 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03504043 nömrəli müqavilə üzrə 399,45 manat ödənilməmiş məbləğ, 39,55 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03504582 nömrəli müqavilə üzrə 253,11 manat ödənilməmiş məbləğ, 25,89 manat cərimə və xx.xx.2023-cü il tarixli, 03384199 nömrəli müqavilə üzrə 107,36 manat ödənilməmiş məbləğ, 10,64 manat cərimə olmaqla ümumilikdə 2066 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 40,66 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 03504007 nömrəli müqavilə üzrə 597,48 manat ödənilməmiş məbləğ, 59,52 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03384906 nömrəli müqavilə üzrə 520,94 manat ödənilməmiş məbləğ, 52,06 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03504043 nömrəli müqavilə üzrə 399,45 manat ödənilməmiş məbləğ, 39,55 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03504582 nömrəli müqavilə üzrə 253,11 manat ödənilməmiş məbləğ, 25,89 manat cərimə və xx.xx.2023-cü il tarixli, 03384199 nömrəli müqavilə üzrə 107,36 manat ödənilməmiş məbləğ, 10,64 manat cərimə olmaqla ümumilikdə 2066 (iki min altmış altı) manat pul və ödənilmiş 40,66 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar