Məhkəmə qərarları › İş №e-2(125)-2812/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2812/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2812/2024 18.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 30 mart 2022-ci il tarixli, ALY-805 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9NA032722 ban, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 30 mart 2022-ci il tarixli, ALY-805 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 aprel 2024-cü il tarixə 1684,52 manat gecikdirilmiş əsas, 133,37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 99,06 manat dəbbə pulu, cəmi 1916,95 manat borc və ödənilmiş 169,17 manat dövlət rüsumuİddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 30 mart 2022-ci il tarixli, ALY-805 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X2 ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9NA032722 ban, ağ rəngli avtomobil 22170 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 15 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 516,82 manat, ümumilikdə isə 28407 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. 10 iyul 2023-cü il tarixdə X6, Cavabdeh və İddiaçı MMC arasında ALY-805 saylı“Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 30 mart 2022-ci il tarixli ALY-805 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh 30 mart 2022-ci il tarixli, ALY-805 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 aprel 2024-cü il tarixə 1684,52 manat gecikdirilmiş əsas, 133,37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 99,06 manat dəbbə pulu, cəmi 1916,95 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. X5nin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. X5nin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. X5nin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. Bundan sonra İddiaçı 20 iyun 2024-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, İddiaçı MMC ilə bağlanmış 30 mart 2022-ci il tarixli, ALY-805 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci ilin buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9NA032722 ban, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 30 mart 2022-ci il tarixli, ALY-805 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 iyun 2024-cü il tarixə 1411,16 manat gecikdirilmiş əsas, 119,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 96,94 manat dəbbə pulu, cəmi 1627,98 manat borc və ödənilmiş 169,17 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, mülki işin məhkəmə iclaslarında iştirakları olmadan baxıb, xx.xx.2024cü il tarixdə göndərilmiş ərizədəki tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 30 mart 2022-ci il tarixli, ALY-805 nömrəli X6 və İddiaçı arasında bağlanmış “Daxili Lizinq” Müqaviləsindən görünür ki, X2 ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9NA032722 ban, ağ rəngli avtomobil 22170 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 15 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 516,82 manat, ümumilikdə isə 28407 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC, X6 və Cavabdeh arasında bağlanmış 10 iyul 2023-cü il tarixli ALY-805 nömrəli “öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ALY-805 saylı X5 və “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X7”ə ötürür, “X7” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MM-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “Chevrolet Nexia CDX” minik markalı, ağ rəngli, 2021-ci il buraxılışlı, XWBTS9V9NA032722 ban nömrəli **- PL-*** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 30 mart 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı direktoru X4, bundan sonra “Alıcı” adlanacaq, digər tərəfdən "xxxx" MMC bundan sonra “Satıcı” adlanacaq və üçüncü tərəfdən X6 şəxsində bundan sonra “Lizinq alan” adlanacaq, bu təhvil-təslim aktını, xx.xx.2022-ci il tarixli, ALY-805 nömrəli alqı-satqı müqaviləsinə əlavə olaraq ondan ötrü tərtib etmişlər ki, lizinq obyekti olan “Chevrolet Nexia CDX” minik markalı, **-PL-*** qeydiyyat nişanlı avtomobil Satıcı tərəfindən Alıcı və Lizinq alana təhvil verilmişdir. 10 iyul 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, imza edənlər təhvil verən X6 və təhvil alan Cavabdeh, X3 mülkiyyətində olan “Chevrolet Nexia CDX” markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. 20 iyun 2024-cü il tarixli, 562 nömrəli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 30 mart 2022-ci il tarixli, ALY-805 saylı X5 üzrə xx.xx.2024-cü il tarixə 1411,16 manat gecikdirilmiş əsas borcu, 119,88 manat gecikdirilmiş mükafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış 96,94 manat dəbbə pulu olmaqla, cəmi 1627,98 manat borcu vardır. 06 mart 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 10 iyul 2023-cü il tarixli, ALY-805 saylı X5nin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli ləğv ediləcəyinə, yaranmış borcun və lizinq obyektinin qaytarılmasının ondan məhkəmə qaydasında tələb ediləcəyinə dair Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 30 mart 2022-ci il tarixli, ALY-805 nömrəli X6 və İddiaçı arasında bağlanmış “Daxili Lizinq” Müqaviləsinə əsasən X2 ilə 2021ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9NA032722 ban, ağ rəngli avtomobil 22170 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 15 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 516,82 manat, ümumilikdə isə 28407 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC, X6 və Cavabdeh arasında bağlanmış 10 iyul 2023-cü il tarixli ALY-805 nömrəli “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ALY-805 saylı X5 və “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X7”ə ötürür, “X7” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MM-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Cavabdeh lizinq ödənişlərini vaxtında və tam həyata keçirmədiyindən İddiaçınə 20 iyun 2024-cü il tarixə 1411,16 manat gecikdirilmiş əsas, 119,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 96,94 manat dəbbə pulu olmaqla, cəmi 1627,98 manat məbləğində borcu yaranmışdır. İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, mülki işin məhkəmə iclaslarında iştirakları olmadan baxıb, xx.xx.2024-cü il tarixdə göndərilmiş ərizədəki tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 748-11.1.4-cü maddəsinin tələbinə görə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. İşdə olan 30 mart 2022-ci il tarixli, ALY-805 nömrəli X5nin 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə görə gündəlik 0,3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Məhkəmə eyni zamanda iddianın cavabdehdən tələb olunan cərimənin ödənilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edərsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddindən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərinin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. İş materiallarından və işin araşdırılmış obyektiv hallarından görünür ki, lizinq alan X5 üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində Lizinq verən müqavilə şərtinə əsasən 96,94 (doxsan altı manat doxsan dörd qəpik) manat məbləğində cərimə pulu hesablamışdır. Məhkəmə, 96,94 (doxsan altı manat doxsan dörd qəpik) manat cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə məbləğini azaldaraq 3 (üç) manat müəyyən edilməsinin daha məqsədə uyğun olması nəticəsinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 748-2.1-ci maddəsinin tələbinə görə lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-1.8-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi şərtlənən köhnə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Məhkəmə hesab edir ki, lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olduğuna və həmin avtomobil Cavabdeh alınaraq İddiaçınə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 30 mart 2022-ci il tarixli, ALY-805 nömrəli X5 üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 30 mart 2022-ci il tarixli, ALY-805 nömrəli X5 ləğv edilməli, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9NA032722 ban, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçınə geri qaytarılmalı, Cavabdeh İddiaçı Məhdud Cəsuliyyətli cəmiyyətinin xeyrinə 30 mart 2022-ci il tarixli, ALY-805 nömrəli X5 üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 1411,16 (bir min dörd yüz on bir manat on altı qəpik) manat, gecikdirilmiş mükafat qismində 119,88 (bir yüz on doqquz manat səksən səkkiz qəpik) manat və dəbbə pulu qismində 3 (üç) manat olmaqla, cəmi 1534,04 (bir min beş yüz otuz dörd manat dörd qəpik) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 169,17 (bir yüz altmış doqquz manat on yeddi qəpik) manat dövlət rüsumunun 35,34 (otuz beş manat otuz dörd qəpik) manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli, ALY-805 nömrəli X5 ləğv edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli, ALY-805 nömrəli X5 üzrə lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9NA032722 ban, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçınə geri qaytarılsın. Cavabdeh «İddiaçı xeyrinə 30 mart 2022-ci il tarixli, ALY-805 nömrəli X5 üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 1411,16 (bir min dörd yüz on bir manat on altı qəpik) manat, gecikdirilmiş mükafat qismində 119,88 (bir yüz on doqquz manat səksən səkkiz qəpik) manat, dəbbə pulu qismində 3 (üç) manat olmaqla, ümumilikdə 1534,04 (bir min beş yüz otuz dörd manat dörd qəpik) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 35,34 (otuz beş manat otuz dörd qəpik) manatı tutulub İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar