Məhkəmə qərarları › İş №e-2(125)-3046/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3046/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3046/2022 26.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı 10 iyun 2019-cu il tarixli, 00714618 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 52 manat, 18 avqust 2019-cu il tarixli, 00854210 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.392 manat, cərimə qismində 139 manat, 31 oktyabr 2019-cu il tarixli, 01018738 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 112 manat, cərimə qismində 11 manat, 01 dekabr 2019-cu il tarixli, 01091847 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.047 manat, cərimə qismində 104 manat, cəmi 2.857 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 manat 57 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 noyabr 2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 10 iyun 2019-cu il tarixli, 00714618 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 52 manat, 18 avqust 2019-cu il tarixli, 00854210 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.392 manat, cərimə qismində 139 manat, 31 oktyabr 2019-cu il tarixli, 01018738 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 112 manat, cərimə qismində 11 manat, 01 dekabr 2019-cu il tarixli, 01091847 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.047 manat, cərimə qismində 104 manat, cəmi 2.857 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 manat 57 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 16 noyabr 2022-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 10 iyun 2019-cu il tarixli, 00714618 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 26 manat ödəniş etmək, digər məbləği isə 11 ay əzində hissə-hissə ödəmək şərtilə «Samsung LED TV» markalı televizoru 1.698 manat məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 10 iyun 2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 18 avqust 2019-cu il tarixli, 00854210 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay əzində hissə-hissə ödəmək şərtilə «Samsung LED TV» markalı televizoru 2.088 manat məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 18 avqust 2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan 31 oktyabr 2019-cu il tarixli, 01018738 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay əzində hissəhissə ödəmək şərtilə İMEİ kodu **********16695 olan «Samsung Galaxy A50» markalı mobil telefonu 636 manat məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 31 oktyabr 2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 01 dekabr 2019-cu il tarixli, 01091847 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən və bildirişdən görünür ki, Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı həmin müqaviləyə əsasən ilkin 6 manat ödəmək, digər məbləği isə 12 ay əzində hissə-hissə ödəmək şərtilə «Samsung» markalı soyuducunu 1.470 manat məbləğinə «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətindən almışdır. Həmin əşya 01 dekabr 2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Cavabdeh «ABC Telecom» məhdud məsuliyyətli cəmiyyətinə borcu barədə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hal-hazırda iddiaçıya olan borcu 10 iyun 2019-cu il tarixli, 00714618 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 52 manat, 18 avqust 2019-cu il tarixli, 00854210 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.392 manat, cərimə qismində 139 manat, 31 oktyabr 2019-cu il tarixli, 01018738 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 112 manat, cərimə qismində 11 manat, 01 dekabr 2019-cu il tarixli, 01091847 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.047 manat, cərimə qismində 104 manat, cəmi 2.857 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 18 avqust 2019-cu il tarixli, 00854210 nömrəli müqavilə üzrə 139 manat təşkil edən cərimə məbləğinin 30 manat məbləğinə qədər, 01 dekabr 2019-cu il tarixli, 01091847 nömrəli müqavilə üzrə 104 manat təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 10 iyun 2019-cu il tarixli, 00714618 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 52 manat, 18 avqust 2019-cu il tarixli, 00854210 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.392 manat, cərimə qismində 30 manat, 31 oktyabr 2019-cu il tarixli, 01018738 nömrəli müqavilə üzrə 112 manat, cərimə qismində 11 manat, 01 dekabr 2019-cu il tarixli, 01091847 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.047 manat, cərimə qismində 20 manat, cəmi 2.664 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 48 manat 57 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10 iyun 2019-cu il tarixli, 00714618 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 52 (əlli iki) manat, 18 avqust 2019-cu il tarixli, 00854210 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.392 (bir min üç yüz doxsan iki) manat, cərimə qismində 30 (otuz) manat, 31 oktyabr 2019-cu il tarixli, 01018738 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 112 (bir yüz on iki) manat, cərimə qismində 11 (on bir) manat, 01 dekabr 2019-cu il tarixli, 01091847 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.047 (bir min qırx yeddi) manat, cərimə qismində 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 (qırx səkkiz) manat 57 (əlli yeddi) qəpik, cəmi 2.712 (iki min yeddi yüz on iki) manat 57 (əlli yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasina apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar