Məhkəmə qərarları › İş №e-2(125)-2979/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2979/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2979/2024 05.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********71343 HONOR X8 markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSALİ üçün 552.88 (beş yüz əlli iki manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 55.12 (əlli beş manat on iki qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, LG OL45 XBOOM 220W BT PARTY SPEAKER MUSİQİ MƏRKƏZİ üçün 347.2 (üç yüz qırx yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 34.8 (otuz dörd manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********43879 SAMSUNG GALAXY A52 markalı telefon üçün 210.34 (iki yüz on manat otuz dörd qəp) manat ödənilməmiş hissə, 21.66 (iyirmi bir manat altmış altı qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********93300 SAMSUNG GALAXY A03 markalı telefon üçün 118.86 (yüz on səkkiz manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 11.14 (on bir manat on dörd qəpik) manat cərimə, ümumilikdə 1352 manat borc və 33.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ KODU **********71343 HONOR X8 markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSAlİ, LG OL45 XBOOM 220W BT PARTY SPEAKER MUSİQİ MƏRKƏZİ, İMEİ KODU **********43879 SAMSUNG GALAXY A52 markalı telefon, İMEİ KODU **********93300 SAMSUNG GALAXY A03 markalı telefon almış və nəticədə 1352 (min üç yüz əlli iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 727.68 (yeddi yüz iyirmi yeddi manat altmış səkkiz qəp) manat (12 ay x 58.29 manat + 28.2 manat ilkin ödəniş) olan İMEİ KODU **********71343 HONOR X8 markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSALİ üçün 608 (altı yüz səkkiz) manat olmaqla ondan, 552.88 (beş yüz əlli iki manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 55.12 (əlli beş manat on iki qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 390.6 (üç yüz doxsan manat altmış qəpik) manat (18 ay x 21.7 manat + 0 manat ilkin ödəniş) olan LG OL45 XBOOM 220W BT PARTY SPEAKER MUSİQİ MƏRKƏZİ üçün 382 (üç yüz səksən iki) manat olmaqla ondan, 347.2 (üç yüz qırx yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 34.8 (otuz dörd manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 847.44 (səkkiz yüz qırx yeddi manat qırx dörd qəpik) manat (12 ay x 70.62 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********43879 SAMSUNG GALAXY A52 markalı telefon üçün 232 (iki yüz otuz iki) manat olmaqla ondan 210.34 (iki yüz on manat otuz dörd qəp) manat ödənilməmiş hissə, 21.66 (iyirmi bir manat altmış altı qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 376.92 (üç yüz yetmiş altı manat doxsan iki qəpik) manat (12 ay x 30.16 manat + 15 manat ilkin ödəniş) İMEİ KODU **********93300 SAMSUNG GALAXY A03 markalı telefoünçün 130 (yüz otuz) manat olmaqla ondan 118.86 (yüz on səkkiz manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 11.14 (on bir mnat on dörd qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1113.36 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edilir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ KODU **********71343 HONOR X8 markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSALİ, LG OL45 XBOOM 220W BT PARTY SPEAKER MUSİQİ MƏRKƏZİ, İMEİ KODU **********43879 SAMSUNG GALAXY A52 markalı telefon, İMEİ KODU **********93300 SAMSUNG GALAXY A03 markalı telefon almış və nəticədə 1352 (min üç yüz əlli iki) manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 33.52 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəasinə əsasən, `öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəasinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəasinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəasinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəasinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəasinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəasinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəasinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəasinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqaviləsi üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********71343 HONOR X8 markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSALİ üçün 552.88 (beş yüz əlli iki manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 55.12 (əlli beş manat on iki qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, LG OL45 XBOOM 220W BT PARTY SPEAKER MUSİQİ MƏRKƏZİ üçün 347.2 (üç yüz qırx yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 34.8 (otuz dörd manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********43879 SAMSUNG GALAXY A52 markalı telefon üçün 210.34 (iki yüz on manat otuz dörd qəp) manat ödənilməmiş hissə, 21.66 (iyirmi bir manat altmış altı qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********93300 SAMSUNG GALAXY A03 markalı telefon üçün 118.86 (yüz on səkkiz manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 11.14 (on bir manat on dörd qəpik) manat cərimə, ümumilikdə 1352 manat borc və 33.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********71343 HONOR X8 markalı telefon, VİNİL MAT, PLYONKA İSTEHSALİ üçün 552.88 (beş yüz əlli iki manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 55.12 (əlli beş manat on iki qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, LG OL45 XBOOM 220W BT PARTY SPEAKER MUSİQİ MƏRKƏZİ üçün 347.2 (üç yüz qırx yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 34.8 (otuz dörd manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********43879 SAMSUNG GALAXY A52 markalı telefon üçün 210.34 (iki yüz on manat otuz dörd qəp) manat ödənilməmiş hissə, 21.66 (iyirmi bir manat altmış altı qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********93300 SAMSUNG GALAXY A03 markalı telefon üçün 118.86 (yüz on səkkiz manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 11.14 (on bir manat on dörd qəpik) manat cərimə, ümumilikdə 1352 manat borc və 33.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar