Məhkəmə qərarları › İş №e-2(125)-2913/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2913/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2913/2024 31.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 03373629 saylı müqaviləyə əsasən, MİKRODALĞALİ SOBA HANSA, PLİTƏ HOFFMANN, TOZSORAN BOSCH, ASPİRATOR GORENJE, SAMSUNG LED üçün, 1077.76 (bir min yetmiş yeddi manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 107.24 (yüz yeddi manat iyirmi dörd qəpik) manat cərimə,bundan əlzvə eyni tərərflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03373628 saylı müqaviləyə əsasən, NEVADA - YATAQ - SURGULU DOLAB , NEVADA - YATAQ - TERMO, 8 ədəd STUL - CARMEN, 2 ədəd NEVADA - YATAQ - TUMBA, NEVADA - YATAQ - CARPAYİ, MATRAS , NEVADA - QONAQ - KOMOD, NEVADA- QONAQ – MASA üçün 3019.66 (üç min on doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 301.34 (üç yüz bir manat otuz dörd qəpik) manat cərimə miqdarında borc olmaqla, ümumilikdə 4506 manat borcun və 65.06 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi (ona əlavə edilmiş sənədlərlə) onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı satqı müqavilələrinə əsasən, Cavabdeh MİKRODALĞALİ SOBA HANSA, PLİTƏ HOFFMANN, TOZSORAN BOSCH, ASPİRATOR GORENJE, SAMSUNG LED, NEVADA - YATAQ - SURGULU DOLAB, NEVADA- YATAQ - TERMO, 8 ədəd STUL - CARMEN, 2 ədəd NEVADA- YATAQ - TUMBA, NEVADA- YATAQ - CARPAYİ, MATRAS, NEVADA- QONAQ - KOMOD, NEVADA- QONAQ – MASA almış və nəticədə 4506 (dörd min beş yüz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli 03373629 saylı nisyə alqı satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2309.94 (iki min üç yüz doqquz manat doxsan dörd qəpik) manat (18 ay x 89.83 manat + 693 manat ilkin ödəniş) MİKRODALĞALİ SOBA HANSA,PLİTƏ HOFFMANN,TOZSORAN BOSCH, ASPİRATOR GORENJE, SAMSUNG üçün LED ümumilikdə, 1185 (bir min yüz səksən beş ) manat olmaqla ondan 1077.76 (bir min yetmiş yeddi manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 107.24 (yüz yeddi manat iyirmi dörd qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli 03373628 saylı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4733.25 (dörd min yeddi yüz otuz üç manat iyirmi beş qəpik) manat (24 ay x 167.76 manat + 707.01 manat ilkin ödəniş) NEVADA- YATAQ - SURGULU DOLAB, NEVADA- YATAQ - TERMO, 8 ədəd STUL - CARMEN,2 ədəd NEVADA- YATAQ - TUMBA, NEVADA- YATAQ - CARPAYİ, MATRAS, NEVADA- QONAQ - KOMOD, NEVADA- QONAQ – MASA üçün ümumilikdə 3321 (üç min üç yüz iyirmi bir) manat olmaqla ondan, 3019.66 (üç min on doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 301.34 (üç yüz bir manat otuz dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2945.77 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə cavabdehin etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edilir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli nisyə alqı satqı müqavilələrinə əsasən, MİKRODALĞALİ SOBA HANSA, PLİTƏ HOFFMANN, TOZSORAN BOSCH, ASPİRATOR GORENJE, SAMSUNG LED, NEVADA-YATAQ - SURGULU DOLAB, NEVADA- YATAQ - TERMO, 8 ədəd STUL - CARMEN, 2 ədəd NEVADA- YATAQ - TUMBA, NEVADA- YATAQ - CARPAYİ, MATRAS, NEVADA- QONAQ - KOMOD, NEVADA- QONAQ – MASA almış və nəticədə 4506 (dörd min beş yüz altı) manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 65.06 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəasinə əsasən, `öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəasinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəasinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəasinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəasinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəasinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəasinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəasinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəasinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqavilələri üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, MİKRODALĞALİ SOBA HANSA, PLİTƏ HOFFMANN, TOZSORAN BOSCH, ASPİRATOR GORENJE, SAMSUNG LED üçün, 1077.76 (bir min yetmiş yeddi manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 107.24 (yüz yeddi manat iyirmi dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, NEVADA - YATAQ - SURGULU DOLAB, NEVADA - YATAQ - TERMO, 8 ədəd STUL - CARMEN, 2 ədəd NEVADA - YATAQ - TUMBA, NEVADA - YATAQ - CARPAYİ, MATRAS , NEVADA - QONAQ - KOMOD, NEVADA- QONAQ – MASA üçün 3019.66 (üç min on doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 301.34 (üç yüz bir manat otuz dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 4506 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65.06 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03373629 saylı müqaviləyə əsasən, MİKRODALĞALİ SOBA HANSA, PLİTƏ HOFFMANN, TOZSORAN BOSCH, ASPİRATOR GORENJE, SAMSUNG LED üçün, 1077.76 manat ödənilməmiş hissə, 107.24 manat cərimə, xx.xx.2023-cü il tarixli 03373628 saylı müqaviləyə əsasən, NEVADA - YATAQ - SURGULU DOLAB, NEVADA - YATAQ - TERMO, 8 ədəd STUL - CARMEN, 2 ədəd NEVADA - YATAQ - TUMBA, NEVADA - YATAQ - CARPAYİ, MATRAS , NEVADA - QONAQ - KOMOD, NEVADA- QONAQ - MASA üçün 3019.66 manat ödənilməmiş hissə, 301.34 manat cərimə olmaqla, ümumilikdə 4506 (dörd min beş yüz altı) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65.06 (altmış beş) manat 06 qəpik Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən,onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.Həmin müddət ərzində şikayət verilmədikdə qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar