Məhkəmə qərarları › İş №e-2(125)-3049/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3049/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3049/2023 08.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********66227 SAMSUNG GALAXY A52 markalı telefon üçün 822.6(səkkiz yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 82(səksən iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********87057 İPHONE 7 PLUS markalı telefon üçün 424.8(dörd yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 42.6(qırx iki manat altmış qəpik) manat cərimə olmaqla, ümumilikdə, 1372 manat borc və 33.72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********66227 SAMSUNG GALAXY A52 markalı telefon və İMEİ KOD **********87057 İPHONE 7 PLUS markalı telefon almış və nəticədə 1372(bir min üç yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 825.6(səkkiz yüz iyirmi beş manat altmış qəpik) manat (yəni 18 ay x 45.7 manat + 3 manat ilkin ödəniş) İMEİ KOD **********66227 SAMSUNG GALAXYA52 markalı telefonüçün ümumilikdə, 904.6(doqquz yüz dörd manat altmış qəpik) manat olmaqla ondan 822.6(səkkiz yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 82(səksən iki) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1525.4(bir min beş yüz iyirmi beş manat qırx qəpik) manat (12 ay x 106.2 manat + 251 manat ilkin ödəniş) İMEİ KOD **********87057 İPHONE 7 PLUS markalı telefon üçün ümumilikdə, 467.4(dörd yüz altmış yeddi manat qırx qəpik) manat olmaqla ondan, 424.8(dörd yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42.6(qırx iki manat altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1103.6 təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********66227 SAMSUNG GALAXY A52 markalı telefon və İMEİ KOD **********87057 İPHONE 7 PLUS markalı telefon almış və nəticədə 1372(bir min üç yüz yetmiş iki) manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1 və 448.1-ci maddəsinə əsasən hesab edilir ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1 və 465.2-ci maddələrinə uyğun olaraq, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********66227 SAMSUNG GALAXY A52 markalı telefon üçün 822.6(səkkiz yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 82(səksən iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********87057 İPHONE 7 PLUS markalı telefon üçün 424.8(dörd yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 42.6(qırx iki manat altmış qəpik) manat cərimə olmaqla, ümumilikdə, 1372 manat borc və 33.72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********66227 SAMSUNG GALAXY A52 markalı telefon üçün 822.6(səkkiz yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 82(səksən iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********87057 İPHONE 7 PLUS markalı telefon üçün 424.8(dörd yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 42.6(qırx iki manat altmış qəpik) manat cərimə olmaqla, ümumilikdə, 1372 manat borc və 33.72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar