Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3121/2024 26.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2250 manat zərər məbləğinin və ödənilmiş 42,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin mülkiyyətində olan və idarə etdiyi **- DU-*** dövlət qeydiyyat nişanlı “VAZ 2N24” minik markalı avtomobil (bundan sonra - Sığortalı avtomobil) xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək iddiaçı tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdehin törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində o, Gəncə şəhər X12 Şöbəsinin xx.xx.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “Chevrolet Cruze” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 900 manat və “VAZ 21074” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1350 manat məbləğində qiymətləndirilərək, həmin məbləğdə pul vəsaitləri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 19:50 radələrində Gəncə şəhəri, M.C.Paşayev küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “VAZ 2N24” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil, X4 idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, X1 idarə etdiyi “VAZ 21074” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə avtomobillərə maddi ziyan dəymişdir. “VAZ 2N24” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktlarından görünür ki, “Chevrolet Cruze” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 900 manat və “VAZ 21074” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1350 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədlərinə əsasən, 900 manat iddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına və 1350 manat iddiaçı tərəfindən X2 bank hesabına ödənilmişdir. Gəncə şəhər BPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Məmmədov X8 Xətalar Məcəlləsinin 327.6cı (hadisə yerindən yayınma) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər e-2(125)-3121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul edir, ancaq iddiaçı tərəfindən məhkəməyə qədər pulun ödənilməsi ilə bağlı ona heç bir bildiriş göndərilməmişdir. Borcu qəbul edir, hazırda N saylı hərbi hissədə kamaz sürücüsü kimi N ildir ki, işləyir, aylıq maaşı 1251 manatdır. Bundan əlavə ailəlidir, ailəsinin altı üzvü var, kirayə yaşayır, aylıq 550 manat kirayə haqqı verir. Dörd övladı var, ailədə qazanc gətirən tək odur. Qeyd etdiklərinin nəzərə alınaraq ona köməklik göstərilməsini və Bakı şəhərində hərbi hissədə işlədiyinə görə məhkəmə proseslərinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul edərək izahatında bildirdi ki, cavabdehin anasıdır, oğlu, yəni cavabdeh hərbiçidir, həmçinin müharibə veteranıdır. Cavabdeh hadisə günü sükan arxasında yuxulu olmuşdur, sığortaçı tərəfindən 2250 manat ödəniş edilməsindən xəbəri olmamışdır, yoxsa indiyə qədər borcunu ödəyərdi. Həmçinin əlavə etdi ki, cavabdehin öhdəsində dörd azyaşlı övladı var, 550 manat kirayə haqqı verir, qohum-əqrəbadan borc alaraq sığortaçı tərəfindən ödənilmiş 2250 manat ümumi puldan 600 manat pul ödəmişdir. Odur ki, məhkəmə tərəfindən qalan borcunun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd edilən qanun normalarının mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. İcbari sığorta münasibətləri ilə bağlı bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və sığotaçının subroqasiya hüququnun yaranmasına əsas verən “İcbari sığortlara haqqında” Qanunda nəzərdə tutulmuş əsasların olması əsas şərtdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2021-ci il tarixli, PXA********** №-li icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus **-DU-*** dövlət qeydiyyat nişanlı “VAZ 2N24” minik markalı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almış, əmlaka vurulan zərərə görə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Sığorta müqaviləsi 12 ay – xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarına əlavə edilmiş, inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli protokola və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 2N24” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sözügedən yol nəqliyyat hadisəsi – toqquşma xx.xx.2021-ci il tarixində, saat 19:30 dəqiqədə Gəncə şəhərində baş vermişdir. Həmin arayışa əsasən “VAZ 2N24” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və hadisə baş verdiyi anda sürücüsü Cavabdeh olmuşdur, toqquşma nəticəsində ziyan vurulmuş “VAZ 21074” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X6, toqquşma nəticəsində ziyan vurulmuş digər “Chevrolet Cruze” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X7 olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 5312 nömrəli qiymətləndirmə aktından görünür ki, “VAZ 21074” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1350 manat zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 5316 nömrəli qiymətləndirmə aktından görünür ki, “Chevrolet Cruze” minik markalı, **-AE- *** dövlət qeydiyyat nişanlı avtomobilə 900 manat zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş PXA89381 saylı sığorta aktından, ödəniş tapşırığından və cari hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən “VAZ 21074” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X3 plastik kart vasitəsilə 1350 manat məbləğində pul vəsaiti ödəmişdir. İş materiallarına əlavə edilmiş PXA89380 saylı sığorta aktından, ödəniş tapşırığından və cari hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən “Chevrolet Cruze” minik markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC-yə plastik kart vasitəsilə 900 manat məbləğində pul vəsaiti ödəmişdir. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx/xx-N69 nömrəli, xx.xx.2021-ci il tarixli geriyə tələb-subroqasiya məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixində saat 19:50 radələrində Gəncə şəhəri, M.C.Paşayev küçəsi əraziisndə idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 2N24” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə hər ikisinə maddi zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə avtomobillərə dəymiş zərərə görə ümumilikdə 2250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, yuxarıda qeyd olunanları və hadisə zamanı cavabdehin hadisə yerindən yayındığı nəzərə alınaraq 2250 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında 7 iş günü ərzində könüllü iddiaçıya ödənilməsi xahiş edilmiş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin də cavabdehdən tutulacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan, “Nağd mədaxili üçün qəbz”dən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə 600 manat məbləğində sığorta haqqını (subroqasiya ödənişi) iddiaçıya ödəmişdir. İşin materialları ilə müəyyən edilir ki, cavabdeh idarə etdiyi Sığortalı avtomobillə xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cruze” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21074” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, sığorta hadisəsi baş verdikdən sonra cavabdeh hadisə yerini tərk etmişdir. Bu hərəkətlərinə görə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 100 manat məbləğində cərimə edilmişdir. Həmçinin, müəyyən edilir ki, sığorta hadisəsinin törədilməsi nəticəsində dəymiş maddi zərərə görə “Chevrolet Cruze” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 900 manat və “VAZ 21074” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1350 manat sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkmiş şəxslərə ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində sığorta hadisəsi baş verdiyindən və o, hadisə yerini tərk etdiyindən, vurulmuş 2250 manat məbləğində zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, iddiaçı subroqasiya tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla belə, cavabdehin təqdim etdiyi ödəniş qəbzindən müəyyən edilir ki, cavabdeh xx.xx.2024-cü il tarixdə 600 manat məbləğində sığorta haqqını (subroqasiya ödənişi) iddiaçıya ödəmişdir. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 2250 manat məbləğində pulun 1650 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Eyni zamanda, Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) N9.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni də müzakirə edərək hesab edir ki, iddia əsasən əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 42,50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1650 (bir min altı yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42,50 (qırx iki manat əlli qəpik) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3121/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3121/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver