Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2837/2025 05.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X74 Şakir oğlunun sədrliyi, X33 iclas katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Bürosunun vəkili) Nümayəndə, Cavabdeh və onun vəkili (Gəncə regional Vəkil Bürosunun vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X34 qarşı “miras əmlaka payın müəyyən edilməsi» tələbinə dair iddiası, Müstəqil tələb irəli sürən üçüncü şəxslər: X55, X56, X57, X43, X44 və X28 İddiaçı qarşı “miras əmlaka payın müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İ. İlkin iddia üzrə iddia tələbi: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X48) qarşı “miras əmlaka payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu 05 mart 2024-cü ildə vəfat etmiş mərhum anası X17 birinci növbədə vərəsəsi hesab edib, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 177 nömrəli evin 3 saylı mənzili üzərində payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İlkin iddia üzrə iddia tələbinin əsaslandığı hallar: İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 177 nömrəli evin 3 saylı mənzili Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********03- 05101-93002 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış əsasında 05 mart 2024-cü ildə vəfat etmiş mərhum anası X17 mülkiyyətində olmuşdur. X8 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun bütün ev əşyaları hal-hazıra kimi anasına məxsus evdə saxlanılır. Anası vəfat edəndən sonra anasına məxsus gəvə və 1 ədəd palazı götürüb yaşadığı Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 31, 3 saylı mənzilə gətirmiş və hazırda da istifadə edir. Həmçinin ona məxsus əmlaklar – şifoner, 2 ədəd çarpayı, yataq dəsti, qab-qacaqları və sairə əşyaları mərhum anasına məxsus mənzildə hal-hazıra kimi saxlanılır. O, mirası faktiki qəbul etmişdir. Cavabdeh doğma bacısıdır. Anasının ölümündən sonra onu anasının adına olan mənzilə buraxmır, mülkiyyətdən maneəsiz istifadə etməyə və payını verməkdən imtina edir. Deyir ki, “sizə heç nə verməyəcəyəm”. Hüquqlarını kobud şəkildə pozmuşdur. Həmçinin anasına məxsus mənzildə ev əşyaları-əmlakları qalmışdır. Məcbur olub məhkəmədə iddia qaldırmışdır. İİİ. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi: Müstəqil tələb irəli sürən üçüncü şəxslər: X55, X56, X57, X43, X44 və X49 İddiaçı qarşı “miras əmlaka payın müəyyən edilməsi» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək onlar - X55, X56, X57, X43, X44 və X28 05 mart 2024-cü ildə vəfat etmiş nənələri X17 birinci növbə vərəsəsi hesab edib, ondan miras qalmış Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 177 nömrəli evin 3 saylı mənzilindən miras paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İV. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbinin əsaslandığı hallar: Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələblərini belə əsaslandırmışlar ki, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun tanınması və miras əmlaka payın müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək 05 mart 2024-cü il tarixdə vəfat etmiş anası X17 birinci növbəli vərəsəsi hesab edib Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 177 nömrəli evin 3 saylı mənzili üzərində payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirilər ki, onlar da mərhum X17 birinci növbəli vərəsələridir. X29 onların ana nənələridir. Belə ki, mərhum nənələri X17 mərhum babaları X35 ilə birgə nikahlarından 5 qız övladları olmuşdur. Cavabdeh, İddiaçı, X18, X20 və X21. Onlardan Cavabdeh və İddiaçı hazırki iş üzrə tərəflərdir. X18, X20 və X21 isə onların analarıdır. Belə ki, X18 müstəqil tələb irəli sürən üçüncü şəxs X55 və X36 anasıdır. X20 – X37, X23 və X24 anasıdır. X21 isə X28 anasıdır. X18 xx.xx.2014-cü ildə, X20 xx.xx.2021ci ildə və X21 isə xx.xx.2014-ci ildə, yəni anaları X10 əvvəl vəfat etmişlər. Hesab edirlər ki, Mülki Məcəllənin 1159.1.1 və 1159.1.3-cü maddələrinə əsasən onların da miras əmlakda payları vardır. Ona görə də məhkəməyə müraciət etmişlər. V. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, müstəqil tələb üzrə iddianı qismən qəbul edərək izahatında iddia göstərilənlərdən əlavə bildirdi ki, mərhum anası X29 05 mart 2024-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 177 nömrəli evin 3 saylı mənzili miras qalmışdır. X9 isə 09 avqust 2007-ci isə X8 vəfat etmişdir. Atası ilə anasının nikahından 5 uşaq yəni, o, Tamam, Gülnarə, Mənsurə və Firəngiz dünyaya gəlmişdir. Lakin hazırda o və Tamam sağdır, digər bacıları Gülnarə, Mənsurə və Firəngiz vəfat etmişdir. Bacısı Gülnarənin hazırda əri Altay, uşaqları Anar, Asudə və Səma sağdır. Bacısı Mənsurənin isə yalnız oğlu Orxan sağdır. Digər bacısı Firəngizin isə övladlarından Feruz və Röyal yaşayır. Buna baxmayaraq miras əmlakdan ona, bacısı Tamama və bacısı oğlu Orxana pay verilməsini istəyir. Qeyd edir ki, o və digər vərəsələr qanunla müəyyən edilmiş müddətdə miras paylarından imtina etməmişlər. Odur ki, qanunanmüvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Bürosunun vəkili) Nümayəndə iddia ərizəsinə və iddiaçının göstərdiklərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən, müstəqil tələb üzrə iddianı isə qəbul edərək izahatında göstərdi ki, İddiaçı miras mülkdən 1/5 payının müəyyən edilməsinə etiraz etmir. Belə ki, mərhum anası X17 mərhum X8 ilə birgə nikahlarından 5 qız övladları - İddiaçı, o, və digər bacıları olan Cavabdeh, X18, X20 və X21 anadan olmuşdur. Üç bacısı anası X10 əvvəl, yəni X18 09 aprel 2014-cü ildə, X21 xx.xx.2017-ci ildə və X20 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Lakin onların hər üçünün övladları var. Mərhum bacısı X5 X55 və X56 adlı iki övladı var. Mərhum bacısı X6 X57, X44 və X43 adlı 3 övladı var. Mərhum bacısı X7 isə X49 adlı bir övladı var. Bacılarının övladları onların vərəsələri olduqları üçün nənələri X10 miras qalmış əmlakdan onların da payı var. Qeyd edir ki, o və digər vərəsələr qanunla müəyyən edilmiş müddətdə miras paylarından imtina etməmişlər. Buna görə hazırki işin baxılması zamanı onların da payları müəyyən edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər: X55, X56, X57, X43 və X30 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin onların hər biri ayrı ayrılıqda məhkəməyə ərizələr ünvanlayaraq 05 mart 2024-cü il tarixdə vəfat etmiş nənələri X16 miras qalmış evdən xalaları Cavabdeh xeyrinə imtina etdiklərini bildirmişlər. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs X49 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə və teleqram ünvanlayaraq mərhum nənəsi Kamilə İsmayılovadan miras qalmış evdən onun payının müəyyən edilməsini xahiş etmişdir. Bundan başqa müstəqil tələb irəli sürməyən üçüncü şəxs X34 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş. Lakin məhkəməyə ərizə ünvanlayaraq ünvan 1 miras qalmış əmlakdan ona düşəsi paydan Cavabdeh xeyrinə imtina etdiyini və heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürən üçüncü şəxslər: X55, X56, X57, X43, X44 və X28, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Vİ. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********03-05101-093002, qeydiyyat nömrəsi ********** olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50.1 kvadratmetrdən ibarət daşınmaz əmlak 03 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 192 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində X17 adına mülkiyyət hüququ qeydə alınmışdır. - AZ-İİ, 405570 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 05 mart 2024-cü ildə ölmüşdür. - AZ-İ, 989662 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 09 avqust 2007-ci ildə ölmüşdür. - İ-SL, 335874 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X35 və X29 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 mart 1988-ci ildə 7 nömrəli qeyd edilmişdir. - İİ-SL, 419612 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 10 avqust 1962-ci ildə Ermənistan SSR, Basarkeçər rayonunun Yenikənd kəndində anadan olmuşdur. - Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, 05/09İS/108775-25 nömrəli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək X17 ailə üzvləri aşağıdakılardır.
1. Qızı: X25 (xx.xx.1960) (Vəfat edib: xx.xx.2024)
2. Qızı: Cavabdeh (xx.xx.1964)
3. Qızı: X20 (xx.xx.1967) (Vəfat edib: xx.xx.2021)
4. Qızı: X26 (xx.xx.1973) (Vəfat edib: xx.xx.2017) - Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, 3-16-5/8- 16-2802/2025 nömrəli məktubdan görünür ki, Gəncə şəhər qeydiyyat şöbəsi xx.xx.1960-cı ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X25, xx.xx.1967-ci ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuş xx.xx.2021-ci ildə vəfat etmiş X20, xx.xx.1973-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuş və xx.xx.2017-ci ildə vəfat etmiş X26 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ““Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək ailə üzvləri barəsində yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar olunmuşdur. X25
1. Əri: X50 – xx.xx.1961 (vəfat edib: xx.xx.2013)
2. Uşağı: X55 – xx.xx.1985
3. Uşağı: X56 – xx.xx.1987 X26
1. X19 – xx.xx.1993 X20
1. Əri: X48 – xx.xx.1966
2. X22 – xx.xx.1989
3. X13 – xx.xx.1990
4. X14 – xx.xx.1993 - AZ-İ, 615092 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X50 29 aprel 2013-cü ildə ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı notariat ofisinin “notariat hərəkətlərinin aparılmasında imtinaya dair” 24 fevral 2025-ci il tarixli, 281 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı təqdim etdiyi sənədlər nəzərdən keçirilmiş, lakin vərəsələr arasında mübahisə olduğu qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etmədiyi üçün İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtan olunmuşdur. Vİİ. Məhkəmə iclasında müəyyən olunan hallar: Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X35 və X29 ilə nikaha girmiş onların birgə nikahından 5 qız övladları, Firəngiz, Nailə, Tamam, Gülnarə və Mənsurə adlı uşaqları doğulmuşdur. 17 mart 1988-ci ildə X35 və X29 arasında olan nikah pozulmuşdur. X4 09 avqust 2007-ci ildə vəfat etmişdir. Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ev 177 ünvanında yerləşən 3 saylı mənzil 03 may 2019-cu il tarixdə X17 mülkiyyətinə keçmişdir. X1 05 mart 2024-cü ildə ölmüşdür. Həmçinin mirasqoyanın övladları X18 xx.xx.2014-cü ildə, X21 xx.xx.2014-ci ildə, X20 isə xx.xx.2021-ci ildə, yəni anaları X10 əvvəl vəfat etmişlər. X2 əri X50 xx.xx.2013-cü ildə vəfat etsə də, hazırda onun uşaqları X55 və uşağı X15 və iş üzrə müstəqil tələb irəli sürmüşlər. X3 isə yeganə birinci növbəli vərəsəsi övladı X49 olmaqla iş üzrə müstəqil tələb irəli sürmüş və nənəsindən miras qalmış əmlakdan pay istəyir. X6 isə sağ olan vərəsələri əri X48, övladları X57, X43 və X32r. Altay Hüseynov iş üzrə müstəqil tələb irəli sürməsə də məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. X57, X43 və X44 müstəqil tələb irəli sürməklə yanaşı onlara çatası paydan qanunla müəyyən edilmiş müddət keçdikdən sonra xalaları Cavabdeh xeyrinə imtina etmişlər. İddiaçı miras əmlakdan onunla bərabər Cavabdeh və mərhum bacısı X12 yeganə birinci növbəli vərəsəsi olan övladı X39 pay verilməsinə razı olduğunu bildirmişdir. Cavabdeh isə bacısı Nailə və onunla yanaşı vəfat etmiş digər bacılarının da vərəsələrinə miras əmlakdan pay verilməsini xahiş etmişdir. Heç bir vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina etməmişdir. Vİİİ. Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.2-ci maddəsinə görə övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1269-cu maddəsinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X42 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, miras qoyan X29 05 mart 2024-cü ildə vəfat etməklə yanaşı miras həmin tarixdən açılmışdır. Belə olan halda mübahisəyə dair qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməklə mübahisə həll edilməlidir. Digər tərəfdən o da qeyd olunmalıdır ki, 26 dekabr 2023-cü il tarixdən sonra açılmış vərəsəliklə bağlı məsələlərin həllinə dair Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə tətbiq olunur. Belə olan halda hazırki mübahisə üzrə də həmin qərarda formalaşdırılan hüquqi mövqeyə uyğun yekun məhkəmə aktı qəbul olunmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, Notariat Kontorundə rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). İX. Məhkəmənin mövqeyi: Məhkəmə, iddia tələbləri üzrə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia və müstəqil tələb üzrə iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, X10 Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ev 177 ünvanında yerləşən 3 saylı mənzil miras qalmaqla sonuncu 05 mart 2024-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra həmin vaxt sağ olan qızları İddiaçı və Cavabdeh mirasın qəbulundan imtina etməmişdir. Digər tərəfdən mirasqoyanın övladları X18 xx.xx.2014-cü ildə, X21 xx.xx.2014-ci ildə, X20 isə xx.xx.2021-ci ildə, yəni anaları X10 əvvəl vəfat etmişlər. X2 əri X50 xx.xx.2013-cü ildə vəfat etsə də, hazırda onun uşaqları X55 və uşağı X15 və iş üzrə müstəqil tələb irəli sürmüşlər. Həmçinin X3 yeganə birinci növbəli vərəsəsi övladı X49 olmaqla iş üzrə müstəqil tələb irəli sürmüş və nənəsindən miras qalmış əmlakdan pay istəyir. X6 isə sağ olan vərəsələri əri X48, övladları X57, X43 və X32r. Altay Hüseynov iş üzrə müstəqil tələb irəli sürməsə də məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. X57, X43 və X44 müstəqil tələb irəli sürmüşlər. İddiaçı miras əmlakdan onunla bərabər Cavabdeh və mərhum bacısı X12 yeganə birinci növbəli vərəsəsi olan övladı X39 pay verilməsinə razı olduğunu bildirmişdir. Cavabdeh isə bacısı Nailə və onunla yanaşı vəfat etmiş digər bacılarının da vərəsələrinə miras əmlakdan pay verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X55, X56, X57, X43, X44 və X49 və müstəqil tələb irəli sürməmiş üçüncü şəxs X48 qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulundan imtina etmədiyi üçün onlardan Orxan İsmayılov istisna olmaqla məhkəmə iclasında Cavabdeh xeyrinə imtina etməsi qəbul olunmamalı və onlar da hər biri ayrı-ayrılıqda Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən özlərinə düşən həddə miras əmlakdan pay almalıdırlar. Belə ki, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi paydan imtina olunması mirasdan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir (MM, maddə 1202). Beləliklə məhkəmənin gəldiyi qənaətə görə ilkin və müstəqil iddia tələbləri təmin olunmalı, 05 mart 2024-cü il tarixdə ölmüş X10 miras qalmış ünvan 4 ünvanda yerləşən miras əmlakın 1/5 hissəsinə İddiaçı, 1/5 hissəsinə Cavabdeh, 1/5 hissəsinə X28, 1/10 hissəsinə X40, 1/10 hissəsinə X36, 1/20 hissəsinə X37, 1/20 hissəsinə X24, 1/20 hissəsinə X23 və 1/20 hissəsinə X31 miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ilkin və müstəqil tələbə dair iddialar üzrə məhkəmədə iddia qaldırmaq üçün müvafiq olaraq ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu hər bir iddia üzrə iddiaçılara aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qət etdi:
İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən şəxs X34 qarşı “miras əmlaka payın müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər: X55, X56, X57, X43, X44 və X28 İddiaçı qarşı “miras əmlaka payın müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilsin. 05 mart 2024-cü il tarixdə ölmüş X10 miras qalmış ünvan 4 ünvanda yerləşən miras əmlakın 1/5 hissəsinə İddiaçı, 1/5 hissəsinə Cavabdeh, 1/5 hissəsinə X28, 1/10 hissəsinə X40, 1/10 hissəsinə X36, 1/20 hissəsinə X37, 1/20 hissəsinə X24, 1/20 hissəsinə X23 və 1/20 hissəsinə X31 miras payları müəyyən edilsin. İlkin və müstəqil tələbə dair iddialar üzrə məhkəmədə iddia qaldırmaq üçün müvafiq olaraq ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu hər bir iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov