Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2950/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 və ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçınə qarşı öhdəliyin yerinə yetirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 40 manat ödənilməmiş əsas, 4 manat cərimə olmaqla, ümumilikdə 44 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2020-ci il tarixdə İmei kodu **********16478 olan, Huawei Y5 2019 markalı telefonun nisyə alğı-satqısı barədə 20065090 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 260,4 manat, ödəniş müddəti 6 ay olmaqla, aylıq ödəniş 43,4 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, cəmi 220,4 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı dəyəri 260,4 manat (6 ay x 43,4 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 40 manat əsas, 4 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2950/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmənin hazırlıq iclası keçirilənədək ilk iddia üzrə Cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliyin yerinə yetirilməsi - 87,57 (səksən yeddi manat, əlli qəpik) pulun ləğv olunub, 17 (on yeddi) manat qalan borcu ödəməklə telefonun şəbəkəsinin açılıb işləməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin tabeliyində olan Gəncə Mal telefon mağazasından qiyməti 260 manat olan telefonu kredit müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə almış və 3 gündən sonra geri qaytarmışdır ki, başqasını götürsün. Telefonu almış və ona bildirmişlər ki, telefonu Bakıya göndərəcəklər. On gündən sonra gedib telefonla maraqlanmaq istəyəndə Gəncə Mal telefon mağazasının bağlandığını görmüşdür, daha sonra Ruslanla rastlaşmışdır. Məlum olmuşdur ki, Ruslan İddiaçı MMC-nin işçisidir. Ruslan mövcud vəziyyəti öyrəndikdən sonra ona bildirmişdir ki, 200 manatını ona, yəni Ruslana versin, telefonu tapıb ona gətirəcək. 200 manatı Ruslana vermiş, Ruslanın köməkliyi ilə xx.xx.2021-ci il tarixində təhvil-təslim aktı ilə telefonu almışdır. Lakin telefon bu günə kimi işləmir. Qarşılıqlı iddia tələbinə görə xx.xx.2020-ci il tarixli, 20065090 saylı müqaviləyə əsasən telefon 15 ay 3 gün İddiaçı MMC-nin anbarında ola-ola ondan hər ay 43,4 manat ödəniş tələb edilmişdir. Müqavilənin şərti İddiaçı MMC tərəfindən pozulduğuna görə ödəniş edə bilmədiyi üçün ödənilən 243 manatdan 23 manat tutulub. 220 manat ödəniş olunub, qalıq 39,9 manat, cərimə 5,17 manat, rüsum 20 manat təşkil edir. İddiaçı MMC-nin haqsızlığına görə 87,57 manat əlavə pul ödəməlidir. Hansıki, o telefonu işlədə-işlədə 17 manat qalan borcu ödəməli idi. Ona görə də, məhkəmədən 87,57 (səksən yeddi manat, əlli yedi qəpik) manat pulun ləğv olunub, 17 manat qalan borcu ödəməklə telefonun şəbəkəsinin açılıb işləməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi, onu da əlavə etdi ki, ilk iddia üzrə cavabdeh telefonu təhvil-təslim aktı ilə xx.xx.2020-ci il tarixdə təhvil alsa da, qeyd edir ki, telefonu təhvil aldıqdan 3 gün sonra dəyişmək məqsədi ilə qaytarmışdır, lakin onun telefonu qaytardığını sübut edən heç bir fakt yoxdur, sübutu varsa, məhkəməyə təqdim etsin, əgər telefonun şəbəkəsi yox idisə, telefonu təhvil almazdı. Odur ki, məhkəmə tərəfindən ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh ilk iddianı qəbul etməyini bildirdi, əlavə etdi ki, telefonu xx.xx.2020-ci il tarixində götürmüşdür, təhvil aldıqda telefonda cızıq yox idi, lakin funksiyası aşağı səviyyədə idi, ona görə də qüsuru aradan qaldırmaq üçün telefonu iddiaçı MMC-yə təhvil vermiş, sonradan 200 manat verməklə, xx.xx.2021-ci ildə təhviltəslim aktı ilə telefonu təhvil almışdır, telefon 15 ay 3 gün MMC-nin anbarında qalmışdır, hazırda telefonu işlədə bilmir. Məhz bu baş verənlərə görə də hesab edir ki, telefon üçün müəyyən olunmuş qiymət azalaldılmalı, telefona görə cəmi 17 manat pul ödəməli, bundan sonra onun telefona tam mülkiyyət hüququ tanınaraq sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməsi (telefon şəbəkəsinin açılıb işlənilməsi) İddiaçı MMC-yə həvalə edilməlidir. Məhkəmə, tərəflərin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia tam təmin edilməlidir. Belə ki, tərəflərin imzaladığı nisyə alğı-satqı müqaviləsinə və ona əlavəyə (ödəniş cədvəli) görə satıcı alıcıya qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alğı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə, eləcə də xx.xx.2020-ci il tarixli 20065090 nömrəli nisyə alğı-satqı müqaviləsinə görə cavabdeh sözügedən müqavilə üzrə dəyəri 260,4 manat, İmei kodu **********16478 olan telefona görə 220,4 manat ödəniş etmiş, onun 40 manat əsas borcu qalmış və buna görə ona 4 manat dəbbə (güzəştlə) pulu hesablanmışdır. Həmçinin, iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli təhvil-təslim aktını təqdim etmiş, sözügedən əşyanın cavabdehə həmin tarixdə təhvil verildiyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı təqdim etdiyi sözügedən sübutlarla hazırda tələb etdiyi 40 manat məbləğində borcun cavabdehin ödənişləri ödəniş cədvəlinə uyğun, vaxtında ödəməməsi səbəbindən yaranması ilə əsaslandırmışdır. Cavabdeh tərəf ilk iddia tələbinə qarşı etirazında və qarşılıqlı iddiasında borcun düzgün hesablanmadığını, satıcının ona keyfiyyətli olmayan əşya verdiyini, əşyanı qüsuruna görə satıcıya qaytardığını və qüsur aradan qaldırıldıqdan sonra həmin əşyanı xx.xx.2021-ci il tarixdə yenidən təhvil aldığını, əşyanın qüsurlu olması səbəbindən, habelə uzun müddət iddiaçıda qaldığına görə alış qiymətini azaldaraq iddiaçıya cəmi 17 manat ödəyəcəyini bildrimiş, bu barədə xx.xx.2021-ci il tarixli təhvil-təslim aktını məhkəməyə təqdim etmişdir. Həmin, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, imei kodu **********16478 olan, Huawei Y5 2019 markalı telefon İddiaçı MMC (Pənahlı Nəriman) tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 06 ay müddətinə ödəmək şərtilə 260,4 manat dəyərində imei kodu **********16478 olan, Huawei Y5 2019 markalı telefon nisyə qaydada satılmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş və malın dəyəri tam ödənilənədək mülkiyyət hüququ satıcıda, yəni ABC Telecom MMC-də saxlanılmışdır. Telefon sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Cavabdeh təhvil vermişdir. Məhkəmə hesab edir ki, iddiaçı MMC üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə qüsurlu təhvil vermiş, malın qüsuru sonradan, yəni müqavilə bağlandıqdan uzun müddət sonra, yəni xx.xx.2021-ci il tarixdə aradan qaldırılmışdır. Məhkəmə bu qənaətə ona görə gəlir ki, iddiaçı əlavə etdiyi sənədlərlə həmin əşyanın xx.xx.2020-ci ildə cavabdehə təhvil verildiyini iddia etsə də cavabdeh iş materiallarına iddiaçı MMC-nin “ştampı” ilə təsdiq edilən sözügedən telefonun cavabdehə təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixli təhvil-təslim aktını əlavə etmişdir ki, bu hal əşyanın xx.xx.2020-ci ildə cavabdehə verilərkən qüsurlu olduğunu və bu qüsurun sonradan xx.xx.2021-ci ildə aradan qaldırıldığını təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf malın qüsurunun sonradan yaranması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə halda məhkəmə hesab edir ki, Cavabdeh ona keyfiyyətli olmayan əşya verildiyi üçün satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması tələbini irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə göstərilənlərə əsasən müqavilə üzrə iddiaçı tərəfindən hesablanmış borcun məbləğini də inandırıcı saymır və hesab edir ki, iddiaçı hesabladığı məbləğdə əsas borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlı deyil. Bununla belə, qarşılıqlı iddia tələbi əsaslıdır ona görə ki, "xxxx" MMC bağlanmış alğı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, Cavabdeh lazımi keyfiyyətli olmayan əşya vermiş, malın qüsurları barəsində ona qabaqcadan məlumat verməmişdir. Məhkəmə Cavabdeh həmin malın alış qiymətinin mütənasib azaldılması barədə mövqeyinə əsasən və hazırki halda daha ağlabatan olduğundan hesab edir ki, 17 manat məbləğində pul ödənildikdən sonra sözügedən telefona Cavabdeh mülkiyyət hüququ tanınmalı və həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməsi (telefon şəbəkəsinin açılıb işlənilməsi) İddiaçı MMC-yə həvalə edilməlidir. Eyni zamanda, qarşılıqlı iddia bu qaydada təmin olunduğundan, ilkin iddia da qismən təmin edilməli və Cavabdeh 20065090 nömrəli, xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 17 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601). Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 600.3). Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir (maddə 441). Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 587.1). Tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə görə müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ müştəriyə keçir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, qarşılıqlı iddia tam, ilkin iddia qismən təmin edildiyindən, iddiaçının ödədiyi rüsumun məbləğinin cavabdehin ödəməli olduğu dövlət rüsumunu əhatə etməsi nəzərə alınmalı, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh 20065090 nömrəli, xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 17 (on yeddi) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. 20065090 nömrəli, xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 17 (on yeddi) manat pul ödənildikdən sonra İmei kodu **********16478 olan, Huawei Y5 2019 markalı telefona Cavabdeh mülkiyyət hüququ tanınsın və həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməsi (telefon şəbəkəsinin açılıb işlənilməsi) İddiaçı MMC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2950/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2950/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver