Məhkəmə qərarları › İş №e-2(125)-29/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-29/2025

02.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-29/2025 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı nümayəndəsi (Gəncə Regional vəkil bürosunun vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda ara məsafəsi saxlanılmasına əməl edilmədən inşa edilmiş qanunsuz tikilinin sökülməsinin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən onun mülkiyyətinə qanunsuz müdaxilələrin qadağan edilməsi və tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İddia tələbinin əsaslandığı hallar: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 1-ci dalan, 8 saylı mülk mərhum atası Arif Verdiyevin adına olmuş, atası Arif Verdiyev vəfat etdikdən sonra həmin mülk xx.xx.2016-cı il tarixdə onun mülkiyyətinə keçmiş və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Onunla qonşuluqda Gəncə şəhəri, Cavadxan küçəsi, 27C (Cavadxan küçəsi 19) ünvanında yerləşən “Xronika” kinoteatrı (yay zalı ilə birlikdə) faydalı sahəsi 143,0 kv,m və 348,7 kv,m torpaq sahəsi xx.xx.2019-cu il tarixli, 4368 nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh satılmışdır. Qeyri-yaşayış binasına dair ünvan 2 ünvanı ilə Cavabdeh adına xx.xx.2019-cu il tarixli, **********35-06301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı verilmişdir. “Xronika” kinoteatrının binası ilə onun evinin və hasarının arasında olan məsafə təxminən 4-7 metr təşkil edirdi. Yəni, həmin ərazidə onun evinə və hasarına bitişik heç bir tikili olmamışdır. Sonradan Cavabdeh 2019-cu ildə onun hasarına və evinə bitişik tikinti işlərinə başlamışdır. Bununla əlaqədar xx.xx.2019-cu il tarixdə Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Müraciəti əsasında şöbənin mütəxəssisləri tərəfindən həmin yerə baxış keçirilmiş və baxış zamanı Gəncə şəhəri, Cavadxan küçəsi, 27C ünvanında yerləşən mülkün sahibi Cavabdeh tərəfindən qeyd edilən ünvanda obyekt tikintisinə başladığı müəyyən edilmiş və ara məsafəsi saxlanılmasına əməl edilmədiyi üçün tikinti işləri dayandırılmışdır. Ona mövcud qanunvericiliyin və normativ sənədlərin tələblərinə əməl etməklə tikinti işlərini davam etdirə biləcəyi tapşırılmışdır. Lakin, buna baxmayaraq cavabdeh onun hasarına və evinə bitişik tikinti işlərini apararaq qeyri-yaşayış binası tikdirmişdir. Bununla da cavabdeh tərəfindən inşa etdirilmiş qeyri-yaşayış binası onun mülkiyyətində olan fərdi yaşayış evinə və məhləsinə gün işığının düşməsinin qarşısını almışdır. Cavabdehin qanunsuz olaraq inşa etdiyi tikililər onun mülkiyyətçi kimi hüquqlarını pozur. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İİİ. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi (Gəncə Regional vəkil bürosunun vəkili) Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 1-ci dalan, 8 saylı mülk iddiaçıya məxsusdur. Cavabdeh 2020-ci ildə özünə məxsus olan Gəncə şəhəri, Cavadxan küçəsi, 27C ünvanında tikili tikməklə iddiaçıya məxsus pəncərənin qarşısını bağlamışdır. Halbuki pəncərənin qarşısı tutulmazdan qabaq iddiaçı özünə məxsus evin pəncərəsindən kinoteatrın həyətinə baxa bilirdi. Bundan sonra iddiaçı cavabdehə etiraz etsə də cavabdeh pəncərənin qarşısındakı tikilini sökməmişdir. Cavabdehin tikilisindən axan yağış suları iddiaçının evinə zərər də vurur. Bu baxımdan hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin olunmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Gəncə şəhəri, Cavadxan küçəsi, 27C ünvanında əvvəllər kinoteatr olmaqla yay zalı olmuşdur. İddiaçının özünə məxsus olan evdən həmin kinoteatra baxan pəncərəsi olmamış, həmin pəncərəni sonradan açmışdır. 12 iyun 2019-cu ildə o, Gəncə şəhəri, Cavadxan küçəsi, 27C ünvanında yerləşən “Xronika” kinoteatrını (yay zalı ilə birlikdə) (faydalı sahəsi 143,0 kv.m və torpaq sahəsi – 348 kv.m) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərracda satın almışdır. Həmin vaxt iddiaçıya məxsus evlə bitişik şəkildə “Xronika” kinoteatrının binası olmuşdur. O, bina köhnə olduğuna görə 2019-2020-ci illərdə onu sökərək yerində qeyri yaşayış binası inşa etdirmiş, buna dair rəsmi qurumlar icazə vermişdir. Hazırda Gəncə şəhəri, Cavadxan küçəsi, 27C ünvanında yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, ilk öncə o, iddiaçıya məxsus ərazidə tikinti işləri aparmamış, tikili aparılan ərazi onun mülkiyyətindədir. Digər tərəfdən iddiaçıya məxsus evdə uzun illərdir ki, yaşayış olmamaqla yanaşı, yaşayış üçün yararsız evdir. Həmçinin iddiaçının pəncərəsi bağlanan otağın qarşısı şüşəbənd olmaqla həmin otağa gün işığının düşməsi təmin olunur. Digər tərəfdən iddiaçının pəncərəsinin onun mülkiyyətində olan əmlaka baxması düzgün deyildir. Həmçinin qeyd edir ki, ona məxsus tikilidən iddiaçıya heç bir ziyan dəymir. Ən əsası iddiaçı özünə məxsus olan ərazini ona baha qiymətə satmağa nail olmaq üçün belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, o iddiaçıya həmin evi yararsız olduğu üçün 70.000 manata ala biləcəyini bildirsə də iddiaçı ona 170000 manata sata biləcəyini bildirmişdir. O da həmin qiymətlə razılaşmadığı üçün iddiaçı ona qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. İV. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********30-10301 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 75.4 kvadratmetrdən ibarət ev və onun altında yerləşən 0.0371 kvadratmetrdən ibarət torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 fevral 2023-cü il tarixli, 3-21-3-33/2-1382/2023 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən “Xronika” kinoteatrı (yay zalı ilə birlikdə) (faydalı sahəsi 143.0 kvadratmetr və torpaq sahəsi 348.7) 12 iyun 2019-cu il tarixli, 4368 nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh adına xx.xx.2019-cu il tarixli, **********35-06301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 14 mart 2023-cü il tarixli, 3-18-2/2-1743/2023 nömrəli məktubundan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış tikinti layihəsi və xx.xx.2019-cu il tarixli, 05 nömrəli tikintiyə “İcazə” sənədi əsasında fiziki şəxs Cavabdeh tərəfindən tikinti işlərinə başlanılmışdır. Lakin Cavabdeh tərəfindən ona məxsus mülkidə keçmiş “Xronika” kinoteatrının yerində tikinti-quraşdırma işləri aparılan zaman tamamlama mərhələsində binanın baş fasadında layihədən kənarlaşma aşkarlanaraq, tikinti işləri xx.xx.2019-cu ildən dayandırılmış və həmin vaxtdan obyektdə heç bir iş aparılmamışdır. Obyektdə Agentlik tərəfindən “İstismara hazırlıq aktı” verilməmişdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsi 27C ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsinə dair 03 may 2023-cü il tarixli, 29 nömrəli hesabatından görünür ki, ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsi Gəncə Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 23 oktyabr 2019-cu il tarixli 05 saylı obyektin icarəsinə verilmiş sərəncamına və tikinti obyektinin layihəsi "xxxx" MMC-nin layihəsinə uyğun inşa edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 06 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5319 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələblərinə əsasən Cavabdeh tərəfindən ünvan 8 ünvanında inşa olunmuş qeyri-yaşayış sahəsinin istifadəsində olan torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi 1.95 metr nəzərdə tutulmalıdır. Həmin ünvanda cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi iddiaçının yaşayış evinə bitişik inşa olunduğunu nəzərə alaraq Cavabdeh tərəfindən ünvan 8 ünvanında inşa edilmiş tikilinin 33,0 kvadratmetr hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan inşa olunduğu müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar məhkəmə tikinti-texniki ekspertizasının 29 may 2025-ci il tarixli, 10/10077 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh tərəfindən ünvan 8 ünvanında inşa edilmiş tikilinin iddiaçının evindən 5 sm ara məsafəsində yerləşdiyini və iddiaçının yaşayış evinin hündürlü 6.50 metr olduğunu nəzərə almaqla aparılmış tikililərin arasında məsafə 1.95 metr (6.50x0.3), olmalıdır. Tədqiq olunan halda yuxarıda göstərildiyi kimi iddiaçıya məxsus evlə cavabdehə məxsus tikilinin zəruri olan 1.95 məsafə saxlanılmadığını nəzərə alaraq Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir. Cavabdeh tərəfindən ünvan 8 ünvanında inşa edilmiş tikilinin (arxa hissəsi) ilə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 1-ci dalan, 8 nömrəli evin arasında olan məsafə 5-10 sm təşkil etdiyi müəyyən edilir. V. Məhkəmə iclasında müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən 75.4 kvadratmetrdən ibarət ev və onun altında yerləşən 0.0371 kvadratmetrdən ibarət torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmçinin ünvan 4 ünvanında yerləşən “Xronika” kinoteatrı (yay zalı ilə birlikdə) (faydalı sahəsi 143.0 kvadratmetr və torpaq sahəsi 348.7) 12 iyun 2019-cu il tarixli, 4368 nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh satılmışdır. Daha sonra cavabdeh həmin ünvan dair çıxarış almışdır. Bundan sonra Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış tikinti layihəsi və xx.xx.2019-cu il tarixli, 05 nömrəli tikintiyə “İcazə” sənədi əsasında həmin kinoteatrı sökərək onun yerində qeyri yaşayış binası tikmişdir. Lakin tikinti-quraşdırma işləri aparılan zaman tamamlama mərhələsində binanın baş fasadında layihədən kənarlaşma aşkarlandığından tikinti işləri xx.xx.2019-cu ildən dayandırılmışdır. Azərbaycan Respublikası "xxxx" MMC-nin Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsi 27C ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsinə dair 03 may 2023-cü il tarixli, 29 nömrəli hesabatına əsasən həmin qeyri-yaşayış sahəsi Gəncə Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 23 oktyabr 2019cu il tarixli 05 saylı obyektin icarəsinə verilmiş sərəncamına və tikinti obyektinin layihəsi "xxxx" MMC-nin layihəsinə uyğun inşa edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar məhkəmə tikinti-texniki ekspertizasının 29 may 2025-ci il tarixli, 10/10077 nömrəli rəyinə əsasən Cavabdeh tərəfindən ünvan 8 ünvanında inşa edilmiş tikilinin iddiaçının evindən 5 sm ara məsafəsində yerləşdiyini və iddiaçının yaşayış evinin hündürlü 6.50 metr olduğunu nəzərə almaqla aparılmış tikililərin arasında məsafə 1.95 metr (6.50x0.3), olmalıdır. Tədqiq olunan halda yuxarıda göstərildiyi kimi iddiaçıya məxsus evlə cavabdehə məxsus tikilinin zəruri olan 1.95 məsafə saxlanılmadığını nəzərə alaraq Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir. Cavabdeh tərəfindən ünvan 8 ünvanında inşa edilmiş tikilinin (arxa hissəsi) ilə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 1-ci dalan, 8 nömrəli evin arasında olan məsafə 5-10 sm təşkil etdiyi müəyyən edilir. İddiaçı özünə məxsus olan evin pəncərəsini qarşısında qeyri-yaşayış sahəsi tikilməsini əsas gətirərək onun sökülməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək onu əsassız hesab etmişdir. Vİ. Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 163.1.-ci maddəsinin tələblərinə görə sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 49. 1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 67. 1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Prosessual məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Vİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilə bilməz. Belə ki, məhkəmə tərəfindən mübahisəli ünvana yerində müayinə aparılan zaman müəyyən olunmuşdur ki, iddiaçıya məxsus evdə uzun illər yaşayış olmamaqla yanaşı ora yaşayış üçün yararlı vəziyyətdə deyildir. Faktiki olaraq iddiaçının evi və həyəti baxımsız vəziyyətdə olmaqla bərabər orada yaşanılmır. Yəni bu hal iddiaçının faktiki olaraq özünə məxsus olan ünvan 9 ünvanında yerləşən 75.4 kvadratmetrdən ibarət evdə illər öncə yaşamaq marağının aradan qalxdığını göstərir. Bundan başqa yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus evin otağının pəncərəsinin qarşısında cavabdeh tərəfindən tikili inşa olunsa da həmin otağa ön hissədən normal günəş işığının düşməsi üçün kifayət qədər imkan da vardır. Digər tərəfdən otağın pəncərəsinin qarşısı bağlanmadığı halda iddiaçı tərəfindən cavabdehə məxsus əmlakın ərazisinə baxmaq imkanı yaranır ki, bu da cavabdehi razı salmır. Bundan başqa ünvan 10 ünvanı cavabdehin mülkiyyətində olmaqla yanaşı cavabdeh həmin ünvanda yerləşən torpaq sahəsində Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış tikinti layihəsi və xx.xx.2019-cu il tarixli, 05 nömrəli tikintiyə “İcazə” sənədi əsasında həmin kinoteatrı sökərək onun yerində qeyriyaşayış binası tikmişdir. Belə olan halda cavabdehin sökülməsi xahiş olunan ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququ əldə etməsi (reallaşdırması) gözləniləndir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X6 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X6 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddiada qeyd edilənlər cavabdehə məxsus olan mübahisəli qeyri-yaşayış sahəsinin sökülməsi üçün əsas deyildir. Məhkəmə həmçinin onu da qeyd edir ki, qeyri-yaşayış sahəsinin tikilməsi nəticəsində cavabdeh iddiaçıya hər hansı formada ziyan vurmuşsa və bu hal davam etməkdədirsə, bu halda iddiaçı cavabdehdən məhz həmin ziyanın ödənilməsini tələb edə bilər. Mövcud iddia tələbi təmin olunacağı halda isə bu hal nəinki iddiaçının pozulmuş hüququnu bərpa edəcək, həmçinin cavabdehi külli miqdarda ziyana düşməsi ilə nəticələnəcəkdir. Beləliklə məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN**********, Hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN**********, Hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar