Məhkəmə qərarları › İş №e-2(125)-2886/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2886/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2886/2024 31.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 03721759 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 10 manat 76 qəpik, cərimə qismində 1 manat 24 qəpik, xx.xx.2022-ci il tarixli, 02102443 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 104 manat 04 qəpik, cərimə qismində 10 manat 96 qəpik, xx.xx.2022-ci il tarixli, 10763256 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 344 manat 90 qəpik, cərimə qismində 34 manat 10 qəpik, xx.xx.2023-cü il tarixli, 03733840 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.024 manat 96 qəpik, cərimə qismində 102 manat 04 qəpik, cəmi 1.633 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat 33 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 03721759 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 14 manat ödəmək şərtilə 18 ay ərzində hissəhissə ödəmək şərtilə «Aıwa» markalı qulaqlığı 154 manat 04 qəpik məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşya xx.xx.2022-ciil tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 02102443 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində hissə-hissə ödəmək «X1 11» markalı mobil telefonu 629 manat 04 qəpik məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşya xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 10763256 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «X1 11S» markalı mobil telefonu 837 manat məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşya xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03733840 nömrəli müqavilənin, həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Xıaomi 12T» markalı mobil telefonu 1.618 manat 56 qəpik məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşya xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu barədə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hal-hazırda iddiaçıya olan borcu xx.xx.2022-ci il tarixli, 03721759 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 10 manat 76 qəpik, cərimə qismində 1 manat 24 qəpik, xx.xx.2022-ci il tarixli, 02102443 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 104 manat 04 qəpik, cərimə qismində 10 manat 96 qəpik, xx.xx.2022-ci il tarixli, 10763256 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 344 manat 90 qəpik, cərimə qismində 34 manat 10 qəpik, xx.xx.2023-cü il tarixli, 03733840 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.024 manat 96 qəpik, cərimə qismində 102 manat 04 qəpik, cəmi 1.633 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehə borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli, 02102443 nömrəli müqavilə üzrə 10 manat 96 qəpik təşkil edən cərimə məbləğinin 3 manat məbləğinə qədər, xx.xx.2022-ci il tarixli, 10763256 nömrəli müqavilə üzrə 34 manat 10 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, xx.xx.2023-cü il tarixli, 03733840 nömrəli müqavilə üzrə 102 manat 04 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2022-ci il tarixli, 03721759 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 10 manat 76 qəpik, cərimə qismində 1 manat 24 qəpik, xx.xx.2022-ci il tarixli, 02102443 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 104 manat 04 qəpik, cərimə qismində 3 manat, xx.xx.2022-ci il tarixli, 10763256 nömrəli müqavilə üzrə 344 manat 90 qəpik, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli, 03733840 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.024 manat 96 qəpik, cərimə qismində 5 manat, cəmi 1.498 manat 90 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 manat 98 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 12 iyun 2022-ci il tarixli, 03721759 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 10 (on) manat 76 (yetmiş altı) qəpik, cərimə qismində 1 (bir) manat 24 (iyirmi dörd) qəpik, 18 sentyabr 2022-ci il tarixli, 02102443 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 104 (bir yüz dörd) manat 04 (dörd) qəpik, cərimə qismində 3 (üç) manat, 19 dekabr 2022-ci il tarixli, 10763256 nömrəli müqavilə üzrə 344 (üç yüz qırx dörd) manat 90 (doxsan) qəpik, cərimə qismində 5 (beş) manat, 06 mart 2023-cü il tarixli, 03733840 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.024 (bir min iyirmi dörd) manat 96 (doxsan altı) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat 98 (doxsan səkkiz) qəpik, cəmi 1.533 (bir min beş yüz otuz üç) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar